Cəmiyyət 

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür – VİDEO

Hər il 13 noyabr — Gözdən Əlillər Günü, dünya üzrə görmə məhdudiyyətli insanların gündəlik həyatına diqqət çəkmək, onların hüquqlarını xatırlatmaq və cəmiyyətdə empatiyanın güclənməsinə dəstək vermək məqsədilə qeyd olunur. Bu gün münasibətilə keçirilən müxtəlif təşəbbüslər insanların görmə qabiliyyətinə diqqətini artırmaq və görmə məhdudiyyətli insanların yaşadıqları çətinlikləri daha dərindən anlamağa kömək edir. Bu il mən də psixoloq-erqoterapevt Bahar Bayramlının dəvəti ilə çox xüsusi və mənalı bir layihənin bir parçası oldum. Bu mənim üçün sadəcə bir layihə deyil, həm də şükranlıq və empatiya hissini yenidən kəşf etdiyim unudulmaz bir təcrübə idi. Layihə…

Read More
Cəmiyyət 

MEDİA Türkiyədə həlak olan azərbaycanlı jurnalistlə bağlı başsağlığı yayıb

Medianın İnkişafı Agentliyi tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb. “İki sahil” xəbər verir ki, bu barədə MEDİA-nın sosial hesablarında paylaşılıb. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!” – paylaşımda qeyd olunub. Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Read More
Gündəm 

Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır – Prezident tapşırığı

Dövlət başçısı İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən onu da qeyd etdi ki, hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq “Böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə…

Read More
Gündəm 

Milli birliyin və həmrəyliyin manifesti

Təsbitlərimizin adekvatlığı naminə mülahizələrimizdə fərziyyələrə yox məhz konkret faktlara istinad edək. Şübhəsiz ki, təqribən son beş-altı il ərzində ölkədə fəaliyyət göstərən siyasi partiyaların həyatında keyfiyyət etibarilə əlamətdar dəyişikliklər baş verib. Təbii ki, digər sahələrdə olduğu kimi, siyasi partiyalar müstəvisində də baş vermiş müsbət dəyişikliklərə cəmiyyət qısa müddət ərzində elə alışıb ki, mövcud istiqamətdə uzun illər ərzində yaşanan, yumşaq desək, durğunluq dövrü artıq unudulub. Bu, həm də ona görədir ki, biz son dövrlərdə siyasi münasibətlər müstəvisində yeni siyasi mədəniyyətin təzahürlərini müşahidə edirik. Bəli, bu günlərdə siyasi partiyalar öz təkamül prosesində cəmiyyəti…

Read More
Cəmiyyət 

Qış fəsli yaxınlaşır – Bəs, istilik təchizatı hansı səviyyədədir?

“Azəristiliktəchizat” ASC-nin gördüyü hazırlıq tədbirləri nəticəsində qazanxanalar yenilənib, istilik xətləri sınaqdan keçirilib, vətəndaşların rahatlığı diqqət mərkəzində saxlanılır Payız-qış mövsümündə əhalinin və dövlət müəssisələrinin istiliklə fasiləsiz təmin olunması məqsədilə “Azəristiliktəchizat” ASC tərəfindən mühüm tədbirlər həyata keçirilir. Mövsüm öncəsi görülən hazırlıq işləri çərçivəsində istilik mənbələrinin texniki vəziyyəti yoxlanılır, qazanxanalarda və istilik xətlərində zəruri təmir-bərpa işləri aparılır, enerjidaşıyıcıların səmərəli istifadəsi istiqamətində qabaqlayıcı tədbirlər görülür. Son illər “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçirilən yeniliklər və müasir idarəetmə mexanizmlərinin tətbiqi istilik təsərrüfatının dayanıqlığını artırıb. Bununla yanaşı, əvvəlki illərdən qalan problemlərin mərhələli şəkildə həlli, müasir texnologiyaların tətbiqi…

Read More
Siyasət 

Azərbaycan Prezidenti ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, nümayəndə heyətinə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir. Söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan…

Read More
Siyasət 

İlham Əliyev: Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib

Donald Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb.

Read More
Gündəm 

Rusiyanın Azərbaycan “yuxusu” Çin olur – şok rəqəmlər

Azərbaycan Çinlə iqtisadi münasibətlərin dərinləşdirilməsi istiqamətində fəaliyyətlərini aktivləşdirir. Son aylarda ölkələrin rəsmi şəxslərinin qarşılıqlı səfərləri, biznes, dövlət və qeyri-dövlət maliyyə və iqtisadi qurumlarının birgə tədbirləri bir-birini əvəz edir. Hazırda Çində Səkkizinci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edən baş nazirin müavini Şahin Mustafayevin yerli mətbuata dediyinə görə, Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, ən böyük idxal mənbəyi ölkəsidir: “Bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,4 milyard ABŞ dollarına çatıb və ötən illə müqayisədə 28 faiz artıb, bu isə tərəflərin iqtisadi-ticarət əməkdaşlığının davamlı dərinləşdiyini və böyük potensiala malik…

Read More
Gündəm 

Saytlara maliyyə dəstəyinin məbləği 2 min manat artırıldı

Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb. Musavat.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektlərinə dəstək müsabiqəsinin şərtlərində qeyd olunub. Bildirilib ki, yekunda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq. Qeyd edək ki, əvvəllər bu məbləğ 3000 manat təşkil edib.

Read More
Hadisə 

Bakıda restoranda partlayış – ÖLƏN VAR

Bakıda restoranda baş verən partlayışda xəsarət alan qadın ölüb. Hadisə noyabrın 7-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “La Villa” restoranda qeydə alınıb. Belə ki, həmin restoranın mətbəxində partlayış baş verib. Nəticədə Məlahət Cəfərova xəsarət alıb. Ancaq həkimlərinə səyinə baxmayaraq, qadın noyabrın 12-də müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır./Report

Read More