Siyasət 

Bəzi məhkəmələrə hakimlər təyin edildi – SƏRƏNCAM

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsinin kollegiya sədrinin, birinci instansiya məhkəməsi sədrinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Sərəncamla aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib: apellyasiya instansiyası məhkəmələri üzrə: 1.1. Səməd Fəxrəddin oğlu Cəfərov Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin; ağır cinayətlər məhkəmələri üzrə: 1.2. Murad Şamxal oğlu Aslanov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; 1.3. Firdovsi Zülfü oğlu Əliyev Masallı…

Read More
Siyasət 

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunun tətbiqi barədə Fərmanında qeyd edilib. Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir. Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsini, daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsini də həyata keçirəcək.

Read More
Region Xəbərləri 

Azərbaycan tarixinin inkişaf və tərəqqi dövrü

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Cənab İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq prezident seçildikdən sonra  andiçmə mərasimində  bəyan etmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 22 ilin uğurlarının xronologiyası bu vədin konkret əməldə öz əksini tapdığını nümayiş etdirir. Bu mühüm məqamı da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev tarixi əhəmiyyətli 2003-cü il 1 oktyabr müraciətində  Azərbaycanın gələcək inkişafını təmin edəcək  ünvanı göstərərkən bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri cənab…

Read More
Cəmiyyət 

İqor Kşnyakinin qızından TƏSİRLİ SÖZLƏR: “Uçuşdan bir gün əvvəl…”

“Bizim belə bir adətimiz vardı: axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı”. Musavat.com xəbər verir ki, bunu pilot İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina deyib. O bildirib ki, uçuşdan bir gün əvvəl atam Qroznıya uçacağını bilirdi və buna görə də havaya baxıb: “Dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Yeni İli bizimlə qeyd etmək istəyirdi. Bu, onun ən sevimli bayramı idi. Ancaq o, gəlmədi”. Şahanə RəhimliMusavat.com

Read More
Cəmiyyət 

Hökumənin anası hər kəsi AĞLATDI: “Qardaşının balaca övladı ilə…”

“Uçuşa çıxmazdan əvvəl axşam bizə zəng etdi. Qardaşının balaca övladı ilə danışdı. Amma səhəri günü uçuşun olacağını bizə demədi”. Musavat.com xəbər verir ki, bunu Milli Qəhrəman Hökümə Əliyevanın anası Kəmalə Əliyeva deyib. O bildirib ki, səhəri günü faciə xəbəri alıblar: “Bu, ən ağır xəbər idi. Balamın ölüm xəbərini eşitmək qəbuledilməz idi”. Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar. “İki sahil” xəbər verir ki, qonaqlar məktəbdə təşkil olunan Yeni il tədbirində iştirak ediblər. Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva burada təhsil alan şagirdlərlə görüşərək onları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər. Qonaqlar şagirdlərin çıxışlarını və rəqslərini izləyib, onların ifasında şeir və musiqi parçalarını dinləyiblər. Leyla Əliyeva, Arzu Əliyeva və…

Read More
Cəmiyyət 

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar

Dekabrın 24-də “Təmiz Dünya” sığınacağında yaşayan uşaqlar üçün bayram şənliyi təşkil olunub. “İki sahil” xəbər verir ki, şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Şaxta baba və Qar qız nağıl qəhrəmanları ilə birlikdə şənlikdə iştirak edən uşaqları əyləndirib, onlara xoş anlar yaşadıblar. Uşaqların məktəbə rahat və təhlükəsiz şəkildə gedib-gəlmələrini təmin etmək məqsədilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tərəfindən mərkəzə yeni avtobus hədiyyə olunub. Sonra Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr…

Read More
Cəmiyyət 

Uşaqlar zərərli informasiyadan necə qorunmalı?

Elnur Rüstəmov: Uşaqlara yalnız akademik biliklər deyil, eyni zamanda, media savadlılığı, emosional özünənəzarət, düzgün rəqəmsal davranış bacarıqları aşılanmalıdır və cəmiyyət olaraq uşağın psixoloji təhlükəsizliyini fiziki təhlükəsizlik qədər vacib hesab etməliyik Müasir dövrdə internetin və rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, ciddi risklər də formalaşdırır. Ekspertlər bildirirlər ki, nəzarətsiz informasiya axını uşaqların psixoloji, mənəvi və sosial inkişafına mənfi təsir göstərə bilər. Bu baxımdan uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün prioritet məsələlərdən biri hesab olunur. Zərərli informasiya anlayışına zorakılığı, aqressiyanı, yaşa uyğun olmayan məzmunu, eləcə də yanlış və…

Read More
Gündəm 

Qalib Lider

2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva…

Read More