Əvvəl Anar, sonra Elçin, indi isə Cabir – Üçü də ürək tutmasından vəfat etdi
Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur “Parni iz Baku” KVN komandasının üzvü Cabir İmanov qəfil vəfat edib. Musavat.com-un məlumatına görə, Cabir İmanov bu gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib. 49 yaşlı aktyor dünyasını dəyişib. Cabir İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. O, 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub. Ailəli idi və 4 övladı var. Cabirin qəfil ölümü, komandanın…
Read More