Gündəm 

Prezidentin Qarabağ səfəri regionun inkişafı və sabitliyi üçün strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin azad olunmuş ərazilərə mütəmadi səfərləri dövlətin postmünaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq siyasətinin real nəticələrini əyani şəkildə nümayiş etdirir. Dövlət başçısı bu səfərlər zamanı görülən işlərlə yerində tanış olur, yeni yaşayış məntəqələrinin, sosial və infrastruktur obyektlərinin açılışında iştirak edir, həyata keçirilən layihələrin icra vəziyyətini şəxsən nəzarətdə saxlayır. Prezidentin səfərlərinin ən mühüm məqamlarından biri isə sakinlərlə, xüsusilə də uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarla birbaşa ünsiyyətdir. Bu görüşlər sadəcə rəsmi tədbir xarakteri daşımır, eyni zamanda, insanların illərlə yaşadıqları həsrət və ağrıların paylaşılması, onların sevincinə və ümidlərinə…

Read More
Cəmiyyət 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. “İki sahil” xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə – 83 nəfər, Xanyurdu kəndinə 12 ailə – 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə – 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə – 147 nəfər köçürülüb. Doğma yurdlarına…

Read More
Cəmiyyət 

İkinci Fəxri Xiyabanda AZAL ekipajının xatirəsi anılır

Bu gün İkinci Fəxri Xiyabanda AZAL-ın təyyarəsinin Aktau yaxınlığında baş verən qəzada həlak olmuş ekipajının xatirəsi yad edilir. Musavat.com xəbər verir ki, tədbirdə mərhumların yaxınları, ailə üzvləri və iş yoldaşları iştirak edir. Anım mərasimində ekipaj üzvlərinin peşəkarlığı, vətənpərvərliyi və əməyi xatırlanıb. İştirakçılar mərhumların xatirəsini ehtiramla anaraq, ailələrinə səbr və dəstək ifadə ediblər. Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj…

Read More
Cəmiyyət 

“Balaca Heydər böyüyüb, iki oğlu var” – Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə görüşüb. Musavat.com xəbər verir ki, bu zaman dövlət başçısı ilə sakinlərdən biri arasında maraqlı dialoq yaşanıb. Vətəndaş Mahir Hüseynov Prezidentə təşəkkür edib. Musavat.com həmin səmimi dialoqu təqdim edir: – Maarif Hüseynov: Bütün Azərbaycanı yaşatdın, təkcə Ağdamı yox. Çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun. Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb. Maarif Hüseynov: Xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun. Mehriban xanım Əliyeva: Çox sağ olun. Prezident İlham…

Read More
Cəmiyyət 

Hökümə Əliyevanın atasından AÇIQLAMA: “Səbrsizliklə gözləyirik”

“Səbrsizliklə təyyarə qəzasınının baş verməsinə səbəb olanların yaxalanmasını gözləyirik”. Musavat.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib. O bildirib ki, dövlətimizdən qayğını həmişə görmüşük: “Hökümə həmişə deyərdi ki, mən Kəlbəcərliyəm. Taleh elə gətirdi ki, Cənab prezident Hökümənin ailəsinə Kəlbəcərdən ev verdi. Bir daha hər birinə təşəkkür edirəm”. Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Hökümənin həyat yoldaşı: “Qəzaya səbəb olan cinayətkarlar…” – VİDEO

“Onlarla Azərbaycan xalqı, dünya azərbaycanlıları fəxr edir”. Musavat.com xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib. Onun sözlərinə görə, Milli Qəhrəmanın ailəsi inanır ki, qəzaya səbəb olan cinayətkarlar ifşa olunacaq və məsuliyyətə cəlb olunacaqlar. Şahanə Rəhimli Musavat.com

Read More
Region Xəbərləri 

“Əbədi Zəfər yolu: yeni zirvələrə doğru!” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Əbədi Zəfər yolu: yeni zirvələrə doğru!” adlı təntənəli tədbir keçirilib. Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.  YAP Bərdə rayon təşkilatının foyesində Ulu öndər Heydər Əliyevin büstü önündə təşkil edilmiş rəsm sərgisinə baxış keçirilib.  Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz və xalqımızın azadlığı yolunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə…

Read More
Gündəm 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasovun Müraciəti Bismillahir-rəhmanir-rəhim! Möhtərəm cənab Prezident! Siz Uca Allahın lütfü və xeyir-duası ilə müdrikliyinizi yaşınızla deyil, əməllərinizlə təsdiq etmiş bir dövlət başçısısınız. Sizin rəhbərliyiniz altında Azərbaycanın ərazi bütövlüyü və əzəli torpaqları üzərində suverenliyi tam bərpa olunmuş, Qarabağda və ətraf bölgələrdə şəhər və kəndlər yenidən dirçəlmiş, məktəblər, məscidlər və məbədlər fəaliyyətə başlamışdır. Siz xalqımızın onilliklər boyu davam edən böyük həsrətinə son qoyaraq, bir milyona yaxın insanın yurd nisgilinə son vermisiniz. Məhz Sizin müdrik və qətiyyətli siyasətiniz sayəsində regionda müharibəyə…

Read More