Gündəm 

Azərbaycan üçün SU-25 qaçırmışdı – Bu gün Milli Qəhrəman adı verildi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Vaqif Qurbanov kimdir? Milli Qəhrəmanın dosyesini təqdim edirik: Vaqif Bəxtiyar oğlu Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir. 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və “Su-25” təyyarələri ilə komplektləşdirilmiş Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmət edib. Bunun ardınca…

Read More
Siyasət 

Cənubi Qafqazda sülh gündəliyi: Gürcüstandan Azərbaycan-Ermənistan dialoquna REAKSİYA

Son zamanlar Gürcüstan rəsmiləri Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində atılan addımlar, o cümlədən Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın önəminə diqqət çəkməyə başlayıblar. Oktyabrın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. Boçorişvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, ikitərəfli münasibətlər kifayət qədər intensivdir və daimi fikir mübadiləsi vacibdir. Nazirin sözlərinə görə, görüşdə Orta Dəhlizin inkişafı baxımından Gürcüstan və Azərbaycanın mövqeyindən daha səmərəli istifadə üzrə gələcək addımlar planlaşdırılıb: “Konkret layihələrlə bağlı iş aparılır və bu kontekstdə…

Read More
Gündəm 

Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib. Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

Read More
Siyasət 

Azərbaycanın mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Musavat.com müraciəti təqdim edir: “Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk. Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi…

Read More
Cəmiyyət 

Prezidentin təltif etdiyi qəhrəman kəşfiyyatçı – FOTO

Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan qəhrəman hərbçilərimizin sırasında baş leytenant Şahlar Nəzərov da var. Musavat.com-un məlumatına görə, şəhid baş leytenant Şahlar Yaşar oğlu Nəzərov “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub. Ş.Nəzərov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Füzuli-Xocavənd istiqamətində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Əfsanəvi kəşfiyyatçı xidmət etdiyi müddətdə 120 erməni hərbçisini məhv edib və düşmənin çoxsaylı diversiya – təxribat cəhdlərinin qarşısını alıb. O, son döyüşdə yaralı əsgərini xilas etməyə çalışarkən düşmən gülləsinə tuş gələrək, qan itirməsi nəticəsində şəhid olub. Şəhidimizin nəşi…

Read More
Cəmiyyət 

Sənədsiz evlərlə bağlı şad xəbər – Deputat açıqladı

Sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində ciddi işlər gedir. Bunu deputat Kamran Bayramov Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zaman deyib. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyində bu istiqamətdə xeyli iş görülüb işlər gedir. “Hesab edirəm ki, bu məsələ yaxın gələcəkdə həllini tapacaq. Bu məsələnin həlli eyni zamanda bələdiyyələrin özünü maliyyələşdirmə baxımdan müsbət təsir göstərəcək”, – deputat qeyd edib./Referans.az

Read More
Siyasət 

Sadır Japarov Azərbaycan liderini Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan lideri İlham Əliyevi Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edib. Musavat.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə şəxsən öz adımdan və bütün Qırğız xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası böyük uğurlar qazanıb, beynəlxalq aləmdə layiqli yer tutub və sabit inkişaf edir. Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında siyasi, iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan…

Read More
Siyasət 

Kremldən “sülhdə bizim də payımız var” iddiası-Bakıdan reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin İkinci Qarabağ müharibəsinin bitməsinin 5-ci öldünümü ilə bağlı yaydığı bəyanatı “sülhdə bizim də payımız var” tezisi üzərində qurulub. Politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a, Rusiya XİN-in son bəyanatını şərh edərkən deyib. Ekspert bir məqamı xüsusilə vurğulayıb: “Kreml hələ də iddia edir ki, 10 noyabr 2020-ci ildə Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında əldə edilən üçtərəfli razılaşmalar öz aktuallığını qoruyub saxlayır. Həmin razılaşma öz rolunu oynadı və bu gün aktual deyil. Digər tərəfdən razılaşmanın şərtlərinə zidd olaraq Ermənistan Qarabağdan qoşunlarını çıxarmamışdı, üstəgəl, rusiyalı hərbçilərin gözü qarşısında, bir sıra hallarda…

Read More