Siyasət 

İtaliya Prezidenti: İtaliya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir

İtaliya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib. İtaliya Prezidenti deyib ki, iki ölkə arasında münasibətləri yüksək qiymətləndirirlər: “İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı sahəsində müsbət mövqeyini ortaya qoyur. İki ölkə arasında münasibətlərin inkişafı üçün yeni addımlar atacağımıza inanıram. Sabah Prezident İlham Əliyevlə İtaliya-Azərbaycan Universitetinin açılışında iştirak edəcəyimizdən çox məmnunam”.

Read More
Siyasət 

İlham Əliyev: Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyib

Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir. ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında söyləyib. Biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Read More
Cəmiyyət 

Qara çay yoxsa yaşıl çay? – Qida ekspertindən açıqlama

Son illərdə çay istehlakı ilə bağlı araşdırmalar genişlənib və mütəxəxəslər həm yaşıl, həm də qara çayın faydalarını vurğulayırlar. Hər iki çay növünün özünəməxsus xüsusiyyətləri var və seçimi fərdi sağlamlıq tələbləri müəyyən edir. Qida eksperti Hüseyn Kərimov BiG.AZ-a bildirib ki, hər iki çay növü sağlamlıq üçün faydalıdır, lakin fərdi məqsədlərə və zövqlərə görə seçim edilməlidir. Yaşıl çay ümumiyyətlə bir qədər daha faydalıdır, çünki antioksidant baxımından daha zəngindir və ürək-damar sağlamlığı, metabolizm və dəri üçün əlavə dəstək verir. Qara çay da faydalıdır, amma onun əsas üstünlükləri enerji və konsentrasiya artırmaq, həzm sistemini dəstəkləməkdir:…

Read More
Siyasət 

Prezident Fərman İMZALADI

2025-ci il iyulun 21-də Pnompen şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib. ARANTV.AZ  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərəcək.

Read More
Cəmiyyət 

Bu şəxslərin müalicəsi tibbi sığorta hesabına qarşılanacaq

İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanların siyahısı genişləndiriləcək. Bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Layihəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum…

Read More
Cəmiyyət 

Bu ətlərin satışına icazə verilməyəcək – YENİ QAYDA

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq. Bu, Baş nazir Əli Əsədovun qərarı ilə Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb. Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri…

Read More
Cəmiyyət 

DYP-dən toy karvanında avtoşluq edənlərə XƏBƏRDARLIQ

Dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ardıcıl hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə yol verməməlidirlər. Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının…

Read More
Gündəm 

Komitə sədrindən qəbristanlıqlarla bağlı təklif

Milli Məclisin plenar iclasında parlamentin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında məsələ müzakirə olunub. Musavat.com-un məlumatına görə, Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov çıxışı zamanı deyib ki, Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var: “Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır”. Komitə sədri qeyd edib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: “Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”. Qəbristanlıqlarla bağlı digər bir sıra deputatlar da iclasda fikir və təkliflərini səsləndiriblər.

Read More
Siyasət 

Prezident ona general-mayor rütbəsi verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Anar İsmayılova general-mayor hərbi rütbəsinin verilməsi barədə Sərəncam imzalayıb. Musavat.com-un məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Polkovnik Anar Müslüm oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi verilsin”.

Read More