Siyasət 

Prezident İlham Əliyev onları təltif etdi – SİYAHI

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant “Vətən uğrunda” medalı ilə Babayev Elmar Elxan oğlu – mayor İsmayılov Nicat Əbülfəz oğlu – mayor Quliyev Rüfət Qüdrət oğlu – mayor Mədətov Fərid Fikrət oğlu – mayor Babazadə Vaqif Elçin oğlu – kapitan Səmədov Mədət Fərzulla oğlu…

Read More
Kriminal 

Müharibə HEROİNİ bahalaşdırıb – Narkomafiya YENİ marşrut axtarışında

Yaxın Şərqdə müharibə təkcə geosiyasi balansı deyil, həm də qlobal kriminal iqtisadiyyatı çalxalayır. Ekspertlər və beynəlxalq analitik mərkəzlər İran üzərindən keçən əsas narkotik marşrutunun bağlanacağını müzakirə edir. ABŞ, Avropa və Rusiya mətbuatında yayılan xəbərlər göstərir ki, İranda hərbi eskalasiya narkotik tranzitinə təsir etsə də, bu axını tam dayandırmaq real görünmür. Çünki on milyardlarla dollarlıq qlobal narkotik biznesi siyasi sərhədlərdən və müharibələrdən daha çevik mexanizmlərlə işləyir. Beynəlxalq narkotik monitorinq təşkilatlarının məlumatına görə, Əfqanıstanda istehsal olunan heroinin böyük hissəsi “Balkan marşrutu” ilə Avropaya çatdırılır. Bu marşrut Əfqanıstan-İran-Türkiyə-Balkan ölkələrindən keçməklə Qərbi Avropaya daşınır. ABŞ…

Read More
Region Xəbərləri 

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik

2026-cı il aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Cənubi Qafqazın siyasi və iqtisadi coğrafiyasında strateji əhəmiyyət daşıyan hadisələrdən biridir. Bu səfər iki qardaş ölkə — Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin gələcək perspektivlərinə dair güclü mesajlar vermiş, regional əməkdaşlığın inkişafına yeni stimul yaratmışdır. Səfər çərçivəsində baş tutan görüşlərdən sonra Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata birgə bəyanatlarla çıxış etmişlər. Prezident İlham Əliyev aprelin 6-da Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra bir sıra yüksək səviyyəli görüşlər keçirmişdir. Bu görüşlər çərçivəsində o, Gürcüstanın Baş…

Read More
Cəmiyyət 

7 Aprel – Ümumdünya Sağlamlıq Günü

Sağlamlıq insan həyatının ən qiymətli sərvətidir. Hər il 7 aprel tarixində qeyd olunan Ümumdünya Sağlamlıq Günü bizə bu dəyərin əhəmiyyətini bir daha xatırladır. Sağlam olmaq yalnız xəstə olmamaq deyil, həm də fiziki, psixoloji və sosial baxımdan tam yaxşı vəziyyətdə olmaq deməkdir.   Müasir dövrdə insanlar tez-tez həyatın sürətli ritmi səbəbindən sağlamlıqlarına kifayət qədər diqqət ayıra bilmirlər. Halbuki düzgün qidalanma, müntəzəm idman, kifayət qədər yuxu və stressdən uzaq durmaq sağlam həyatın əsas şərtləridir. Kiçik dəyişikliklər belə böyük nəticələr verə bilər.   Bu gün bizə xatırladır ki, sağlamlıq qorunmalı və daim diqqətdə…

Read More
Cəmiyyət 

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz olaraq davam etdirilib. “İki sahil” xəbər verir ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir. Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata…

Read More
Cəmiyyət 

Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan bu PİLLƏDƏ

Atmosferdəki PM2.5 (mkh/m³) mikrohissəciklərin illik orta konsentrasiyasına dair yeni hesabat dərc edilib. Musavat.com xəbər verir ki, 143 ölkəni əhatə edən yenilənmiş reytinqdə Azərbaycan 59-cu pillədə qərarlaşaraq, yaxın qonşuları və region ölkələri ilə müqayisədə orta çirklənmə səviyyəsi nümayiş etdirib. Qeyd edək ki, siyahıda ölkənin mövqeyi nə qədər yuxarıdırsa, ekoloji vəziyyət bir o qədər təhlükəli hesab olunur. Havanın ən çox çirkləndiyi ölkələrin ilk üçlüyünə Pakistan, Banqladeş və Tacikistan daxildir. Havanın ən təmiz olduğu ölkə və ərazilər isə bunlardır: Fransız Polineziyası, Puerto-Riko, Virgin adaları, Barbados, İslandiya, Andorra, Avstraliya, Estoniya və Panama. Azərbaycanın regiondakı qonşularının…

Read More
Cəmiyyət 

Azərbaycanda kafe və restoranlar saat 9-da BAĞLANACAQ?

Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov işığa və suya qənaət yalnız fövqəladə hallarla məhdudlaşmamalı olduğunu bildirib. “İnsanlar bütün hallarda bu məsələyə diqqət yetirməli, bu nemətlərin dəyərini və qiymətini düzgün qiymətləndirməlidirlər. Bu resurslar bizə bəxş olunmuş dəyərlərdir və onlardan səmərəli və düzgün istifadə etmək hər kəsin məsuliyyətidir. Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur. Bu isə…

Read More
Hadisə 

İtkin düşən kişinin meyiti qayalıqda tapıldı

Aprelin 4-də Daşkəsəndə itkin düşən 74 yaşlı kişinin meyiti tapılıb. Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhər sakini Əli Kərimovun meyiti bir gün sonra yaxınlıqdakı qayalıq ərazidə aşkarlanıb. Meyitin götürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət daxil olub. Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Read More
Siyasət 

Bakı-Yeni Dehli xəttində buzlar əriyir – Hindistanın Ermənistan kartı iflasa uğradı

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasındakı münasibətlərdə sualların sayı artmışdı. Hindistanın Ermənistana silah satması Azərbaycanda narahatlıq yaratmışdı. Yeni Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmasından narahat idi. Halbuki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu mənada İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil”. Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib. Onun fikrincə, Bakı və Yeni Dehli aralarındakı fikir ayrılıqlarını ortadan qaldırmağa həvəslidirlər: “ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra digər ölkələrin vətəndaşları kimi, Hindistan vətəndaşlarının da bir qismi İrandan ölkələrinə…

Read More
Cəmiyyət 

Sumqayıtda zəhərlənən uşaqların vəziyyəti ağırdır

“Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir”. Bu barədə Musavat.com-un sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən bildirilib. Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır. “Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir”, – məlumatda bildirilib.

Read More