Gündəm 

Xəzəri hansı qonşumuz qurudur? – Əliyevin o xəbərdarlığı

Azər Həsrət: “Bu çıxışı Rusiya havada qapdı, “sözü yerə at, sahibi götürəcək”” Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər dənizinin suyunun azalması probleminə də toxunub. Qeyd edib ki, dənizin sürətlə kiçilməsinin əsas səbəbi iqlim dəyişmələri deyil. “2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan həmçinin həmin problemin həlli üçün…

Read More
Sosial 

“Sentyabrda almalı idim, üç ay sonraya qaldı” – Vətəndaşdan işsizlik sığortası ilə bağlı NARAZILIQ

Musavat.com-un redaksiyasına Bakı şəhər sakini Günay Hüseynova İsmayıl qızı tərəfindən daxil olan müraciətdə vətəndaş Dövlət Məşğulluq Agentliyi tərəfindən ona təyin edilmiş işsizlikdən sığorta ödənişinin vaxtında verilməməsindən şikayətçidir. Günay Hüseynova bildirir ki, iyun ayının sonunda Dövlət Məşğulluq Agentliyinə müraciət edib və avqustun 1-dən etibarən ona işsizlikdən sığorta ödənişi təyin olunub: “Avqustun 1-də sənədləri imzalayanda bizə bildirdilər ki, ilk ödəniş sentyabrın sonunda – təxminən 25-26-sı tarixlərində ediləcək. Həmin vaxt keçib, amma hələ də heç bir ödəniş olunmayıb. Müraciət etdim, dedilər ki, avqustda kimə sığorta ödənişi təyin olunubsa, həmin şəxslər məbləği yalnız noyabr…

Read More
Cəmiyyət 

Xocalının igid oğlu, Azərbaycanın qəhrəman şəhidi-Ceyhun Mustafazadə…  

O, Vətənə sevgisini sözlə deyil, canı ilə sübut edən gənclərimizdən biri idi. Həyatının hər anı, hər addımı torpaq sevgisi, vətənə sədaqət və qəhrəmanlıqla dolu idi. 1997-ci ilin yanvarında Xocalıdan didərgin düşmüş bir ailənin övladı kimi dünyaya gəldi amma içindəki Xocalı həsrəti onu daim mübariz və döyüşkən etdi.   Ceyhun hələ gənc yaşlarından hərbi formaya, döyüş ruhuna, ədalətə inanırdı. Xidmət etdiyi hər yerdə Vətənini uca tutdu, Günnüt əməliyyatında göstərdiyi igidliklə adını qəhrəmanlar sırasına yazdırdı. O, sadəcə bir əsgər deyildi o, Xocalının intiqamını almaq, torpaqlarımızı azad görmək istəyən bir igid idi.  …

Read More
Cəmiyyət 

Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir

Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir. ARANTV.AZ  xəbər verir ki, aktyorun nəşi Cümə məscidinə cənazə namazı qılınmaq üçün gətirilib. Media nümayəndələri məsciddən çıxarılıb. Tahir İmanov bildirib ki, çəkiliş dinə uyğun deyil. Halallıq vermir. Çəkiliş dayanmadan cənazə maşından çıxarılmayacaq. Aktyorla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq. Aktyoru son mənzilə yola salmağa yaxınları, ailə üzvləri, sənət dostları toplaşır. Cabir İmanov Qurd Qapısı qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da günorta saatlarında idman zalında infarktdan vəfat edib.

Read More
Cəmiyyət 

Ədliyyə Nazirliyi süni intellekt əsaslı rəqəmsal xidmət istifadəyə verdi

Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması istiqamətində növbəti addım kimi daşınmaz əmlakın bazar dəyərini müəyyən etməyə imkan verən süni intellekt dəstəkli yeni əmlak qiymətləndirmə xidməti istifadəyə verilib. ARANTV.AZ  xəbər verir ki, bu rəqəmsal xidmət daşınmaz əmlakın alqı-satqısı zamanı həm vətəndaşların, həm də notariusların istifadəsi üçün nəzərdə tutulub. Belə ki, yeni xidmət vasitəsilə alqı-satqı zamanı istər vətəndaşlar, istərsə də notariuslar mənzil, torpaq sahəsi, yaşayış və qeyri-yaşayış kateqoriyaları üzrə daşınmaz əmlakın təxmini bazar qiymətini hesablaya biləcəklər. Əmlakın əsas xüsusiyyətlərinin daxil edilməsi əsasında sistem qiymətləndirmə aparır və daim…

Read More
Siyasət 

Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul etdi

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb. ARANTV.AZ  bu barədə məlumat verir. Spiker Sahibə Qafarova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun yazdığı şərəfli tarixdən bəhs etdikdən sonra komitə sədri Azər Əmiraslanov bəyanatı səsləndirib. Milli Məclisin sədr müavini Əli Əhmədov sənəd haqqında yüksək fikirlərini bildirdikdən sonra qərar layihəsi yekdilliklə qəbul olunub.

Read More
Dünya 

NATO və Ermənistan “Tramp yolu”nun açılmasını müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Görüş Varşava Təhlükəsizlik Forumu çərçivəsində baş tutub. Həmsöhbətlər Ermənistan və NATO arasında tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edərək, daha iddialı gündəliyin formalaşdırılmasında maraqlı olduqlarını qeyd ediblər. Regional hadisələrə toxunan tərəflər Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşmalarının sülhün bərqərar olması və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” kommunikasiya proqramının həyata keçirilməsində əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.\\Teleqraf

Read More
Cəmiyyət 

Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “Zəfər sənəti” layihəsi start verilir

Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “Zəfər sənəti” layihəsinə start verir. Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində şəhid övladlarının əl işləri fondun veb-saytında və sosial şəbəkə hesablarında nümayiş etdiriləcək. Layihəyə qoşulmaq istəyən uşaqlar əl işlərini, fotoşəkilləri, ad, soyad və ata adlarını, eləcə də şəhidin ad, soyad və ata adını qeyd etməklə, cari il noyabrın 1-dək dsmf_projects@sosial.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Read More
Cəmiyyət 

Bakıda bu ərazilər qazsız qalacaq

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Yuxarı Buzovna” qaz xəttinin kipliyə sınaqdan keçirilməsi işləri ilə əlaqədar, sentyabrın 30-da saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Buzovna qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Read More