Gündəm 

Hikmət Hacıyevdən Emin İbrahimovun vəfatı ilə bağlı PAYLAŞIM – FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb. Musavat.com xəbər verir ki, bu barədə “X”də edilən paylaşım edib. “Allah rəhmət eləsin”, – paylaşımda bildirilib. Qeyd edək ki, Azərbaycanlı jurnalist, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.  

Read More
Cəmiyyət 

Bakıda satıcı alıcını mağazadan qovdu – Paltar yerə düşmüşdü

Bakı şəhər sakini N. Hüseynova “AF Mall” ticarət mərkəzində yerləşən “Lina Butik” mağazasından təhqir olunaraq, qovulduğunu bildirib. Bu barədə Musavat.com-a müraciət edən paytaxt sakini iddia edir ki, 12 noyabr 2025-ci il tarixində mağazada paltarlara baxarkən satıcı tərəfindən açıq şəkildə təhqir olunub: “Mağazada ziyafət geyimlərinə baxdığım zaman asılqandakı geyimlərdən biri yerə düşdü və mən geyimi normal şəkildə götürmüşdüm. Satıcı “səliqəli götürün” dedikdə “kənardakı geyimlər asılqanda tam oturmadığından yerə düşür”,- deyə bildirdim. Həmin şəxs asılqanla paltarı əlimdən alaraq “çıxın buradan” dedi. Mən bunun səbəbini soruşanda,- “sizə satılmır çıxın”,- deyərək mağazadan çıxmağımı tələb…

Read More
Cəmiyyət 

Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş – FOTO

Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağəli Məhəmməd oğlu Axundova məxsus “Aqat” şadlıq evində plandankənar yoxlama aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlama zamanı şadlıq sarayında qonaqlara təqdim edilən dana ətinin əslində baytarlıq sənədləri mövcud olan camış əti olduğu müəyyən edilib. Menyuda bu barədə hər hansı məlumatın olmaması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Camış ətinin qida təhlükəsizliyi baxımından risk yaratmasa da, bu vəziyyət müştərilərin aldatılması anlamına gəlir. Yoxlama zamanı həmçinin soyuq qəlyanaltıların hazırlanma sahəsində işçi masaların səthində zədələnmələr, mətbəx…

Read More
Gündəm 

Gürcüstanın ədliyyə naziri Azərbaycana gəldi

Ədliyyə naziri Fərid Əhmədov Azərbaycanda səfərdə olan gürcüstanlı həmkarı Paata Salia ilə görüşüb, iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub. Bu barədə Musavat.com-a Ədliyyə Nazirliyindən məlumat verilib. Görüşdə Fərid Əhmədov bildirib ki, ölkələr arasında qarşılıqlı etimada əsaslanan əlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Fərid Əhmədov qeyd edib ki, cari ildə Gürcüstanın prezidenti Mixail Kavelaşvilinin, eləcə də Baş naziri İrakli Kobaxidzenin vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərlərini məhz Azərbaycana etmələri iki ölkə arasında münasibətlərin səmimi xarakterini və qarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir.…

Read More
Cəmiyyət 

22 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub

Oktyabrdan 8-dən noyabrın 13-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 min 186 nəfər qrip əleyhinə peyvənd olunub. Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, onlardan 0-17 yaş aralığı 2 700 nəfər, 18-59 yaş aralığı 14 min 807 nəfər, 60 yaş və yuxarı isə 3 min 679 nəfərdir. Qeyd edək ki, Səhiyyə Nazirliyinin Azərbaycana gətirdiyi qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə…

Read More
Cəmiyyət 

Son 1 həftədə 166 sahibkarın ölkədən çıxışı qadağan olunub – VERGİNİ ÖDƏYƏ BİLMİRLƏR

Açıq mənbələrdəki son məlumatlar biznes mühitində ciddi narahatlıq doğuran bir tendensiyanı üzə çıxarır. E-mehkeme.gov.az portalında kommersiya məhkəmələrinin işlərinə baxarkən elə bir mənzərə yaranır ki, sanki məhkəmələr və vergi orqanları “ölkədən çıxış qadağası”nı vergi borcunun yığılmasında əsas alətə çeviriblər. Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a açıqlamasında deyib ki, yalnız 2025-ci ilin noyabr ayının ilk 7 günündə Bakı Kommersiya Məhkəməsində vergi orqanları tərəfindən 166 iş qaldırılıb. Bu işlərin hamısı “vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlıdır. Sumqayıt Kommersiya Məhkəməsində isə noyabr ayı ərzində…

Read More
Cəmiyyət 

Nazirdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Kənd təssərrüfatı məhsulları istehsalçılarına məxsus mal-qaranın qarayara, dabaq, quduzluq və digər yoluxucu xəstəliklərdən qorunması məqsədilə dövlət büdcəsi hesabına vaksinləşmə aparılır. Musavat.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib. “2026-cı ildə baytarlıq xidmətinin həyata keçirilməsi, dövlət büdcəsi vəsaiti hesabına dərman, vaksinlərin, baytarlıq ləvazimatların alınması üçün 41,9 milyon manat nəzərdə tutulub. Nəzərdə tutulmuş vəsaitə 3 milyon manat əlavə olunması üçün də müraciət olunub” – nazir qeyd edib.

Read More
Cəmiyyət 

Darçınlı suyun möcüzəsi

Arıqlamaq üçün ən ideal üsullardan biri də darçınlı sudur. Pəhrizlə birgə bir həftə darçınlı su içsəniz 5 kiloqrama yaxın çəki ata bilərsiniz. Bu möhtəşəm içkinin hazırlanmasını təqdim edirik: Bir stəkan suyu qaynadın. Daha sonra içinə bir çay qaşığı darçın əlavə edin. Mayeni ilıq halda yeməkdən əvvəl qəbul edin. Qeyd edək ki, darçını qatığa da əlavə edərək yeyə bilərsiniz. Bu da eyni qaydada sizə arıqlamağa kömək edəcək.//Axşam.az

Read More
Cəmiyyət 

Nikah müqaviləsi nəyi müəyyən edir?

Ər-arvadın birgə mülkiyyət rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Əgər nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, bu rejim avtomatik olaraq qüvvədə sayılır. Bu halda nikah dövründə əldə edilmiş əmlak tərəflərin birinin tələbi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada bölünə bilər”. Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan və nikah dövründə, həmçinin nikah pozulduqda ər-arvadın əmlak hüquq və vəzifələrini müəyyən edən sazişdir: “Nikah müqaviləsi ilə ər-arvad qanunla müəyyən olunmuş birgə mülkiyyət rejimini dəyişdirərək, ümumi əmlaka, onun ayrı-ayrı…

Read More
Region Xəbərləri 

Ağdərənin Vəngli kəndinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub- FOTO

Noyabrın 13-də Ağdərə rayonunun Vəngli kəndinə köçürülən ailələrə yeni mənzillərin açarları təqdim edilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Vəngli kəndinə 45 nəfərdən ibarət 11 ailə köçürülüb. Sakinlərə mənzillərin açarlarını təqdim edən xidmətin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə köçürülmə prosesi ardıcıl şəkildə davam etdirilir. M.Əfəndiyevin sözlərinə görə, kənddə bütün zəruri infrastruktur yenidən qurulub. Bura mühəndis-kommunikasiya xətləri, yol və su təchizatı sistemləri də daxildir. Məqsəd isə sakinlər…

Read More