Ailə qurmaq istəyənlər üçün yeni tələb GÜNDƏMDƏ
Deputat Göydəniz Qəhrəmanov nikah zamanı narkoloji arayışın tələb olunmasını təklif edib. Musavat.com-un xəbərinə görə, Milli Məclisin bugünkü iclasında deputat bildirib ki, narkotik vasitələrin qəbulu insan sağlamlığına ciddi zərər vurmaqla yanaşı, cəmiyyət üçün də böyük təhlükə yaradır və insanların taleyinə mənfi təsir göstərir. Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə aparılır və bu sahədə göstəricilər bir çox ölkələrlə müqayisədə daha aşağıdır: “Bu da dövlətimizin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir”. Göydəniz Qəhrəmanov qeyd edib ki, müzakirə olunan qanun layihəsi işə qəbul olunan şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq. Deputat…
Read More