Cəmiyyət 

Ramazan ayı başlayıb

Bu gündən Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf etdiyi qeyd olunub. Fətvada bildirilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla 20 marta təsadüf edəcək: “Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək. Ramazan ayının ilk gününün imsak vaxtı səhər saat 06.04-də, iftar vaxtı isə saat 18.20-də olacaq. Qeyd edək ki, Şəvval ayının 1-i…

Read More
Cəmiyyət 

Oruc tutarkən çox susamamaq üçün – Nə etməli?

Oruc tutarkən təxminən 15-16 saat susuz qalırıq. Düzgün qidalanmadıqda isə bu, qanın qatılaşmasına səbəb ola bilər. Ona görə imsakda və iftarda bəzi tədbirlər görmək lazımdır ki, çox susuzluq hiss olunmasın və qan qatılaşmasın. Bəs, oruc tutduğumuz dövrdə susama hissini necə azalda bilərik? Ramazan ayında elə qidalanmalıyıq ki, susuz qaldığımız vaxtda özümüzü yaxşı hiss edək. Bu, həm də növbəti günlərdə oruc tuta bilməyimiz üçün çox vacibdir. Yayda iftarla imsak arasında ən azından 3 litr, qışda isə 1 litr çiy su içilməsi məsləhət görülür. Bu, çay və meyvə şirələrinə aid deyil. Çünki…

Read More
Siyasət 

İlham Əliyev Vaşinqtonda

ABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtonda işgüzar səfərdədir. Musavat.com xəbər verir ki, fevralın 19-da ABŞ prezidentinin sədrliyi ilə Vaşinqtondakı Donald Tramp Sülh İnstitutunda Sülh Şurasının ilk zirvə toplantısı keçiriləcək. Görüşün məqsədi ABŞ administrasiyasının Qəzzanın yenidən qurulması planı üçün vəsait toplamaqdır. Sülh Şurası Donald Trampın təşəbbüsü ilə yaradılıb və Davosda təsis edilib. Azərbaycan təsisçi üzvdür. Nizamnaməyə əsasən, daimi üzv olmaq istəyən ölkələr 1 milyard dollar töhfə verməlidirlər. Üç illik üzvlük üçün heç bir şərt yoxdur. Lakin ilk görüşdə iştirak…

Read More
Hava 

Hava ilə bağlı XƏBƏRDARLIQ – Günün ikinci yarısından…

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır. Qeyd olunub ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.

Read More
Cəmiyyət 

Apreldə neçə gün iş olmayacaq?

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, aprel ayında qeyri-iş günü nəzərdə tutulmayıb. Beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali aprel ayında yalnız həftəsonları istirahət edə biləcək./metbuataz

Read More
Cəmiyyət 

Suyun qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA – Müzakirə aparılır

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur. Musavat.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bildirib ki, Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur. “Bu yanaşma…

Read More
Şou biznes 

Ölüm xəbəri yayılan Orxan Lökbatanlı DANIŞDI: “Allaha tapşırıram…” – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gecə meyxanaçı Orxan Lökbatanlının ölüm xəbəri yayılıb. Söz ustası bu barədə iddialara aydınlıq gətirib. Orxan sosial şəbəkə hesabında video çəkərək həmin xəbəri yayan şəxsə üzünü tutub: “Hansısa vicdansız, ona azərbaycanlı demək olmaz. O elə azərbaycanlı düşmənidir. Götürüb xəbər yayıb ki, Orxan vəfat edib. Əvvəla, ölümü hər gün xatırlamaq lazımdır, amma Ramazan ayının ilk günü, niyyət axşamı bu qədər insanı narahat etmək… Belə bir adamı Allaha tapşırıram”. Ətraflı videoda: Milli.Az

Read More
Hadisə 

Azərbaycanda silah zavodunda QƏZA – Araşdırma başlandı

Fevralın 18-i “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunda qəza baş verib. Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Hadisə zavodun sexlərinin birində baş verib və istehsalat xarakterli olub. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Read More
Cəmiyyət 

Bu tarixdə pensiyalar tam ödəniləcək

Fevralın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Qeyd edək ki, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

Read More
Gündəm 

“Övladınızın harada və kimlə vaxt keçirdiyini bilin”- DİN-dən çağırış – VİDEO

Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, uşaq təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin gələcəyidir. Valideyn məsuliyyəti isə sadəcə hüquqi öhdəlik deyil, həm də mənəvi vəzifədir. Qanunvericiliyə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər azyaşlıların sağlamlığına və davranışına nəzarət etməlidirlər. Bu məsələ yalnız qanunla məhdudlaşmır. Uşağın nəzarətsiz qalması onun fiziki təhlükə, zərərli mühit, aqressiv təsirlər və cinayət riskləri ilə üzləşməsinə səbəb ola bilər. Bu isə artıq…

Read More