Hava 

Bazar günü Bakıya sulu qar yağacaq

  Bakıda və Abşeron yarımadasında dekabrın 14-də arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,…

Read More
Hadisə 

27 yaşlı qadın abortdan sonra öldü

Sumqayıtda 27 yaşlı qadının ailəsi onun abortdan sonra öldüyünü bildirib. Hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib. Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir./Report

Read More
Gündəm 

Bu şəxslər gələn ildən daha çox vergi ödəyəcək

“Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizlik dərəcələr isə 8 faizə çatdırılacaq”. Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu o deməkdir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əməkhaqqının 5 faizi miqdarından 8…

Read More
Sosial 

Vəfat edən şəxsin pensiyası ilə bağlı vacib məqamlar

Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır. Bunu vəkil Cəfər Cəfərli deyib. Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır: “Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğu halda, həyat yoldaşı pensiya yaşına çatdıqdan sonra onun pensiyasını ala bilər. Əks halda, bu mümkün deyil”./Milli.Az

Read More
Region Xəbərləri 

“Bərdənin Ramazan Axundu – müharibələrin, ağrıların, duaların içindən keçən ömür

Bərdə Cümə məscidinin axundu Hacı Ramazan Hüseynovun bu torpaqla tanışlığı ötən günlərin, ağır zamanların, sınmayan inamın tarixidir. O, Ağdamda doğulub, dini elm arxasınca uzaq Buxaraya gedib, sonra isə vətəninə dönüb. Qafqaz Müsəlmanları Ruhani İdarəsi onu Bərdəyə göndərəndə bu şəhərin həyatında yeni bir səhnə açılırdı – çünki qarşıda təkcə moizə, ibadət yox, həm də mərdlik, səbr, qürur, şəhidlik yolçuluğu dayanırdı.   Sonra müharibə gəldi. Bütün ölkənin ürəyinə çökmüş qara illər Bərdənin üzərindən də keçdi. Cəbhədən gələn şəhid xəbərləri, ağlayan analar, qərib kimi gələn tabutlar… Hərəsi bir ocaq söndürürdü. Məhz həmin anlarda…

Read More
Cəmiyyət 

Gözdən uzaq, unudulmuş tarix: Mərdəkan qalası və Tuba Şah məscidi baxımsızlıq içində REPORTAJ

Bir gün əvvəl Bakının ən qədim yaşayış məskənlərindən biri – Mərdəkana yolumuz düşdü. Bu yerin tarixi nəfəsi insanı ilk addımdaca qarşılayır. Qəsəbə 1936-cı ildə rəsmi olaraq status alsa da, tarixçi Sara Aşurbəylinin araşdırmalarında bildirilir ki, “Mərd” qəbiləsinin yurd saldığı bu torpaq əsrlər öncə “mərdlərin məkanı” kimi tanınıb. Mərdəkan həm də sənayeçilərimizin – Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Şəmsi Əsədullayevin bağları ilə şöhrət tapıb. Bu qədimliyin sinəsində bir möcüzə var: Mərdəkan qalası. İllərin tozu ilə örtülmüş, gözlərdən uzaqda qalan, susqun və əzəmətli… Uçuq divarların arasında bir tarix nəfəs alır… Qalanın həyətinə…

Read More
Siyasət 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər – YENİLƏNİB/FOTO

  Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. “İki sahil” xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar,…

Read More
Siyasət 

Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Musavat.com xəbər verir ki, dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevə Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül…

Read More