Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi dağlıq yollarda hərəkət edən sürücülərə xəbərdarlıq edib. Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib. “Dağlıq relyefə malik ərazilərdə qeydə alınan yol qəzalarının əksəriyyəti – sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, nəqliyyat vasitəsinin nasazlığı, yaxud dağlıq ərazidə hərəkətə uyğunsuzluğu və ya təchizatındakı çatışmazlıqlar kimi oxşar səbəblərlə bağlıdır. Dağlıq turizm və ya rekreasiya zonalarına üz tutan sürücülərin isə bəzən təcrübəsiz, yaxud yola nabələd olmaları, relyefi düzgün qiymətləndirə bilməmələri, yola hazırlıqsız çıxmaları kimi amillər də, bir sıra hallarda səfərlərin xoşagəlməz sonluqla bitməsi ilə nəticələnir. Baş Dövlət Yol Polisi…
Read More