Hadisə 

11-ci sinif şagirdi vəfat etdi

əmkirdə 11-ci sinif şagirdi Rəsul Ələddin oğlu Qəribov vəfat edib. Bu barədə onun təhsil aldığı Şəmkir rayonu Aşağı Seyfəli kənd Natiq Abbasov adına tam orta məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məktəblinin hansı səbəbdən vəfat etdiyi barədə məlumat yoxdur./Ajans.az

Read More
Cəmiyyət 

BDYPİ-dən sürücülərə MÜRACİƏT

Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib. ARANTV.AZ  xəbər verir ki, bu haqda Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gündüz bəzi yerlərdə çiskinli yağış və duman müşahidə oluna bilər. Azərbaycanın şərq rayonlarında da oxşar hava şəraiti proqnozlaşdırılır. Görünmənin məhdudlaşacağı ehtimalı var. “Belə hava şəraitində yol hərəkətində diqqətin artırılması, sürət həddinin azaldılması, ara məsafəsinin gözlənilməsi və işıq cihazlarının işlək vəziyyətdə saxlanması…

Read More
Cəmiyyət 

MUM-da 103 min mənimsəyən satıcı həbs edildi- Foto

Mərkəzi Univermaqda satıcı işlədiyi zaman müştərilərin qızıllarını ələ keçirməkdə ittiham olunan Günay Muradəliyeva həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda belə hökm çıxarıb. Hakim Mahirə Kərimova zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməməsini nəzərə alaraq xanım müttəhim barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanunauyğun hesab edib. Hökmə əsasən, Günay Muradəliyeva külli miqdarda mənimsəmədə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu vaxta qədər azadlıqda olan Günay məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. Qeyd edək ki, 31 yaşlı Günay Muradəliyeva Mərkəzi Univermaqda üç nəfərdən satış…

Read More
Gündəm 

İş günü qısaldılacaq – Bu tarixdə

Azərbaycanda 7 noyabr qısaldılmış iş günüdür. 8 noyabr – Zəfər Günü ilə əlaqədar olaraq, 7 noyabr (cümə günü) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günləri qabağı iş günü bir saat azaldılır. Beləliklə, dövlət və özəl müəssisələrdə 7 noyabrda iş vaxtı adi günlərə nisbətən bir saat daha qısa olacaq. (metbuat.az)

Read More
Hadisə 

Ağdaşda iki bacını maşın vurub öldürdü

Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə Əmirarx kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mersedes” markalı minik maşını yolu keçən iki nəfəri vurub. Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatın itirib. Məlumata görə, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır. Qeyd edək ki, qadınlar bacı olublar. Faktla bağlı araşdırma aparılır.

Read More
Dünya 

Orban Qəbələdəki Zirvə Görüşündən paylaşım etdi- VİDEO

Macarıstanın Baş naziri Vikror Orban Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, Orban görüşdən video paylaşaraq aşağıdakı sözləri yazıb: “Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında Macarıstan və Türk Dövlətləri sülhə sadiq olduqlarını bir daha təsdiq etdilər. Aİ Ukrayna cəbhəsində müharibə apararkən, biz dialoq və davamlı sülh üçün birlikdəyik”.

Read More
Dünya 

İtaliya və ABŞ arasında makarona görə GƏRGİNLİK

İtaliya ABŞ hakimiyyəti tərəfindən makaron idxalına tətbiq edilən əlavə antidempinq tarifindən ciddi narahatlıq keçirir. Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, yeni rüsumlar səbəbindən ABŞ-da italyan makaron məhsullarının qiyməti demək olar ki, ikiqat artacaq. Bu səbəbdən Roma Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir ki, Vaşinqtona təzyiq göstərilsin. Öz növbəsində, ABŞ Ticarət Nazirliyi əlavə antidempinq tarifinin tətbiqini belə izah edib: aparılan araşdırma iki böyük italyan istehsalçısının məhsulları ABŞ bazarında süni şəkildə aşağı qiymətlərlə satdığını üzə çıxarıb. Yeni tarif italyan makaronlarının qiymətini 91,74% artıracaq.

Read More
Gündəm 

İctimai nəqliyyatda qiymət artımı: sosial ədalət qorunmalıdır – Millət vəkilindən önəmli təkliflər

Azərbaycanda ictimai nəqliyyatda tarif dəyişikliyi iqtisadi əsaslandırma ilə izah olunsa da, onun sosial ölçüləri, xüsusən də aşağı gəlirli qruplara təsiri barədə düşünmək zəruridir. Çünki ictimai nəqliyyat təkcə hərəkət vasitəsi deyil, həm də vətəndaşın gündəlik həyat keyfiyyətinə, təhsil və məşğulluq imkanlarına birbaşa təsir göstərən amildir. Artımın səbəbləri arasında yanacaq, texniki xidmət, amortizasiya və işçi xərclərinin yüksəlməsi göstərilir. Lakin sosial baxımdan bu, şagirdlər, tələbələr, təqaüdçülər, aztəminatlı ailələr və gündəlik nəqliyyatdan istifadə edən insanlar üçün real əlavə xərclər yaradır. Gediş haqqındakı 10 qəpik fərq, ay ərzində 10–20 manatlıq əlavə yük deməkdir ki, bu…

Read More
Gündəm 

Hərarət, öskürək, halsızlıq- Son zamanlar yayılan xəstəlik nədir?

Son zamanlar Azərbaycanda bir çoxları yüksək hərarət, boğaz ağrısı, burun tutulması kimi simptomlardan əziyyət çəkir. Mütəxəssislər bunun influenza virusu olduğunu bildirirlər. İnfluenza virusu nədir? İnfluenza, daha çox “qrip” adı ilə tanınan, mövsümi olaraq yayılan və yüksək yoluxuculuq qabiliyyəti olan virus xəstəliyidir. O, əsasən tənəffüs yollarına təsir edir və sürətlə insandan insana keçə bilir. İnfluenza virusunun A, B və C tipləri mövcuddur, lakin insanlarda daha çox xəstəliyə səbəb olan A və B tipləridir. Əsas simptomlar İnfluenza ilə adi soyuqdəyməni ayırmaq bəzən çətin olur. Lakin mütəxəssislər qripin daha qəfil başladığını və simptomların…

Read More
Cəmiyyət 

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən xəbərə görə, oktyabrın 6-da gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı gözlənilir.

Read More