Hava 

Sabah leysan olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Musavat.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəsək. Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə…

Read More
Siyasət 

Paşinyandan opponentlərinə solaxay zərbə

Erməni baş nazirin açıqladığı sənədlər rəqiblərini çətin vəziyyətə salıb Azərbaycanla keçmiş Dağlıq Qarabağ münaqişəsi üzrə arxiv sənədlərini ictimaiyyətə açmaqla Nikol Paşinyan ölkədə az qala siyasi zəlzələ yaradıb, Ermənistan daxilində kəskin reaksiyalara səbəb olub. Keçmiş prezidentlərin komanda üzvləri iddia edirlər ki, təqdim olunan materiallar tam deyil, bəzi mühüm sənədlər isə qəsdən gizlədilib. Belə ki, birinci prezident Levon Ter-Petrosyanın müavini Levon Zurabyan bildirib ki, Paşinyan 2019-cu ildə ATƏT-in Minsk Qrupunun təklifi ilə bağlı Ermənistanın rəsmi cavabını dərc etməyib. Onun sözlərinə görə, ya hökumət, ümumiyyətlə, cavab verməyib və təklifləri rədd edib, ya da…

Read More
Siyasət 

Paşinyan 3 sabiq prezidenti “məzara gömür” – revanşistlər əndişədə…

Ermənistanda baş nazir Nikol Paşinyanın Azərbaycan tərəfin hazırladığı sülh sazişinə adekvat davranması ölkə daxilində siyasi gərginliyi artırmaqdadır. Revanşist qüvvələr və onların xaricdəki havadarlarının yuxuları ərşə çəkilib. Çünki, görürlər ki, erməni cəmiyyəti də sülh istəyir, onlar artıq Azərbaycan və Türkiyə ilə düşmən münasibətlərdə olduqları, sərhədlər bağlı qaldığı sürəcdə ölkələrinin gələcək inkişafını görmürlər. Qeyd edək ki, gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək. “Qarabağ klanı”nın əsas hədəfi bu seçkilərdə Paşinyanı iqtidardan devirməkdir. Amma bunun üçün revanşistlər öncəliklə erməni baş naziri məğlub lider kimi ictimaiyyətin gözündən salmalıdırlar. Buna isə nail ola bilmirlər. Paşinyanın…

Read More
Gündəm 

Brüssel Bakı ilə İrəvanın arasına girir? – Yeni hiylə

Avropa İttifaqı sülh prosesində “mən də varam” deyir – reaksiya “Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq”. Bu barədə Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib. Kos vurğulayıb ki, həm Bakıda Azərbaycan Prezidenti ilə, həm də İrəvanda Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda müsbət siqnallar alıb: “Bəli, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq. Düşünürəm ki, sülh mümkündür və hazırda baş verənlər artıq müsbət istiqamətdə irəliləyişdir”. Aİ rəsmisi son aylarda erməni və azərbaycanlı ekspertlərin qarşılıqlı səfərlərini də mühüm addım kimi qiymətləndirib və…

Read More
Siyasət 

Ceyhun Bayramov Stefan Dauti ilə GÖRÜŞDÜ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb. Musavat.com Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub. Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub. Tərəflər həmçinin, regional proseslər barədə fikir mübadiləsi aparıb və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının inkişafı üçün mövcud imkanları dəyərləndiriblər.

Read More
Cəmiyyət 

Gözlə yox, barmaqla oxuyanlar – Görmə məhdudiyyətli uşaqların tədris hekayəsi

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə təqdim olunan “Qaranlığa işıq saçan barmaqlar – görmə məhdudiyyətli uşaqların tədris hekayəsi” adlı qısametrajlı film dünyanı gözlə deyil, toxunuş, səs və hisslərlə dərk edən şagirdlərin məktəb həyatını canlandırır. “Qafqazinfo” xəbər verir ki, burada xüsusi dərs vəsaitləri ilə oxuyub-yazma bacarıqlarını inkişaf etdirən uşaqların tədris mühiti, müəllimlərin peşəkarlığı və göstərilən dəstək, inklüziv təhsilin vacibliyi və hər toxunuşun bir kəşfə çevrildiyi xüsusi öyrənmə dünyası diqqətə çatdırılır. Təhsil TV-nin hazırladığı görmə məhdudiyyətli uşaqların tədris prosesinə inteqrasiyasını əks etdirən videomaterialı təqdim edirik:

Read More
Hadisə 

Mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub – YENİLƏNİB

  Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. “İki sahil” xəbər verir ki,  rayonun Keçili kəndi ərazisində “Mercedes” markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı(1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.…

Read More
Gündəm 

Quru sərhədlərin açılmasına əsas əngəl

Parlamentdə hökumətə çağırış edildi – ekspertlər də artıq vaxtın yetişdiyini bildirir  Xəbər verdiyimiz kimi, dekabrın 2-də Milli Məclisdə bir daha quru sərhədlərimizin açılması ilə bağlı hökumətə çağırış edilib. Deputat Qüdrət Həsənquliyev iclasda iştirak edən hökumətə müraciətlə deyib: “Hökuməti bir daha çağırıram ki, sərhədlərin açılması məsələsinə baxılsın. Siyavuş müəllim (Novruzov – red.) qeyd etdi, ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək səviyyədə qorunur, təmin olunur, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Ona görə heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Biz sərhədləri açmalıyıq ki, ən azı Gürcüstandan…

Read More
Gündəm 

Polkovnikdən çağırış: “Milli birliyin təmin olunması üçün…”

Vətənpərvərlik dəyərləri bir günün və ya bir hadisənin nəticəsi kimi formalaşmır Son illərdə Azərbaycanda vətənpərvərlik ruhunun nəzərəçarpacaq dərəcədə yüksəldiyi müşahidə olunur. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bu hiss daha da güclənib, cəmiyyətin bütün təbəqələrində özünü göstərib. Qazanılan tarixi Qələbə xalqımızın milli birliyini və dövlətinə olan inamını daha da artırıb. Vətənpərvərlik hissi insanın doğma yurduna, xalqına, mədəniyyətinə, tarix və dəyərlərinə bağlılığını əks etdirən ən ali mənəvi dəyərlərdən biridir. Bu dəyərin formalaşması və möhkəmləndirilməsi yalnız müharibə və ya fövqəladə vəziyyətlərlə məhdudlaşmamalıdır. Sülh dövründə də vətənpərvərliyin inkişafı üçün davamlı tədbirlər görülməli, xüsusilə…

Read More
Siyasət 

Trampın elçiləri Moskvadan nə ilə qayıdır…

Putin-Uitkoff danışıqlarında niyə heç bir kompromis əldə edilmədi? – rəy “Putinin Uitkoffla söhbəti konstruktiv, çox faydalı və məzmunlu olub”. “Yeni Müsavat” xəbər verir ki, bunu Kremldə keçirilən danışıqların yekunu ilə bağlı açıqlaması zamanı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. O, hələ görüləcək çox işin olduğunu vurğulayaraq sözlərinə belə davam edib: “Hələlik heç bir kompromis əldə edilməyib. Rusiya və ABŞ liderləri arasında görüş hazırda planlaşdırılmır. Biz konkret ifadələr və həll yolları deyil, mahiyyəti müzakirə etdik. Tərəflər əməkdaşlıq üçün böyük perspektivlər görürlər”. Uşakov ABŞ-nin Ukrayna ilə bağlı sülh təklifi…

Read More