Gündəm 

Dekabrda neçə gün iş olmayacaq? – TƏQVİM

2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən Azərbaycanda sonuncu qeyri-iş günü 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin gün həftənin çərşənbə axşamına təsadüf edir. 2026-cı ilin 1-2 Yanvar tarixləri isə Azərbaycanda Yeni il bayramı ilə bağlı qeyri-iş günləri olacaq. Müvafiq olaraq bu tarixlər də cümə axşamı və cümə gününə təsadüf edir. Bununla da, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 gün – 31 dekabr, 1,2 yanvar və 3-4 yanvar (şənbə-bazar) istirahət günləri olacağı gözlənilir.\\metbuat.az

Read More
Gündəm 

Türkiyə və Özbəkistan Prezidentləri Azərbaycana səfər edəcəklər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək. Tədbirlə əlaqədar Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq. Qeyd edək ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir. Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatarın oktyabrın 6-da Azərbaycana səfər edəcəkləri barədə məlumat verilib.

Read More
Gündəm 

Özü azərbaycanlı, əri Qəzzadandır – Bakıya gətirilən ailə danışdıVİDEO

Bir müddət əvvəl mərhələli şəkildə Bakıya gətirilən qəzzalı ailə açıqlama verib. ARANTV.AZ  xəbər verir ki, ailə Azərbaycan hökumətinin İsrail tərəfi ilə apardığı danışıqlardan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə ölkəmizə gətirilib. Ailənin xanımı Nailə Elkord əslən azərbaycanlıdır. O, 1992-ci ildə Bakıda tibb təhsili alan fələstinli Akram Elkordla ailə qurub. Bundan sonra Qəzzaya köçüb. Onların bu evlilikdən 3 qızı dünyaya gəlib. Ailənin həyatı isə 2023-cü il oktyabrın 7-si başlayan müharibədən sonra tamamilə dəyişib. Daha ətraflı İTV-nin reportajında:  

Read More
Cəmiyyət 

5 uşaqdırlar, heç biri təhsil almır – VİDEO

Abşeronda Tahirovlar ailəsinin 5 uşağı təhsildən kənarda qalıb. Buna səbəb hələ bu günə kimi onlara heç bir sənədin alınmamasıdır. ARANTV.AZ  “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ailə indiyə kimi sənəd almaq üçün heç bir quruma müraciət etməyib. Əslən Lənkəran rayonundan olan Tahirovlar ailəsi illərdir sənədsizlik problemi ilə üzləşib. Hazırda Abşeron rayonunun Goradil kəndində məskunlaşan ailə çıxılmaz vəziyyətdə qalıb. Ailənin beş azyaşlı övladının heç birinin nə doğum haqqında şəhadətnaməsi, nə də şəxsiyyət vəsiqəsi var. 14 yaşlı Rasimə Tahirova, 13 yaşlı Ramal Tahirov, 12 yaşlı Emin Tahirov, 6 yaşlı Alixan Tahirov məktəbə…

Read More
Dünya 

Serbiya Prezidenti vaxtından əvvəl vəzifədən gedə biləcəyini açıqlayıb

Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ilin sonunda səlahiyyət müddətinin vaxtından əvvəl başa çatması, parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsinin mümkünlüyünü təklif edib. “Report” xəbər verir ki, bunu Serbiya lideri “Pink” televiziya kanalında açıqlama verib. “Rəsmi olaraq mandatıma daha bir il yarım qalıb, lakin bu, yəqin ki, daha qısa olacaq”, – Vuçiç qeyd edib. Onun sözlərinə görə, ölkə rəhbərliyi prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsini nəzərdən keçirir: “Çox güman ki, biz həm prezident, həm də parlament seçkilərini eyni vaxtda keçirəcəyik. 2026-cı ilin dekabrında, bəlkə də bir az əvvəl olacağını…

Read More
Hadisə 

Şirvanda bacı və qardaş bıçaqlanıb

Bakı sakini həyat yoldaşını və qaynını bıçaqlayıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Aralarında yaranan mübahisə zəmində Bakı sakini, həyat yoldaşı 1980-ci il təvəllüdlü Əliyeva Könül Mahmud qızını əlindən və qaynı, Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Ceyhun Mahmud oğlunu çiynindən bıçaqlayıb. Bıçaq yarası alan bacı və qardaş Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. İkinci çox qan itirdiyi üçün əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Cəmiyyət 

Tarixi bina TƏHLÜKƏDƏ – Zirzəmini alan iranlı obyekt tikir

Tarixi binada yaşayan 21 ailə təhlükə ilə üz-üzədir. ARANTV.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonunun Bəşir Səfəroğlu küçəsi, 150 ünvanında yaşayan sakinlər iddia edirlər ki, yaşadıqları binanın zirzəmisini bir şəxs alıb və orada tikinti-qazıntı işləri aparır. Bu da binanın bünovrəsinə, fasadına ciddi təsir edir. Onlar deyirlər ki, zirzəmini alan şəxs İran vətəndaşıdır və zirzəmidə iaşə obyekti tikmək istəyir. Sakinlər bildirirlər ki, təhlükəsizlik bir yana, rahatlıqları da qalmayıb. Belə ki, zirzəmini alan şəxs səs-küylə də onları narahat edir. Şikayətçilər deyirlər ki, bir müddət əvvəl həmin şəxs binanın divarını…

Read More
İdman 

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədəki yerini qoruyub

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədəki yerini qoruyub. “Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin aktivində hazırda 29 qızıl, 46 gümüş və 86 bürünc medal var. Siyahıya Rusiya (105 qızıl, 55 gümüş, 34 bürünc medal) başçılıq edir. Üçüncü pillədə isə Belarus (27 qızıl, 26 gümüş, 48 bürünc) qərarlaşıb. İndiyə qədər 10 ölkə təmsilçiləri medal qazanıblar. Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Read More
Gündəm 

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 15,871 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib. “Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 % azdır. Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 1,775 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,7 % azdır. 9 ayda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,8 % azalaraq 1,903 milyard ABŞ dollarına, sentyabrda isə 0,1 % azalaraq 226,756 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox…

Read More
Cəmiyyət 

SON UÇUŞ…

Göy üzü şəffaf və buludsuz, günəşli bir yay səhəri idi. Balaca Zaur həyətdəki qumlu yolla qaça-qaça quşların səmaya qalxmasını seyr edirdi. Hər dəfə bir quş qanad çalanda, elə bil özü də onlarla birlikdə uçurdu; əllərini qanad kimi açıb sevinc içində dövrə vururdu. – Ana, bax, bir gün mən də quşlar kimi uçacağam! – deyə həyəcanla anasına səslənirdi. Pəri gülümsəyib oğlunun başını sığallayırdı: – Qoy oğlumun qanadları göylərə çatsın, amma ayaqları həmişə bu torpağa bağlı qalsın. Zaur torpağın hər daşına, hər çiçəyinə sevgi ilə baxardı. Xəyallarında kəndin üstündən təyyarə ilə uçaraq insanları qorumaq,…

Read More