Siyasət 

Milli Məclisdə beynəlxalq parlament konfransı başladı

Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı işə başlayıb. Tədbir “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub. Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar. Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçisi iştirak edir.

Read More
Gündəm 

Bu zənglərə və keçidlərə aldanmayın! – DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

Polis vətəndaşlara şübhəli zənglərə və keçidlərə aldanmamaları üçün xəbərdarlıq edib. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Qeyd olunub ki, kart məlumatlarını, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartın məxfi şifrələri heç kimə verilməməlidir: “Kimin hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin. Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və…

Read More
Gündəm 

Amnistiya ilin sonunda elan oluna bilər

Milli Məclis üzvləri də amnistiya ilə bağlı qərar olacağını gözləyirlər  Zəfər bayramına cəmi bir neçə gün qalsa da, Milli Məclisin gündəliyində hələlik amnistiya məsələsi yer almır. Lakin siyasi dairələrdə və ekspert çevrələrində bu mövzu yenidən aktuallaşıb. Xatırladaq ki, 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə ölkədə genişmiqyaslı amnistiya elan edilmişdi. 2025-ci ilin “Suverenlik və Konstitusiya İli” kimi qeyd olunması isə bu dəfə oxşar bir addımın ilin sonuna qədər atılacağı ehtimalını gücləndirir.  Müstəqillik dövründə Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 160 minə yaxın şəxsə şamil olunub.…

Read More
Cəmiyyət 

Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır – VİDEO

Azərbaycanda kirayə ilə bağlı vergi məbləğində dəyişiklik edilib. Əgər evini kirayə verənlərdən 14 faiz vergi tutulurdusa, gələn ildən bu rəqəm 10 faizə enəcək. Ekspertlərin fikrincə, bu qərar mənzillərin qiymət artımı ilə nəticələnə bilər. Hazırda kirayə mənzil bazarı, əsasən, tənzimlənməmiş şəkildə fəaliyyət göstərir. Əksər kirayə müqavilələri qeyri-rəsmi bağlanır. Gəlirlər bəyannaməyə daxil edilmir. Yeni qayda bu prosesi rəsmiləşdirsə də, kirayə verənlərin xərclərini artıracaq. Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, 2026-cı ildə fiziki şəxslər üçün mənzillərdə və fiziki şəxslərin idarə etdiyi digər daşınmaz əmlaklarda vergi 14 faizdən 10 faizə enəcək. Digər qeyri-yaşayış…

Read More
Cəmiyyət 

Azərbaycanı “dinsiz ölkə” siyahısına kim(lər) daxil edib?

Dindarlardan etiraz: “Əsassız məlumatı yayanlar araşdırılmalıdır”; ekspert: “Ölkə əhalisinin 99 faizinin etiqadı var, 10-15 faizi isə dindardır” Son günlər sosial mediada və bəzi xəbər portallarında ABŞ-nin “Pew” Araşdırma Mərkəzinə istinad edildiyi deyilərək, dünyanın ən az dindar ölkələrinin siyahısı paylaşılıb. İddialara görə, Çin birinci yerdə qərarlaşır, Avropa və Asiyadan bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu siyahının ilk onluğunda yer alır. Məlumatda bildirilir ki, Azərbaycan 64% göstərici ilə dünyanın ən az dindar ölkələri sırasında 5-ci yerdədir. Həmçinin Norveçdə insanların 62, Belçikada 64, İsveçdə isə 73 faizinin dini inanca malik olmadığı…

Read More
Siyasət 

İrəvan “Putin NATO”suna qayıdır

Avropa İttifaqına üzvlüyə hazırlaşan Ermənistan yenidən üzünü Kremlə sarı çevirib; Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son üç ildə ilk dəfə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin iclasında iştirak edəcək – parlament seçkiləri öncəsi nələr baş verir?  Noyabrın 5-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin görüşü olacaq. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son üç ildə ilk dəfə MDB üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin iclasında iştirak edəcək. Müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb. Bu, Armen Qriqoryanın 2022-ci ildən bəri ilk səfəri olacaq. A.Qriqoryanla bağlı qərar…

Read More
Hava 

Yağışlı hava ilə bağlı daha bir xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Publika.az müraciətin mətnini təqdim edir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq sabah gündüzədək bəzi ərazilərdə güclü külək əsəcəyi, havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylarda sel və daşqın hadisəsinin baş verəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik…

Read More
Gündəm 

“Hər birinizə 12 sot ayrılıb” – Prezident

“Biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Burada da kənd təsərrüfatı ilə, heyvandarlıqla məşğul olmaq üçün şərait yaradılacaq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin sakinləri ilə görüşündə deyib: “Təbii ki, artıq istifadəyə verilmiş digər kəndlərdə olduğu kimi, həyətyanı sahələrdə də əkin-biçinlə məşğul olmaq mümkündür. Hər biriniz üçün on iki sot həyətyanı sahə ayrılıb. Amma burada digər böyük yerlərdə, yəni, həm örüş, həm də ki, əkin üçün yararlı olan torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olacaqdır. Yəni, Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər…

Read More