Gündəm 

Tarix yazan Lider

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycanın tarixində əlamətdar bir dönüş nöqtəsi oldu. O dövrdə ölkədə hökm sürən dərin siyasi böhran, sosial gərginlik və idarəolunmazlıq şəraitində xalq çıxış yolunu axtarırdı. Azərbaycanı xaosdan, parçalanmadan və vətəndaş qarşıdurmasından xilas edəcək liderə ehtiyac vardı. Xalq bu ağır, taleyüklü məqamda müdrik və uzaqgörən bir qərar verərək, böyük etimadla Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Bu seçim sadəcə bir prezidentin seçilməsi deyildi. Bu, ölkənin gələcəyini müəyyən edən, sabitliyə və inkişaf yoluna aparan tarixi bir addım idi. Məhz belə bir həssas və təhlükəli mərhələdə…

Read More
Cəmiyyət 

Gənclərdə infarkt nədən yaranır?

Son illərdə ürək-damar xəstəlikləri daha gənc yaşlarda görünməyə başlayıb. “Qafqazinfo” xəbər verir ki, əgər əvvəllər infarkt əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinirdisə, indi 40–50 yaş arası şəxslər də risk qrupuna daxil olur. Bu, həm həyat tərzi, həm də orqanizmin təbii dəyişiklikləri ilə bağlıdır. Təzyiq və damar sərtliyi Bu yaşdan sonra damar divarları əvvəlki elastikliyini itirir. Yüksək qan təzyiqi isə damarların daxili qatını zədələyərək infarkt üçün zəmin yaradır. Xolesterin və damar tıxanıqlığı Uzun illər ərzində yığılan qeyri-sağlam qidalanma nəticəsində xolesterin lövhələri əmələ gəlir. Damarların daralması ürəyə qan axınını zəiflədir və qəfil tıxanma…

Read More
Gündəm 

Revanşistlərə ciddi zərbə

İkinci Qarabağ müharibəsinin başa çatmasından beş il vaxt keçsə də Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri hələ də onların yolunu gözləyirlər. Hələ demirik ki, I Qarabağ müharibəsində də itkin düşənlərin sayı daha çox idi. Əvvəllər Ermənistan hakimiyyəti döyüşlərdə öldürülənlərin cəsədlərini morqlarda gizlədərək ictimaiyyətə təsəlliverici fikirlər söyləyir, döyüşlərdə olənləri dəfn olunmaq üçün aylarla gözləyən valideynlərinə və qohumlarına təhvil vermirdilər. İtkin düşənlər barədə yaydıqları söz-söhbətlərdə isə onların axtarılıb tapılması haqqında yalançı uydurmalar iddia olunurdu. Bu, ağır məğlubiyyətin miqyasını kiçiltmək və əhalini panikaya düşməmək və sakitləşdirmək məqsədi ilə edilirdi ki, emosiyaya qapılmış kütlə hakimiyyətə…

Read More
Gündəm 

Sərmayə varsa, inkişaf da var

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344,4 milyard ABŞ dolları sərmayə yatırılıb İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi tərəqqini təmin edən əsas amillərdən biri kapital qoyuluşudur. Sərmayə qoyuluşunda fasilələr yaranarkən bir müddət iqtisadi dinamikada da geriləmə müşahidə olunur. Buna görə də hər bir hökumət iqtisadiyyatın fasiləsiz kapitallaşdırılmasında maraqlıdır. Azərbaycan da dünyanın bu təcrübəsindən örnək götürərək hələ müstəqilliyimizin ilk illərindən sərmayə yatırımına xüsusi əhəmiyyət verir. Ölkə iqtisadiyyatını dirçəltmək məqsədilə həmin dövr neft sənayesinə xarici investisiya cəlb etmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlatmaq kifayətdir. Həmin sazişin imzalanması ölkəmizin inkişafında müstəsna rol oynadı.…

Read More
Dünya 

Türkiyə MTŞ-nin iclasında Ankara ilə İrəvan arasındakı normallaşma müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında Ankara və İrəvan arasındakı normallaşma prosesi müzakirə olunub. “Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda qeyd olunub. İclasda Azərbaycanla Naxçıvan arasında maneəsiz daşımalara imkan yaradacaq və bütün region ölkələrinin xeyrinə nəticələr verəcək nəqliyyat xəttinin əhəmiyyəti və yekun sülhün bərqərar olması iradəsi də vurğulanıb.

Read More
Siyasət 

Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir

Birgə Bəyannamənin imzalanması və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması təkcə sabitliyi təmin etmir, həm də yeni iqtisadi və ticarət imkanları təmin edir. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda “Lissabondan İrəvana: Avropanın daha geniş qonşuluq strategiyasına baxış” adlı yüksək səviyyəli müzakirələrdə deyib. “Təsəvvür edin ki, Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi bərpa olunan zaman bu, təkcə dünyanın bu hissəsi üçün deyil, daha geniş region üçün, o cümlədən Aİ üçün də əhəmiyyətli olacaq. Amma bu, son hədd deyil. Cənubi Qafqazda…

Read More
İdman 

Qarabağ atları ÇL-in oyununda! – FOTO

“Qarabağ” – “Kopenhagen” oyunu öncəsi azarkeşlərə sürpriz hazırlanıb Xəbər verdiyimiz kimi, sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ” öz meydanında “Kopenhagen”lə qarşılaşacaq. ARANTV.AZ  xəbər verir ki, oyun öncəsi azarkeşlər üçün xüsusi sürprizin təqdim olunacağı açıqlanıb. Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Detallar açıqlanmasa da, “Qarabağ” rəhbərliyi azarkeşləri stadionda unudulmaz atmosferin gözlədiyini bildirib. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.   Musavat.com

Read More
Dünya 

Bu ölkədə qrip və COVID-19 epidemiyasından ölürlər

İspaniyanın Sevilya şəhərində, La Alqaba bölgəsində yerləşən qocalar evində respirator infeksiyaların yayıldığı təsdiqlənib. Milli.Az xəbər verir ki,Əndəlüs Səhiyyə Nazirliyi baş verənləri rəsmi şəkildə təsdiqləyib. Ümumilikdə 22 nəfər virusa yoluxub, altı nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi evə buraxılıb, birinin müalicəsi davam edir. Təəssüf ki, dörd nəfər dünyasını dəyişib, onlardan üçü xəstəxanada, biri isə müəssisədə. Bölgədə 2023-cü ildən tətbiq edilən xüsusi protokollar işə salınıb. Qocalar evlərində təcrid rejimi, gücləndirilmiş nəzarət və səhiyyə qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir. Yoluxmaların artması fonunda Əndəlüsdə qrip və COVID-19-a qarşı birgə vaksinasiya kampaniyasına start verilib. Hazırda…

Read More
Dünya 

Slovakiya prezidenti konstitusiyada iki cins anlayışını əks etdirən düzəlişləri imzalayıb

Slovakiya Prezidenti Peter Pelleqrini konstitusiyaya iki cins – kişi və qadın anlayışını əks etdirən düzəlişləri imzalayıb. “Report” xəbər verir ki, bu barədə Slovak Radiosu məlumat yayıb. Dəyişikliklər sentyabrın 26-da Milli Şura (Slovakiyanın birpalatalı parlamenti) üzvlərinin səs çoxluğu ilə qəbul edilib. Onların təşəbbüsü ilə hakim koalisiyada aparıcı partiya olan İstiqamət – Sosial Demokratiya çıxış edib. Onun lideri və baş nazir Robert Fiko qeyd edib ki, düzəlişlər nikah və ailənin, həmçinin şəxsi və ailə həyatının qorunmasında ölkənin suverenliyini gücləndirir. KİV-in məlumatına görə Slovakiya konstitusiyası mühafizəkar dəyərləri təsbit edir. Evli cütlüklər artıq uşaqları…

Read More
Cəmiyyət 

Məktəbli avtobusundan istifadənin qiyməti açıqlandı – VİDEO

Oktyabr ayının 1-dən Bakıda məktəb avtobusları layihəsi başlayır. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, şəhər mərkəzində yerləşən müəyyən məktəblər bu layihəyə cəlb olunur. Pilot layihənin məqsədi şagirdlərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etməkdir. Layihənin həmtəsisçi Orxan Abbasov deyib ki, bu proses Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Onun sözlərinə görə, layihəyə 1200-dən çox şagird qoşulub: “Artıq 1200-dən çox şagird istifadəçimiz var. Bu ildən pilot formada keçirilir. Gələn ildən etibarən isə digər məktəblərdə də istifadəyə veriləcəkdir. Valideynlər mobil tətbiqi yükləyərək öz uşaqlarının məktəblərini seçə, öz uşaqlarını əlavə edə…

Read More