Çin Pakistan və Əfqanıstanı barışdırır
Çin, Əfqanıstan və Pakistan Urumçidə qeyri-rəsmi danışıqlar aparıblar. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin sözlərinə görə, aprelin 1-dən 7-dək Urumçidə aparılan qeyri-rəsmi danışıqlarda tərəflərin nümayəndə heyətlərinə ölkələrin xarici siyasət, müdafiə və təhlükəsizlik qurumlarının təmsilçiləri daxil olub. “Əfqanıstan və Pakistan tərəfləri BMT nizamnaməsinin və sülh şəraitində birgə yaşamağın beş prinsipinin məqsəd və ruhuna sadiqliklərini bir daha təsdiqləyiblər, mövcud fikir ayrılıqlarını mümkün qədər tez həll etməyə, Əfqanıstan-Pakistan münasibətlərinin normallaşdırılmasına çalışmağa hazır olduqlarını bildiriblər və vəziyyəti gərginləşdirəcək…
Read More