Cəmiyyət 

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Son günlər Azərbaycanda uşaqlar arasında yüksək hərarətlə müşayiət olunan virus infeksiyası ilə bağlı şikayətlər artmaqdadır. Valideynlərin müşahidələrinə görə, xəstəlik əsasən 39-40 dərəcə qızdırma ilə başlayır, öskürək və burun axıntısı olmur, qızdırma isə bir neçə gün davam edərək uşağın ümumi vəziyyətini xeyli zəiflədir. Uşaqlarda halsızlıq, iştahasızlıq və aktivliyin azalması halları geniş yayılıb. Bəs Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? İnfeksionist-pediatr Aytən Ziyadova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib. Onun sözlərinə görə, son ayda uşaqlar arasında yayılan respiratory syncytial virus (RSV) və influenza (qrip) virusları xüsusilə kiçik yaşlı uşaqlarda ciddi tənəffüs problemlərinə səbəb ola…

Read More
Cəmiyyət 

Elektron siqaret niyə qadağan edilir – deputat açıqladı

Bu gün Milli Məclisdə maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsini qadağan edən qanun layihələri üç komitənin birgə iclasında müzakirə olunub. Musavat.com-un məlumatına görə, deputat Tahir Mirkişili bu müzakirələrin və qanunvericiliyə edilən dəyişikliklərin vacibliyindən bəhs edib: “Hesab edirəm ki, bu tip elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər ictimai sağlamlıq baxımından əsaslandırılmış və vaxtında atılan addımdır. Artıq 40-dan çox ölkədə bu məhsullar qadağan edilib. Birincisi, elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında nikotin asılılığının genişlənməsinə şərait yaradır.…

Read More
Hadisə 

Tovuzda toyunun qarşısı alınan 14 yaşlı qız danışdı – VİDEO/YENİLƏNDİ

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb. N.Ə Teleqraf-ın Qərb bürosuna açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib: “Sadəcə “Hə” mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. “Hə” almağa gəlmişdilər, o da baş tutmadı”. N.Ə oğlan evi tərəfdən cəmi 5-6 nəfərin gəldiyini deyib: “Qeyd elədiyim kimi, “hə” almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı”. N.Ə həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə…

Read More
Gündəm 

Kobaxidze: Azərbaycan Gürcüstanın etibarlı dostudur

Azərbaycan Gürcüstanın xüsusi dostudur. İki ölkənin hökumətləri arasında müstəsna dostluq münasibətləri mövcuddur. “Report” xəbər verir ki, baş nazir bunu İctimai Televiziyaya verdiyi müsahibəsində bildirib. “Türkmənistanda Azərbaycanın Baş naziri Əli Əsədovla çox səmimi görüşüm oldu. Ümumilikdə, Azərbaycan bizim xüsusi dostumuzdur və hökumətlər arasında müstəsna dostluq münasibətləri qurulub, ona görə də hər hansı bir məsələdə ortaq məxrəc tapmaq bizim üçün çətin olmayacaq”, – deyə Gürcüstanın Baş naziri vurğulayıb. Kobaxidzenin sözlərinə görə, danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə daşımalara dair yekun razılığın əldə olunmasıdır. “Həm Azərbaycan, həm də Ermənistan tərəflərinin maraqları bizim üçün…

Read More
Cəmiyyət 

Təhsildə keyfiyyət: “Son 10 ildə müəllimlərimizin peşəkarlığı əsaslı şəkildə artıb”

“Son 10 ildə Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsində ciddi irəliləyiş qeydə alınıb”. Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə eksklüziv müsahibəsində deyib. Nazirin sözlərinə görə, son illərdə minlərlə müəllim imtahanlarda 51 bal və daha yüksək nəticə göstərib ki, bu da təhsil sistemində keyfiyyət artımının bariz göstəricisidir.   Musavat.com

Read More
Region Xəbərləri 

Bərdə heyvan satışı bazarı fəaliyyətə başlayıb

Bildirilib ki, AQTA tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin edilərək bazar yenidən qurulub.   Bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Hazırda bir neçə heyvan bazarında da rekonstruksiya işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə bu bazarların da yenidən…

Read More
Cəmiyyət 

Avtobus dayanacaqlarında xaotik vəziyyət, problemdən çıxış yolu

Bakıda bir çox ərazidə marşrut avtobuslarının dayanacaqları ilə bağlı xaotik vəziyyət mövcuddur. Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdən aydın olur ki, dayanacaqların ərazisinin kiçik olması sərnişinlərə müəyyən çətinliklər yaşadır. Belə ki, əgər dayanacaqda bir neçə avtobusun ilk yaxud son dayanacağı varsa, sərnişinlər digər marşrutlara minib-düşməkdə əziyyət çəkirlər. Dayanacaqda marşrutun gəlməsini gözləyən sərnişin meydançada bir neçə nəqliyyat vasitəsinin dayanması səbəbindən minməli olduğu avtobusu görmür, görsə belə, yaxınlaşıb minməyə çatdırmır. Digər tərəfdən, hətta uzunmüddətli dayanma olmasa da, sərnişinlər yolun hərəkət hissəsinə çıxmağa məcbur olurlar ki, onlara lazım olan avtobusları görə bilsinlər. Bunun nə…

Read More
Cəmiyyət 

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Son günlər Azərbaycanda uşaqlar arasında yüksək hərarətlə müşayiət olunan virus infeksiyası ilə bağlı şikayətlər artmaqdadır. Valideynlərin müşahidələrinə görə, xəstəlik əsasən 39-40 dərəcə qızdırma ilə başlayır, öskürək və burun axıntısı olmur, qızdırma isə bir neçə gün davam edərək uşağın ümumi vəziyyətini xeyli zəiflədir. Uşaqlarda halsızlıq, iştahasızlıq və aktivliyin azalması halları geniş yayılıb. Bəs Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? İnfeksionist-pediatr Aytən Ziyadova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib. Onun sözlərinə görə, son ayda uşaqlar arasında yayılan respiratory syncytial virus (RSV) və influenza (qrip) virusları xüsusilə kiçik yaşlı uşaqlarda ciddi tənəffüs problemlərinə səbəb ola…

Read More
Cəmiyyət 

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi dağlıq yollarda hərəkət edən sürücülərə xəbərdarlıq edib. Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib. “Dağlıq relyefə malik ərazilərdə qeydə alınan yol qəzalarının əksəriyyəti – sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, nəqliyyat vasitəsinin nasazlığı, yaxud dağlıq ərazidə hərəkətə uyğunsuzluğu və ya təchizatındakı çatışmazlıqlar kimi oxşar səbəblərlə bağlıdır. Dağlıq turizm və ya rekreasiya zonalarına üz tutan sürücülərin isə bəzən təcrübəsiz, yaxud yola nabələd olmaları, relyefi düzgün qiymətləndirə bilməmələri, yola hazırlıqsız çıxmaları kimi amillər də, bir sıra hallarda səfərlərin xoşagəlməz sonluqla bitməsi ilə nəticələnir. Baş Dövlət Yol Polisi…

Read More
Hava 

Qar, leysan… – Sabahın havası

Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı…

Read More