Cəmiyyət 

ADY bayram günlərində əlavə qatar reysləri təşkil edəcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək. Bu barədə Musavat.com-a ADY-dən məlumat verilib. Bildirilib ki, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı, 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı, 31 dekabr və 3 yanvar tarixlərində Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq. Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli…

Read More
Gündəm 

Gürcüstan Azərbaycan neftini Ermənistana pulsuz tranzit edəcək

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Azərbaycandan Ermənistana neftin bir dəfəlik və tamamilə pulsuz tranzitinə razılıq verildiyini açıqlayıb. Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, tərəfdaş ölkələrdən gələn rəsmi müraciət artıq qeydə alınıb və qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin göstərişi əsasında qəbul olunub. Məlumatda qeyd olunur ki, Azərbaycan və Ermənistan tərəfləri Gürcüstan hökumətinin qərarı barədə rəsmən məlumatlandırılıb. Tranzitin hansı marşrutla və hansı həcmdə həyata keçiriləcəyi barədə detallara isə yaxın günlərdə aydınlıq gətiriləcəyi gözlənilir. Bu qərar ictimaiyyətdə geniş müzakirələr doğurub. Çünki daha əvvəl bir sıra KİV Gürcüstanın tranzit üçün ton…

Read More
Hadisə 

Şəhid atası vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidi baş leytenant Röyal Ələkbərovun atası Fərmayıl Ələkbərov dünyasını dəyişib. Musavat.com xəbər verir ki, F.Ələkbərov uzunsürən xəstəlikdən sonra ötən gün vəfat edib. O, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Musavat.com

Read More
Cəmiyyət 

Marketlərdə “qara çörək” tələsi – DİQQƏT

Bəzi insanlar buğda unundan hazırlanan “ağ çörəyi” yox, çovdar unundan hazırlanan “qara çörəyi” yeməyi üstün tuturlar. Səbəb isə budur ki, çovdar çörəyi aclıq hissini yatırır, insanı daha çox doyurur, həmçinin həzm və şəkər sistemi üçün də daha faydalı hesab olunur. Ancaq marketlərdə satılan çovdar çörəyinin tərkibinə şübhəylə yanaşanlar da var. Bəziləri deyir ki, bu çörəyin rənginin qara, qəhvəyi olmasının səbəbi çovdar unu yox, qida rəngi kimi əlavə qatqılardır. Musavat.com xəbər verir ki, Bizim.Media bu iddialarla bağlı mütəxəssis rəyini öyrənib. Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bu…

Read More
Cəmiyyət 

Bayramdan sonra bu məhsullar ucuzlaşa bilər

Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma müşahidə edilə bilər. Musavat.com xəbər verir ki, bu haqda iqtisadçı Akif Nəsirli “Yeni Sabah”a danışıb. O, son vaxtlar, xüsusilə də bayram ərəfəsində bahalaşan çərəzlərin qiymətləri ilə bağlı bunları deyib: “Bayramqabağı çərəz qiymətlərinin artması inhisarçı bazarın xarakterinə uyğun olaraq, təbii iqtisadi proseslərdən qaynaqlanır. Bir neçə əsas səbəb var. Çərəzlərin qiyməti həmişə nisbətən yüksəkdir, çünki bunlar ya idxal olunur, ya da xüsusi istehsal tələb edən məhsullardır. Bayram öncəsi tələbin kəskin artması da qiymətləri yüksəldir. İnsanlar bayram süfrələrini zəngin etmək üçün daha çox çərəz alır, bu isə bazarda…

Read More
Cəmiyyət 

Güclü maqnit qasırğası yaxınlaşır – Xəbərdarlıq edildi

Yer kürəsində güclü maqnit qasırğalarının baş verməsi gözlənilir. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası “Telegram” səhifəsində bildirib ki, 9-10 dekabr tarixlərində maqnit sahəsində nəzərəçarpan dalğalanmalar müşahidə olunacaq. Məlumata əsasən, ötən gecə baş verən “M8.1” sinifli güclü günəş alışması nəticəsində Yer istiqamətinə plazma axını göndərilib. Bu hadisə səbəbindən çərşənbə axşamı və çərşənbə günləri “G2-G3” dərəcəsində – yəni orta və yüksək səviyyəli maqnit qasırğaları qeydə alına bilər.//Milli.az

Read More
Sosial 

Pensiyalar bu tarixdə veriləcək

8-12 dekabr aralığında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödəniləcək. Musavat.com xəbər verir ki, digər bölgələrdə yaşayan pensiyaçıların, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin dekabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Read More
Cəmiyyət 

“Bir il keçib, hələ də Azərin ölümünü qəbullana bilmirəm”

Aktyor Nicat Rəhimov mərhum dostu Azər Baxşəliyevlə bağlı duyğusal paylaşım edib. Milli.Az xəbər verir ki, aktyor sosial şəbəkədə həmkarının videosunu paylaşaraq ürək sözlərini yazıb: “Azərlə bağlı nəsə yazmaq mənim üçün hələ də çox ağırdır. Bir il keçməsinə baxmayaraq, bu gerçəyə inanmaq və qəbul etmək çox çətindir. Onun yoxluğunu dilə gətirmək belə insana düyün kimi oturur. Heç vaxt ağlıma gətirməzdim ki, bir gün ‘Azik, səni heç vaxt unutmayacağıq’ sözlərini yazacağam. Həyatın qanunu belədir, bir gün gəlirik, bir gün gedirik. Amma yenə də o cümlə var: “Ölməli adam deyildi”. Azik doğrudan da…

Read More
Hadisə 

Masazırda avtomobil yanıb, ölən və yaralılar var

Abşeron rayonunda avtomobilin yanması nəticəsində bir nəfər ölüb. “Report”un yerli bürosu məlumat verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəticədə nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Aparılan tibbi müdaxilələrə baxmayaraq Əlizadə Qurbanəli Ağa oğlu həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir. Hadisənin baş vermə səbəbi araşdırılır.

Read More