Cəmiyyət 

Laçın və Kəlbəcərə qar yağır – VİDEO

ARANTV.AZ  xəbər verir ki, ölkənin qərb bölgəsində hava şəraiti kəskin dəyişib, Laçın və Kəlbəcər rayonlarının yüksək dağ kəndlərinə qar yağıb. Son günlər davam edən yağıntılı hava şəraiti nəticəsində Laçının Qorçu, Malıbəyli və Zülfüqarlı kəndlərində qar yağışı müşahidə olunur və hazırda da davam edir. Eyni zamanda, Kəlbəcər rayonunun bəzi yüksək ərazilərinə də qar düşüb. Rayonlarda ümumilikdə yağıntılı hava hökm sürür və axşam saatlarından etibarən ucqar dağ kəndlərində qar yağışı güclənib. //VİDEO: Report

Read More
Gündəm 

Bu gün suverenliyimizin tam bərpası günüdür

Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfrans keçirildi; Deputat: “Bir sutkalıq lokal xarakterli antiterror tədbiri bu Zəfərin başının tacıdır” 2023-cü il, sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.  2023-cü il, sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan…

Read More
Gündəm 

Ürək dərmanı ilə bağlı xəbərdarlıq – bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

Mütəxəssislər milyonlarla insanı xəbərdar edib: qan durulducu dərman varfarin bəzi vitamin və bitki tərkibli əlavələrlə birlikdə qəbul ediləndə ölümcül reaksiyalara səbəb ola bilər. İngiltərədə ən çox təyin edilən antikoaqulyant olan varfarin, ifliclə nəticələnə biləcək qan laxtalarının qarşısını almaq üçün bir milyondan çox xəstəyə yazılır. Dərman qanın damarlarla daha rahat hərəkət etməsinə kömək edir və ürək ritm pozğunluğu, ürək qapağı əməliyyatı, qan laxtalanma problemləri və əməliyyatdan sonrakı dövrdə xəstələrə verilir. Lakin İngilis Ürək Fondunun mütəxəssisi Viktoriya Teylor xəbərdarlıq edib ki, varfarini K vitamini, omega-3 əlavələri və məşhur bitki dərmanı sarı kantaron…

Read More
Hava 

Sabahın havası- Yağış, külək…- PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəratinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 15-18, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Vurğulanıb ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi…

Read More
Gündəm 

6 gündən sonra İrana… – Uzaq yola çıxan Tehranı niyə “tapança götürməyə” qoymurlar?

Yayılan xəbərlərdən belə anlaşılır ki, 12 günlük müharibədə “qələbə qazanması”na baxmayaraq, nüvə silahı əldə etmək niyyətindən vaz keçmək niyyətində deyil. Yuxarıdakı cümlədə “qələbə qazanması” ifadəsi ona görə dırnaq işarələri arasında verilir ki, əslində iyun ayının 12-də başlayan və 24-də başa çatan müharibədə İsrailin hərb maşını İranın generallarını və nüvə fiziklərini, ABŞ isə bu ölkənin yeraltı nüvə obyektlərini vurub sıradan çıxarıb və bunu qələbə kimi qələmə vermək çətindir. Güman olunurdu ki, bu qısa müddətli, ağır nəticəli savaşdan sonra İran nüvə proqramını inkişaf etdirməkdən imtina edəcək, ölkənin iqtisadi potensialını hərtərəfli inkişafa, xalqın…

Read More
Cəmiyyət 

Bu ərazilərə qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər,…

Read More
Gündəm 

Suverenlik müstəqil Azərbaycanın varlığını, inkişaf və tərəqqisini təmin edən əsas amildir

Prezident İlham Əliyevin 19 sentyabr 2024-ci il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamında bildirilir ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir: “Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.” Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa…

Read More
Gündəm 

Gözdən düşən erməni kilsəsi

Baş nazir Nikol Paşinyan bütün ermənilərin katolikosunun ölkədən çıxarılması planını təsdiqləyib Ermənistanda kilsənin dövlət işlərində təsiri, rolu həmişə diqqətdə olub. Dünyanın müxtəlif ölkələrində məskunlaşan erməni diasporunun yardımları hesabına antitürk təbliğatında, müsəlmanlara qarşı əsrlərdən bəri aparılan etnik təmizləmə siyasətində və soyqırımlarda aparıcı qüvvə kimi qəddarlığını davam etdirən kilsənin din xadimləri daha çox terrorlara dəstək göstəriblər. Yeri gəldikdə erməni lobbisi ilə birləşərək hakimiyyətə qarşı təsir, təzyiq vasitəsi kimi istifadə olunan kilsələrdə ən qatı cinayətlərin planları belə hazırlanıb. Bu günlərdə işğalçı ölkədə yenidən alovlanan dövlət-din münasibətləri onsuz da mürəkkəbləşən ölkədaxili vəziyyəti daha da…

Read More
Gündəm 

“Əsrin müqaviləsi”nin 31 ili – Azərbaycanın qazancları

İlham Şaban: “İri neft müqaviləsinin imzalanması ilə cəmiyyətdə gələcəyə ümid, xaricdə isə ölkəmizə maraq yarandı” Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 31 ili tamam olur. “Xəzər dənizinin Azərbaycan sektorunda ”Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında imzalanıb. “Əsrin müqaviləsi”ndə 8 ölkənin – Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının – 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR,…

Read More