Cəmiyyət 

22 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub

Oktyabrdan 8-dən noyabrın 13-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 min 186 nəfər qrip əleyhinə peyvənd olunub. Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, onlardan 0-17 yaş aralığı 2 700 nəfər, 18-59 yaş aralığı 14 min 807 nəfər, 60 yaş və yuxarı isə 3 min 679 nəfərdir. Qeyd edək ki, Səhiyyə Nazirliyinin Azərbaycana gətirdiyi qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə…

Read More
Cəmiyyət 

Son 1 həftədə 166 sahibkarın ölkədən çıxışı qadağan olunub – VERGİNİ ÖDƏYƏ BİLMİRLƏR

Açıq mənbələrdəki son məlumatlar biznes mühitində ciddi narahatlıq doğuran bir tendensiyanı üzə çıxarır. E-mehkeme.gov.az portalında kommersiya məhkəmələrinin işlərinə baxarkən elə bir mənzərə yaranır ki, sanki məhkəmələr və vergi orqanları “ölkədən çıxış qadağası”nı vergi borcunun yığılmasında əsas alətə çeviriblər. Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a açıqlamasında deyib ki, yalnız 2025-ci ilin noyabr ayının ilk 7 günündə Bakı Kommersiya Məhkəməsində vergi orqanları tərəfindən 166 iş qaldırılıb. Bu işlərin hamısı “vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlıdır. Sumqayıt Kommersiya Məhkəməsində isə noyabr ayı ərzində…

Read More
Cəmiyyət 

Nazirdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Kənd təssərrüfatı məhsulları istehsalçılarına məxsus mal-qaranın qarayara, dabaq, quduzluq və digər yoluxucu xəstəliklərdən qorunması məqsədilə dövlət büdcəsi hesabına vaksinləşmə aparılır. Musavat.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib. “2026-cı ildə baytarlıq xidmətinin həyata keçirilməsi, dövlət büdcəsi vəsaiti hesabına dərman, vaksinlərin, baytarlıq ləvazimatların alınması üçün 41,9 milyon manat nəzərdə tutulub. Nəzərdə tutulmuş vəsaitə 3 milyon manat əlavə olunması üçün də müraciət olunub” – nazir qeyd edib.

Read More
Cəmiyyət 

Darçınlı suyun möcüzəsi

Arıqlamaq üçün ən ideal üsullardan biri də darçınlı sudur. Pəhrizlə birgə bir həftə darçınlı su içsəniz 5 kiloqrama yaxın çəki ata bilərsiniz. Bu möhtəşəm içkinin hazırlanmasını təqdim edirik: Bir stəkan suyu qaynadın. Daha sonra içinə bir çay qaşığı darçın əlavə edin. Mayeni ilıq halda yeməkdən əvvəl qəbul edin. Qeyd edək ki, darçını qatığa da əlavə edərək yeyə bilərsiniz. Bu da eyni qaydada sizə arıqlamağa kömək edəcək.//Axşam.az

Read More
Cəmiyyət 

Nikah müqaviləsi nəyi müəyyən edir?

Ər-arvadın birgə mülkiyyət rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Əgər nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, bu rejim avtomatik olaraq qüvvədə sayılır. Bu halda nikah dövründə əldə edilmiş əmlak tərəflərin birinin tələbi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada bölünə bilər”. Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan və nikah dövründə, həmçinin nikah pozulduqda ər-arvadın əmlak hüquq və vəzifələrini müəyyən edən sazişdir: “Nikah müqaviləsi ilə ər-arvad qanunla müəyyən olunmuş birgə mülkiyyət rejimini dəyişdirərək, ümumi əmlaka, onun ayrı-ayrı…

Read More
Region Xəbərləri 

Ağdərənin Vəngli kəndinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub- FOTO

Noyabrın 13-də Ağdərə rayonunun Vəngli kəndinə köçürülən ailələrə yeni mənzillərin açarları təqdim edilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Vəngli kəndinə 45 nəfərdən ibarət 11 ailə köçürülüb. Sakinlərə mənzillərin açarlarını təqdim edən xidmətin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə köçürülmə prosesi ardıcıl şəkildə davam etdirilir. M.Əfəndiyevin sözlərinə görə, kənddə bütün zəruri infrastruktur yenidən qurulub. Bura mühəndis-kommunikasiya xətləri, yol və su təchizatı sistemləri də daxildir. Məqsəd isə sakinlər…

Read More
Cəmiyyət 

“Getdiyi postlardan mənə güllər yığırdı”

“Səhər yuxudan durdum, gördüm ki, qohumlar bizə yığışır. Dedilər ki, sərhəddə vəziyyət ağırdır”. Axşam.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova iş xanımı Ruhi Əliyevanın “Qaranlıqda həqiqət” verilişində deyib. O.Salmanova həyat yoldaşının şəhid olduğu gündən danışıb: “Bir azdan evdə qəribə bir sükut yarandı. Hiss edirdim ki, nəsə olub, amma heç kim mənə demirdi. Hər kəsin üzündə bir ifadə var idi: həm qorxu, həm kədər, həm də inamsızlıq. Qardaşım gəldi, əvvəl özünü saxlayırdı, sonra ona zəng gəldi. Anladım ki, vurublar. Biz o qədər Poladdan arxayın idik…

Read More
Cəmiyyət 

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür – VİDEO

Hər il 13 noyabr — Gözdən Əlillər Günü, dünya üzrə görmə məhdudiyyətli insanların gündəlik həyatına diqqət çəkmək, onların hüquqlarını xatırlatmaq və cəmiyyətdə empatiyanın güclənməsinə dəstək vermək məqsədilə qeyd olunur. Bu gün münasibətilə keçirilən müxtəlif təşəbbüslər insanların görmə qabiliyyətinə diqqətini artırmaq və görmə məhdudiyyətli insanların yaşadıqları çətinlikləri daha dərindən anlamağa kömək edir. Bu il mən də psixoloq-erqoterapevt Bahar Bayramlının dəvəti ilə çox xüsusi və mənalı bir layihənin bir parçası oldum. Bu mənim üçün sadəcə bir layihə deyil, həm də şükranlıq və empatiya hissini yenidən kəşf etdiyim unudulmaz bir təcrübə idi. Layihə…

Read More
Cəmiyyət 

MEDİA Türkiyədə həlak olan azərbaycanlı jurnalistlə bağlı başsağlığı yayıb

Medianın İnkişafı Agentliyi tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb. “İki sahil” xəbər verir ki, bu barədə MEDİA-nın sosial hesablarında paylaşılıb. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!” – paylaşımda qeyd olunub. Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Read More
Gündəm 

Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır – Prezident tapşırığı

Dövlət başçısı İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən onu da qeyd etdi ki, hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq “Böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə…

Read More