Dünya 

ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib

ABŞ Senatı prosedur səsverməsində hökumətin qismən dayandırılmış işini bərpa etməyə və bunu aradan qaldırmağa imkan verəcək qanun layihəsini təsdiqləyib. “Report” bu barədə CNN telekanalına istinadən xəbər verir. Sənədi 60 senator dəstəkləyib, 40-ı isə əleyhinə səs verib. Büdcənin təsdiqlənməsi üçün 60 səs lazımdır, respublikaçıların yuxarı palatada 53 yeri var. İndi layihə Nümayəndələr Palatasına qaytarılacaq. Sonra onu prezident Donald Tramp imzalamalıdır, bu proses daha bir neçə gün çəkə bilər. Respublikaçılar və demokratlar arasında hökumətin işinə maliyyə ayrılması ilə bağlı qanun layihəsi üzrə razılaşma yanvarın 30-dək qüvvədə olacaq.

Read More
Dünya 

Köçəryandan sərsəm iddialar

Məndə belə bir təəssürat yarandı ki, Ermənistan rusların getməsi üçün əlindən gələni etdi. Musavat.com-un məlumatına görə, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan TV5 telekanalına müsahibəsində deyib. O qeyd edib ki, Rusiya 9 noyabr sənədinin şahidi olmaqla yanaşı, həm də Qarabağdakı sülhməramlı qüvvələrin yerləşdirilməsinə görə məsuliyyəti öz üzərinə götürərək onu imzalayıb. Amma Ermənistan mahiyyət etibarı ilə birtərəfli qaydada bu prosesdən geri çəkildi. Ermənistan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bundan sonra Rusiya Azərbaycanla münasibətlərdə hansı rol oynayır?”-Köçəryan deyib. O bildirib ki, Ermənistan Respublikasının bu bəyanatı ilə vasitəçilik missiyası ləğv edilib:…

Read More
Kriminal 

Bakıda kişi arvadını balta ilə öldürdü, özünü isə…

Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb. Hadisə gecə saatlarında Binəqədi rayonunda baş verib. Məlumata görə, 1956-cı il təvəllüdlü Yaşar Əbülfət oğlu Bədəlov yaşadığı Biləcəri qəsəbəsindəki evdə münaqişə zəminində arvadı 1966-cı il təvəllüdlü Nərminə Bədəlovanı balta ilə öldürüb və sonradan özünü asıb. Faktla bağlı araşdırma aparılır./Milli.Az

Read More
Gündəm 

XTQ – Azərbaycan Ordusunun özəyi

Bakıda keçirilən hərbi paradda minlərlə hərbi qulluqçu iştirak etdi. Müasir zirehli texnikanın, təyyarə və raketlərin, gəmilərin və silahların nümayişi Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqaz regionunda alternativinin olmadığını əyani surətdə göstərir. Bundan əlavə ölkəmiz son illərdə hərbi gücünü intensiv şəkildə artırır. Paradda çıxış edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla bağlı paralellər apardı. Dövlətimizin başçısı bildirdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunda 2000 nəfərə yaxın Xüsusi Təyinatlı Dəstə üzvləri vardı. Bu gün paradda yalnız meydanda 4000 yüksək təlimli XTQ var idi. Bu isə həmin qüvvənin…

Read More
Gündəm 

Göyçay Nar Festivalında narın qiymətləri açıqlanıb.

Göyçayda keçirilən ənənəvi “Nar Festivalı”nda satışa çıxarılan nar məhsullarının qiymətləri açıqlanıb. “İki sahil” xəbər verir ki, bu barədə Göyçay rayonun icra başçısının müavini Zivər Zeynalova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, narın qiyməti növünə və keyfiyyətinə görə dəyişir: “Narın kiloqramı minimum 3 manat, maksimum isə 10 manat arasında dəyişir. Bəziləri qiymətin baha olmasından şikayətlənirlər, amma bizim cavabımız var – bu Göyçay narıdır. Onun dadı və spesifikası tam başqadır.” Z. Zeynalova əlavə edib ki, bu il festival çərçivəsində satışa çıxarılan nar məhsullarının ümumi həcmi 10 tondan artıqdır: “Göyçayda keçirilən festivalda 100-dən çox…

Read More
Siyasət 

İğdırda Qarabağ Zəfərinin 5 illiyi qeyd olunub

İğdır Azərbaycan Evi, İğdır Valiliyi və Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5 illiyi münasibətilə İğdır Mədəniyyət Mərkəzində tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib. Sonra Qarabağ Zəfərinə həsr olunan film nümayiş göstərilib. Tədbirdə İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Zamin Əliyev və İğdır valisinin müavini Ahmet Gülçiçek çıxış ediblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan…

Read More
Cəmiyyət 

Azərbaycanda zəlzələ oldu

Zərdab stansiyasından 35 km şimalda, Ağdaş rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeri vaxtla 02:50-də baş verən yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. Qeyd edək ki, saat 02:13-də Xəzər dənizində də 4 maqnitudalı zəlzələ olub.

Read More
Gündəm 

Qızılın qiyməti ilə bağlı VACİB XƏBƏR – İlk dəfə olaraq…

Nyu York Ticarət Birjasının bölməsi olan “Comex”də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 050 dolları keçib. Bakı vaxtı ilə 05:22-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün $4 054,30 (+1.16) təşkil edib. Bakı vaxtı ilə 05:28-ə olan vəziyyətə görə, qızılın qiyməti hər unsiya üçün $4 060-a qədər artıb (+1.3%)./Report

Read More
Cəmiyyət 

Vətən müharibəsi şəhidi Elgün Abdullayevin ildönümündə xatirəsi anılıb

09 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Abdullayev Elgün Əmirxan oğlunun ildönümüdür. Bu münasibətilə Qırılı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.   Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək əziz…

Read More
Gündəm 

Qalib Azərbaycan Ordusu regionda sülhü yaradan, qoruyan və təmin edən əsas qüvvədir

Nadir Azəri: Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası daim yenilənir, ən müasir silah-sursat və texnika ilə təmin olunur, şəxsi heyətin peşəkarlığı və döyüş hazırlığı isə gündən-günə yüksəlir “Dünən Azərbaycan xalqı və dövləti üçün müqəddəs, qürurverici bir tarixin – 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin 5-ci ildönümünü qeyd etdik. Özü də bu bayramı təkcə Azərbaycan deyil, bütün türk dünyası qeyd etdi. Çünki 8 noyabr 2020-ci il, əsrlər boyu yaddaşlardan silinməyəcək bir gündür. Həmin gün Azərbaycan xalqı, Ali Baş Komandan İlham…

Read More