Gündəm 

Dostluğun, qardaşlığın qüdrəti – ŞƏRH

Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri müasir dünyanın tələbləri səviyyəsindədir. Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad da bunu bir daha təsdiq etdi. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin də iştirak edikləri paradda sözügedən ölkələrin hərbçiləri də tribuna önündən keçiblər. Şübhəsiz, bunu üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürü, həm də Prezident İlham Əliyevin şəxsiyyətinə böyük hörməti kimi dəyərləndirmək olar.   Qeyd…

Read More
Gündəm 

Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

TÜRKSOY-un təşkilatçılığı ilə növbəti Türk Dünyası Mədəniyyət Forumu Azərbaycanda baş tutacaq. Bu barədə TÜRKSOY-un Baş katibi Sultan Raev APA-nın Türkiyə bürosuna açıqlamasında məlumat verib. Forumun 2026-cı ilin aprel ayında keçirilməsi planlaşdırılır. Tədbirin təşkil olunacağı məkan kimi Şəki və Naxçıvan şəhərləri ilə bağlı müzakirələr aparılır: “Azərbaycan TÜRKSOY-da ən lokomotiv ölkələrdən biridir. Biz Azərbaycanda bir çox layihələr həyata keçirməyi planlaşdırırıq. 2026-cı ilin aprelində keçiriləcək Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində animasiya filmlərinin nümayişi kimi maraqlı layihələr də nəzərdə tutulur”. Sultan Raev əlavə edib ki, Forumdan əlavə Azərbaycanda müxtəlif şəhərləri əhatə edəcək mədəni tədbirlərin təşkili…

Read More
Cəmiyyət 

Göyçayda ənənəvi “Nar Festivalı” keçirildi

8-9 noyabrda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi “Nar Festivalı” keçirilib. Festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir. 65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor…

Read More
Cəmiyyət 

Azərbaycanı bürüyən monqol əti – Görün neçəyə satılır (VİDEO)

Son aylarda mağaza və bazarlarda Monqolustandan gətirilən ət alıcılar arasında böyük maraq doğurub. Kilosu cəmi 12 manata satılan bu ətlər artıq bir çox marketin vitrinində yerli məhsulları sıxışdırır. Oxu24.com xəbər verir ki, rəsmi məlumata görə, ötən il ölkəyə idxal olunan ətin həcmi 41% artıb. Braziliya, Qazaxıstan, Belarus və hətta Avropadan gətirilən ət növləri də bazarda geniş yayılıb. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idxal olunan bütün ət məhsulları xəstəliklərdən azad bölgələrdəki müəssisələrdən gətirilir və baytarlıq sertifikatı ilə təsdiqlənir.

Read More
Gündəm 

Gürcüstan Azərbaycandan rekord dəyərdə keramika məhsulları alıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 959 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib. “Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 17 ildə eyni dövr üçün rekord göstəricisidir, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə isə 88 % çoxdur. Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 96 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 8 % çoxdur. Bu ilin ilk 9 ayında Gürcüstan İrandan 22,7 milyon ABŞ dolları, Çindən 20 milyon ABŞ dolları, İspaniyadan 17 milyon ABŞ…

Read More
Siyasət 

Azərbaycan Qəzzaya ordu göndərmir: rəsmi Bakı səbəbini birbaşa açıqladı

Musavat.com xəbər verir ki, Azərbaycan ABŞ tərəfindən Qəzza zolağı üçün yaradılması təklif olunan beynəlxalq “sabitləşdirmə qüvvəsi”ndə iştirak məsələsinə münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü “Reuters” agentliyinə açıqlamasında qeyd edib ki, Bakı yalnız İsrail və HƏMAS arasında hərbi əməliyyatlar tam şəkildə dayandırıldıqdan sonra bölgəyə hərbi kontingent göndərməyi nəzərdən keçirə bilər. “Qəzzada yenidən toqquşmalar riski qaldığı müddətdə Azərbaycan öz hərbçilərini təhlükəyə atmayacaq,” – deyə XİN rəsmisi bildirib. Bu bəyanat Vaşinqtonun BMT Təhlükəsizlik Şurasına təzyiqi fonunda səslənir. “New York Times” yazır ki, ABŞ təhlükəsizlik şurasında Qəzza üçün 20 min nəfərlik beynəlxalq sabitləşdirmə…

Read More
Siyasət 

Respublikaçı çoxluq Senatın tətilə getməsinə imkan vermir

ABŞ Senatındakı Respublikaçılar və Demokratlar son 24 saat ərzində federal hökumətin yenidən açılması ilə bağlı məsləhətləşmələr aparıblar. Musavat.com xəbər verir ki, bunu Senatın çoxluq lideri Con Tun (Cənubi Dakota ştatından Respublikaçı) jurnalistlərə deyib. Ondan ikipartiyalı məsləhətləşmələri konstruktiv hesab edib-etmədiyi soruşulduqda, o, “bəli” cavabını verib. Tun hökumətin yenidən açılmasına yönəlmiş yeni qanun layihələri paketi üzərində işlərin davam etdiyini bildirib: “Düşünürəm ki, həllə yaxınlaşırıq”. O, təfərrüatları açıqlamadan əlavə edib ki, bu qanun layihələrinin təsdiqlənəcəyinə dair heç bir əminlik yoxdur. O, səsvermənin nə vaxt keçirilə biləcəyini dəqiqləşdirməyib. Qeyd edək ki, Senat bu gün yenidən…

Read More