Gündəm 

Gürcüstan Azərbaycandan rekord dəyərdə keramika məhsulları alıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 959 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib. “Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 17 ildə eyni dövr üçün rekord göstəricisidir, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə isə 88 % çoxdur. Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 96 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 8 % çoxdur. Bu ilin ilk 9 ayında Gürcüstan İrandan 22,7 milyon ABŞ dolları, Çindən 20 milyon ABŞ dolları, İspaniyadan 17 milyon ABŞ…

Read More
Siyasət 

Azərbaycan Qəzzaya ordu göndərmir: rəsmi Bakı səbəbini birbaşa açıqladı

Musavat.com xəbər verir ki, Azərbaycan ABŞ tərəfindən Qəzza zolağı üçün yaradılması təklif olunan beynəlxalq “sabitləşdirmə qüvvəsi”ndə iştirak məsələsinə münasibət bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü “Reuters” agentliyinə açıqlamasında qeyd edib ki, Bakı yalnız İsrail və HƏMAS arasında hərbi əməliyyatlar tam şəkildə dayandırıldıqdan sonra bölgəyə hərbi kontingent göndərməyi nəzərdən keçirə bilər. “Qəzzada yenidən toqquşmalar riski qaldığı müddətdə Azərbaycan öz hərbçilərini təhlükəyə atmayacaq,” – deyə XİN rəsmisi bildirib. Bu bəyanat Vaşinqtonun BMT Təhlükəsizlik Şurasına təzyiqi fonunda səslənir. “New York Times” yazır ki, ABŞ təhlükəsizlik şurasında Qəzza üçün 20 min nəfərlik beynəlxalq sabitləşdirmə…

Read More
Siyasət 

Respublikaçı çoxluq Senatın tətilə getməsinə imkan vermir

ABŞ Senatındakı Respublikaçılar və Demokratlar son 24 saat ərzində federal hökumətin yenidən açılması ilə bağlı məsləhətləşmələr aparıblar. Musavat.com xəbər verir ki, bunu Senatın çoxluq lideri Con Tun (Cənubi Dakota ştatından Respublikaçı) jurnalistlərə deyib. Ondan ikipartiyalı məsləhətləşmələri konstruktiv hesab edib-etmədiyi soruşulduqda, o, “bəli” cavabını verib. Tun hökumətin yenidən açılmasına yönəlmiş yeni qanun layihələri paketi üzərində işlərin davam etdiyini bildirib: “Düşünürəm ki, həllə yaxınlaşırıq”. O, təfərrüatları açıqlamadan əlavə edib ki, bu qanun layihələrinin təsdiqlənəcəyinə dair heç bir əminlik yoxdur. O, səsvermənin nə vaxt keçirilə biləcəyini dəqiqləşdirməyib. Qeyd edək ki, Senat bu gün yenidən…

Read More
Siyasət 

Latın Amerikası ilə Aİ-nin birgə sammiti: Avropa liderləri tədbirə qatılmır

Bu gün Kolumbiyanın Santa Marta şəhərində Latın Amerikası və Karib Dövlətləri Birliyi (CELAC) ilə Avropa İttifaqı (AB) arasında iki günlük sammit işə başlayır. Əsas mövzularının ticarət əlaqələrinin gücləndirilməsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə olduğu bildirilən sammit, ABŞ-ın Avropa müttəfiqlərinə və Latın Amerikası ölkələrinə təzyiqi fonunda keçiriləcək. Braziliyanın xarici işlər naziri Mauro Vieyra CELAC-ın 33 üzvünün ABŞ ilə artan gərginliyə cavab olaraq dördüncü sammitdə Venesuela ilə həmrəylik ifadə edəcəklərini açıqlayıb. Nazir görüş iştirakçılarının Karakasa dəstək bəyannaməsi qəbul edə biləcəklərini də iddia edib. Müşahidəçilər belə bir bəyannamənin Aİ-nin dəstəyini almayacağını və sammitin…

Read More
Gündəm 

Bu gün Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlət rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq…

Read More
Gündəm 

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqramdakı hesabında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib. Musavat.com paylaşımı təqdim edir: “9 Noyabr Dövlət Bayrağı Günü. Qoy sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!”.

Read More
Dünya 

Rusiyada minik və yük avtomobilləri toqquşub, altı nəfər ölüb

Bazar günü səhər saatlarında Rusiyanın Novosibirsk vilayətinin Bolotninski rayonunda, R-255 “Sibir” şosesində VAZ-21099 markalı avtomobillə “Volvo” markalı yük maşını toqquşub. Hadisə barədə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Region üzrə Mətbuat xidməti xəbər yayıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri – iki kişi, bir qadın və üç uşaq ölüb. Yük maşınının sürücüsü xəsarət almayıb. İlkin məlumatlara görə, qəzaya minik avtomobilinin əks zolağa keçməsi səbəb olub. Hadisə yerində Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları və istintaq qrupu işləyir. Qəzanın səbəbi araşdırılır./Report

Read More