Cəmiyyət 

Çipsdən niyə imtina etmək lazımdır? – Kardioloqlar açıqladı

Kardioloqların fikrincə, gün ərzində sağlam qəlyanaltılar istifadə etmək artıq çəkinin və ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Lakin nəyin yeyilməsi xüsusilə önəmlidir.  “Parade” nəşri üçün danışan kardioloqlar xəstələrinə uzaq durmağı tövsiyə etdikləri qəlyanaltını açıqlayıblar – həmin məhsul çipslərdir. Kardioloq Cek Vulfson qeyd edir ki, çipslər adətən ürək problemlərinə səbəb olan eyni maddələri özündə cəmləşdirir. Kolumbus Batist də bunu təsdiqləyir və bildirir ki, kartof çipsləri yüksək yağ tərkibinə və yüksək temperaturda bişirildikdə yaranan akrilamidin çoxluğuna görə xüsusilə zərərlidir. Tədqiqatlar akrilamidi ürək-damar xəstəlikləri ilə əlaqələndirir. O vurğulayır ki, qarğıdalı çipsləri nisbətən daha…

Read More
Siyasət 

Prezident İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edibFOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir. Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verdiyini vurğuladı. Prezident İlham Əliyev ikitərəfli gündəliyimizin geniş olduğunu və bir çox sahələri əhatə…

Read More
Cəmiyyət 

Onlara yeni vəzifə verildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Asim Yusifov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində “İqtisadiyyat” ixtisası üzrə, magistratura təhsilini isə Türkiyənin Karabük Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə almışdır. Müxtəlif illərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyində direktor və Astara Pedaqoji Kollecində müəllim olaraq çalışmışdır. O, son təyinatadək Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi fəaliyyət göstərib. Mərdan Əlizadə Gəncə Dövlət Universitetində “Tarix və…

Read More
Siyasət 

Tehran Bakıya mesaj verdi: İlham Əliyevin İrana tarixi səfəri gündəmdə

“Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərini gözləyirik”. Modern.az-ın xəbərinə görə bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. Bu səfərin baş tutması ehtimalı və real perspektivlər hansılardır? Əgər səfər baş tutarsa, qısa müddətdə hansı sahələrdə real nəticələrin ortaya çıxacağı gözlənilir? Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb: “Son vaxtlar sevindirici haldır ki, İranla Azərbaycan arasındakı münasibətlər pozitiv istiqamətdə inkişaf etməkdədir. Azərbaycan bütün qonşu dövlətlərlə normal və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bərqərar olmasının tərəfdarıdır və bu istiqamətdə hər…

Read More
Cəmiyyət 

Həmin dərmanlar sığorta hesabına alınacaq

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin seçim prinsipləri açıqlanıb. Musavat.com xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də çıxış edib və dərman vasitələrinin pozitiv siyahıya daxil edilmə prosesini izah edib. Dərman vasitələrinin pozitiv siyahıya daxiledilməsi ərizəçi tərəfindən təqdim olunan sənədlər toplusundakı məlumatların müəyyən olunmuş meyarlara uyğunluğunun qiymətləndirilməsinə əsaslanır. Təqdim olunmuş məlumatlar Agentlik tərəfindən qiymətləndirilir və nəticəyə əsasən dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi, dəyişikliklərin qəbul edilməsi və ya…

Read More
Gündəm 

Ramil Səfərovun rütbəsi ARTIRILDI

Polkovnik-leytenant Ramil Səfərovun hərbi rütbəsi artırılıb. Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə yayımlanan məlumatda bildirilib. Yayılan məlumata əsasən, ona polkovnik rütbəsi verilib. Mövzu ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir. Qeyd edək ki, R.Səfərov 2012-ci ildə Azərbaycana ekstradisiya olunan kimi prezident İlham Əliyev tərəfindən əfv olunmuşdu, eyni zamanda o, mayor rütbəsi ilə təltif edilmişdi.

Read More
Cəmiyyət 

ADY bayram günlərində əlavə qatar reysləri təşkil edəcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək. Bu barədə Musavat.com-a ADY-dən məlumat verilib. Bildirilib ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı, 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı, 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq. Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli…

Read More
Gündəm 

Gürcüstan Azərbaycan neftini Ermənistana pulsuz tranzit edəcək

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Azərbaycandan Ermənistana neftin bir dəfəlik və tamamilə pulsuz tranzitinə razılıq verildiyini açıqlayıb. Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, tərəfdaş ölkələrdən gələn rəsmi müraciət artıq qeydə alınıb və qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin göstərişi əsasında qəbul olunub. Məlumatda qeyd olunur ki, Azərbaycan və Ermənistan tərəfləri Gürcüstan hökumətinin qərarı barədə rəsmən məlumatlandırılıb. Tranzitin hansı marşrutla və hansı həcmdə həyata keçiriləcəyi barədə detallara isə yaxın günlərdə aydınlıq gətiriləcəyi gözlənilir. Bu qərar ictimaiyyətdə geniş müzakirələr doğurub. Çünki daha əvvəl bir sıra KİV Gürcüstanın tranzit üçün ton…

Read More
Hadisə 

Şəhid atası vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidi baş leytenant Röyal Ələkbərovun atası Fərmayıl Ələkbərov dünyasını dəyişib. Musavat.com xəbər verir ki, F.Ələkbərov uzunsürən xəstəlikdən sonra ötən gün vəfat edib. O, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Musavat.com

Read More