Cəmiyyət 

Ədliyyə Nazirliyi süni intellekt əsaslı rəqəmsal xidmət istifadəyə verdi

Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması istiqamətində növbəti addım kimi daşınmaz əmlakın bazar dəyərini müəyyən etməyə imkan verən süni intellekt dəstəkli yeni əmlak qiymətləndirmə xidməti istifadəyə verilib. ARANTV.AZ  xəbər verir ki, bu rəqəmsal xidmət daşınmaz əmlakın alqı-satqısı zamanı həm vətəndaşların, həm də notariusların istifadəsi üçün nəzərdə tutulub. Belə ki, yeni xidmət vasitəsilə alqı-satqı zamanı istər vətəndaşlar, istərsə də notariuslar mənzil, torpaq sahəsi, yaşayış və qeyri-yaşayış kateqoriyaları üzrə daşınmaz əmlakın təxmini bazar qiymətini hesablaya biləcəklər. Əmlakın əsas xüsusiyyətlərinin daxil edilməsi əsasında sistem qiymətləndirmə aparır və daim…

Read More
Siyasət 

Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul etdi

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb. ARANTV.AZ  bu barədə məlumat verir. Spiker Sahibə Qafarova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun yazdığı şərəfli tarixdən bəhs etdikdən sonra komitə sədri Azər Əmiraslanov bəyanatı səsləndirib. Milli Məclisin sədr müavini Əli Əhmədov sənəd haqqında yüksək fikirlərini bildirdikdən sonra qərar layihəsi yekdilliklə qəbul olunub.

Read More
Dünya 

NATO və Ermənistan “Tramp yolu”nun açılmasını müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Görüş Varşava Təhlükəsizlik Forumu çərçivəsində baş tutub. Həmsöhbətlər Ermənistan və NATO arasında tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edərək, daha iddialı gündəliyin formalaşdırılmasında maraqlı olduqlarını qeyd ediblər. Regional hadisələrə toxunan tərəflər Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşmalarının sülhün bərqərar olması və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” kommunikasiya proqramının həyata keçirilməsində əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.\\Teleqraf

Read More
Cəmiyyət 

Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “Zəfər sənəti” layihəsi start verilir

Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “Zəfər sənəti” layihəsinə start verir. Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində şəhid övladlarının əl işləri fondun veb-saytında və sosial şəbəkə hesablarında nümayiş etdiriləcək. Layihəyə qoşulmaq istəyən uşaqlar əl işlərini, fotoşəkilləri, ad, soyad və ata adlarını, eləcə də şəhidin ad, soyad və ata adını qeyd etməklə, cari il noyabrın 1-dək dsmf_projects@sosial.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Read More
Cəmiyyət 

Bakıda bu ərazilər qazsız qalacaq

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Yuxarı Buzovna” qaz xəttinin kipliyə sınaqdan keçirilməsi işləri ilə əlaqədar, sentyabrın 30-da saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Buzovna qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Read More
Gündəm 

Minaaxtaranlara “veteran” statusu verilə bilərmi?

Milli Məclis hökumətdən təklif gözləyir – ekspertlər də dəstəkləyir Azərbaycanın azad olunmuş ərazilərində aparılan minatəmizləmə əməliyyatları ölkənin təhlükəsizliyi və bərpa-quruculuq prosesinin əsas şərtlərindən biridir. Vətən müharibəsində iştirak edən minaaxtaranlara “müharibə veteranı” statusunun verilməsi təklifi də son günlər gündəmə gəlib. Bu məsələ “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin kasetli sursatlarla bağlı hesabatında öz əksini tapıb. Hesabatda bildirilir ki, mina əməliyyatları zamanı yaralanan şəxslərə “müharibə əlili”, Vətən müharibəsi dövründə fəaliyyət göstərən minaaxtaranlara isə “müharibə veteranı” statusu verilməsi məsələsi nəzərdən keçirilməlidir. Bu, həm onların təhlükəli əməyinə dövlət səviyyəsində dəyər verilməsi, həm də sosial…

Read More
Maraqlı 

İlin sonu 6 BÜRC üçün çox sehrli olacaq

İlin sonuna yaxınlaşdıqca, bir çoxları hesablaşmağa və daha yaxşı gələcək arzulamağa başlayır.  Bəzi bürclər üçün bu dövr xüsusilə əlamətdar olacaq, çünki o, uzun müddət yaddaşlarda qalacaq sehrli dəyişikliklər və anları gətirəcək. Bürcün hansı əlamətlərinin ilin sonuna qədər həyatlarında əsl sehr gözləyə biləcəyini öyrənin. Qoç Bu ilin sonu Qoç üçün əziz arzuların həyata keçmə vaxtı olacaq. Üzərində çalışdıqları hər şey öz bəhrəsini verməyə başlayacaq və səma onlara hədiyyələr yağdıracaq. Gözlənilməz qarşılaşmalar və yeni imkanlar naməlum dünyalara qapılar açacaq və bu kəşflər sevinc və sürprizlə dolacaq. Buğa Buğa bürcü üçün ilin sonu…

Read More
Cəmiyyət 

Afaq Bəşirqızı Cabir İmanovdan yazdı – “İnanmaq istəmirəm”FOTO

Xalq artisti Afaq Bəşirqızı ötən gün vəfat edən həmkarı Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib. Aktrisa həmkarının vəfatına inana bilmədiyini yazıb: “İnanmıram, Cabir… İnanmaq istəmirəm… Zəngini gözləyirəm. Gözləyirəm zəng edib deyəcəksən ki, Afaq xanım bu bir zarafatdır. Bütün zarafatlarını sevə-sevə qəbul edərdim. Bu, çox ağır oldu. Qəbul edə bilmirəm, başa düşürsən?! İnana bilmirəm ki, aramızda yoxsan… Sən ürəyimdə, könlümdə elə bir iz buraxmısan ki, mənim üçün hər zaman əbədi yaşayacaqsan! Sözlər belə boğazımda düyünlənib qalıb. Ruhun şad olsun, əziz insan”. Xatırladaq ki, A.Bəşirqızı və C.İmanov “Bəxt üzüyü 2” filmində birgə…

Read More
Gündəm 

Azərbaycanın qoşulması gözlənilən saziş təhlükədə

Yaxın Şərq hadisələri “İbrahim razılaşması”nı riskə atıb – Bakı üçün bu anlaşmanın önəmi Yaxın Şərqdə vəziyyət getdikcə daha dramatik xarakter almaqdadır. Bu durumda diqqət çəkən məqamlardan biri də “İbrahim sazişləri”nin taleyinin necə olacağıdır. Bəlli ki, Azərbaycanın “İbrahim sazişlərinə”nə qoşulması son vaxtlar beynəlxalq siyasi dairələrin və medianın marağındadır. Bu barədə “Bakı-Xəbər” yazıb. Nəşr qeyd edib ki, bu günlərdə ABŞ-nin İsraildəki keçmiş səfiri Daniel Şapiro da ABŞ-də Senat dinləmələrində çıxış edərək Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq potensialını izah edib: “Bəzən insanlar soruşurlar: “İbrahim sazişləri” necə genişlənə bilər? Bəlkə də Azərbaycan? Azərbaycan artıq uzun illərdir…

Read More