Hadisə 

25 yaşlı oğlan və 23 yaşlı qızın meyitləri tapıldı

Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb. Dekabrın 6-sı saat 13 radələrində Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Gülçin Aleksandr qızı Potapenkonun meyiti yaşadığı Masazır qəsəbəsindəki evdə aşkar edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Oxşar hadisə Salyan rayonunda da baş verib. Dekabrın 7-si saat 06 radələrində 2000-ci il təvəllüdlü Ramin Sadıqov yaşadığı Salyan şəhərində qəfil vəfat edib. Onun evdə beyninə qansızmasından öldüyü bildirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır./Sfera.az

Read More
Dünya 

Paşinyanın kilsə ilə bağlı “yol xəritəsi”

Ermənistanın baş naziri Nikol Paşinyan Ktriç Nersisyanın – İkinci Qareginin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Erməni Apostol Kilsəsinin “bərpasına” dair yol xəritəsini hazırlayıb. Musavat.com-un məlumatına görə, Paşinyan bu barədə “Facebook”dakı şəxsi səhifəsində yazıb. O qeyd edib ki, Erməni Apostol Kilsəsinin mexanizmlərinin məntiqinə uyğun olaraq, Qaydalar Məcəlləsinin qəbulu zəruridir. Məcəllədə isə Erməni Apostol Kilsəsinin ruhaniləri üçün dürüstlük qaydaları və onların təmin edilməsi üçün təminatlar, kilsənin maliyyə şəffaflığı və onun maliyyələşdirilməsi, siyasətdən kənar olması zərurəti, onun maliyyələşdirilməsinə zəmanət, fəaliyyətinin Ermənistanın vergi qanunvericiliyinə uyğunluğu əksini tapacaq. Yekunda isə yeni Məcəlləyə uyğun olaraq bütün ermənilərin katolikosunun…

Read More
Cəmiyyət 

Dərman qiymətləri aşağı düşə bilər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin şərti kompensasiya məbləğini müəyyən edəcək. Musavat.com xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də çıxış edərək, dərman vasitələri üzrə şərti kompensasiya məbləğinin hesablanma mexanizmini izah edib. Pozitiv siyahıda yer alan dərman vasitələrinin şərti kompensasiya məbləği ekvivalent dərman vasitələri arasında vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyən ediləcək. Elmin Quliyev bildirib ki, bu proses…

Read More
Cəmiyyət 

Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib

6-7 dekabr tarixlərində Qarabağın turizm potensialını, eləcə də mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə 40 yerli turizm şirkətinin nümayəndələri üçün Xankəndi və Şuşa şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub. Səfər Azərbaycan Turizm Bürosu (ATB), Xankəndi Hoteller Kompleksi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Dəmir Yolları (ADY) və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə azad olunmuş ərazilərin turizm potensialını və mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə həyata keçirilib. İştirakçılar Qarabağ regionuna ADY-nin yeni açılmış Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin qatarı ilə yola düşüblər. Səfər çərçivəsində turizm sənayesi nümayəndələri Xankəndi və Şuşada yerləşən mövcud…

Read More
Cəmiyyət 

Şirniyyat mağazalarında zəhər saçan “qaymaqlı” tortlar… – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Əksər insanlar toy, nişan, ad günü, bayramlar və ya şəxsi həyatları ilə bağlı hər hansısa bir əlamətdar günü qeyd etmək üçün şirniyyat mağazalarından hazır tortlar alır və ya sifarişlə hazırlatdırır. Brend hesab olunan iri şirniyyat mağazaları şəbəkələrindən tutmuş, supermarketlərə qədər hər yerdən müştəri tort aldıqda satıcı tərəfindən özəlliklə vurğulanır ki, bəs bizim tortlarımız qaymaqdan hazırlanır. Əslində isə həmin tortların tərkibində təbii qaymaqdan söhbət belə gedə bilməz. Həmin satıcıların “özəlliklə vurğuladıqları” qaymağın tərkibi təbii süddən deyil, mağazalarda hazır satılan tərkibi kimyəvi maddələrdən, hidrogenləşdirilmiş yağlardan, emulqatorlardan, stabilizatorlardan, süni aromatlardan ibarət “qaymaqlardır”. Bu…

Read More
Hava 

Qar, leysan! Qeyri-sabit hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

Azərbaycanda dekabrın 8-i saat 09:00-a olan məlumata əsasən, bəzi yerlərdə arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa isə qar yağır. Düşən yağıntının miqdarı Lənkaranda 21, Sədərəkdə 18, Astarada 15, Ağdamda 14, Zərdab, Şərur, Sabirabad, Kürdəmirdə 12, Şəki, İmişlidə 10, Şahbuz, Qubada 9, Qax (Sarıbaş), Zaqatala, Naxçıvan, Beylaqan, Gəncədə 8, Mingəçevir, Yevlax, Şəmkir, Naftalan, Balakən, Oğuz, Bərdə, Tərtərdə 7, Şirvan, Ordubad, Gədəbəy, Tovuz, Qəbələ, Neftçalada 6, Ağstafada 5, Cəbrayıl, Biləsuvar, Culfa, Goranboy, Ceyrançöl, Daşkəsən,…

Read More
Hava 

Əhaliyə XƏBƏRDARLIQ: Sərt qış yaxınlaşır, əsrin soyuğu…

Avropa qış mövsümünə qədəm qoyarkən meteoroloqlar bölgədə ciddi temperatur düşmələri və mümkün ekstremal hava hadisələri barədə xəbərdarlıq edirlər. Musavat.com “Euronews”a istinadən xəbər verir ki, qütb burulğanının bu il adi illərlə müqayisədə xeyli zəif olması Almaniya başda olmaqla bir çox ölkələrdə qeyri-adi dərəcədə sərt qışa səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, atmosferin yuxarı təbəqəsində qeydə alınan bu zəifləmə əvvəlki onilliklərdə də ciddi fəsadlara gətirib çıxarmışdı. Xüsusilə 1978-1979-cu illərin məşhur “əsrin qışı”, yaxud “əsrin soyuğu” eyni səbəblə yaranmış və region uzun sürən şaxta, güclü qar fırtınaları və genişmiqyaslı nəqliyyat problemləri ilə üzləşmişdi. Hazırkı proqnozlara görə,…

Read More
Cəmiyyət 

Emin Əmrullayev onun Gürcüstan səfərini tənqid edən xanımın postuna şərh yazdı

Gürcüstanda yaşayan və “SOCAR Georgia”da çalışan Aygül İsayeva adlı xanım elm və təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfərinə dair post paylaşıb və məyusluğunu ifadə edib. Musavat.com həmin postu təqdim edir: “İki il əvvəl, 2023-cü ildə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstana səfəri çərçivəsində Tbilisi Dövlət Universitetində (TSU) geniş tərkibdə görüş keçirib. Görüş zamanı universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına auditoriyada “Azərbaycanşünaslıq” istiqamətinin açılması məsələsi müzakirə olunub. Aradan iki il keçdi və cənab nazir yenidən Gürcüstana gəldi, yenidən eyni məkanda eyni adamlarla görüşdü. Amma bu dəfə mövzu “Azərbaycanşünaslıq” deyil,…

Read More
Siyasət 

İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə “Italo” sürətli dəmir yolu operatoru və London Qatvik hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu dedi. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlətimizin başçısı bu xüsusda “Global Infrastructure Partners” ilə tərəfdaşlığın əhəmiyyətini vurğuladı. Adebayo Oqunlesi ARDNF ilə…

Read More
Gündəm 

Azərbaycanda 4 günlük iş qrafikinə keçiləcək?

Dünyanın bir sıra ölkələrində uğurlu sınaqları keçirilən 4 günlük iş həftəsi modeli Azərbaycanda da vaxtaşırı müzakirə mövzusuna çevrilir. Xüsusilə yeni ilin yaxınlaşması fonunda “Yanvardan etibarən ölkədə belə bir sistem tətbiq oluna bilərmi?” sualı ictimai rəydə aktuallıq qazanıb. Bəs, Beynəlxalq təcrübə Azərbaycanda tətbiqə nə dərəcədə uyğun gəlir? Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bunun hazırkı mərhələdə real olmadığını bildirib. Ekspertin sözlərinə görə, Azərbaycanın əmək bazarının strukturu belə bir modelə keçidə imkan vermir. O, qeyd edir ki, ölkədə müqavilə ilə çalışanların təxminən yarısı dövlət və büdcə təşkilatlarında işləyir: “İki…

Read More