Gündəm 

Bakıda hərbi paradın aparıcısı kim olsun? – təklif və mübahisə

Məlum olduğu kimi, gələn ayın 8-də Bakıda 44 günlük Vətən müharibəsindəki tarixi qələbənin 5-ci ildönümü münasibətilə təntənəli Zəfər paradı keçiriləcək. Hələ tədbirə bir ay qalmış sosial şəbəkələrdə paradla bağlı müzakirələr başlayıb. Yəni “Paradın aparıcısı kim olmalıdır?” sualı ətrafında cəmiyyət iki yerə bölünüb. Xatırladaq ki, indiyədək keçirilən hərbi paradlarda mikrofon arxasında Abdulla Qurbani dayanıb. Onun səsi illərdir dövlət tədbirlərinin, rəsmi mərasimlərin ayrılmaz hissəsi kimi tanınır. Lakin bu dəfə çoxları hesab edir ki, artıq həmin ənənə dəyişməlidir. Xüsusilə gənc izləyicilər bildirirlər ki, Zəfər paradı sıradan bir rəsmi mərasim deyil, xalqın ruhunu, döyüş…

Read More
Gündəm 

“Radarlar sizə “dayan, düşün, təhlükəsiz get” demək üçündür”

Daxili İşlər Nazirliyi (DİN) sürücülərə müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması nazirliyin əsas prioritet istiqamətlərindəndir. Baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir. Əziz sürücülər, sükan arxasında verdiyiniz hər qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət nə…

Read More
Gündəm 

Mehdiyevə TİBBİ EKSPERTİZA təyin olunacaq: YADDAŞINI itirib?– məsuliyyətdən yayınmaq üçün ŞOK OYUN

Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin səhhətində problemlər yaranması barədə məlumatlar yayılıb. Oxu24.com saytı yayılan informasiyalarla bağlı dəqiq məlumat əldə etdiyini yazıb. Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə, “boz kardinal”ın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi, yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə yaxın həkimlə də bu haqda məsləhətləşmələr aparıb. Onun azheimer xəstəliyindən əziyyət çəkdiyi iddia olunur. Mənbə qeyd edib ki, onda bu xəstəliyin olması hələlik rəsmi təsdiqini tapmayıb. Qanunvericiliyə görə, bunun üçün məhkəmənin qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilməlidir. Ehtimal olunur ki, Ramiz Mehdiyev bu…

Read More
Gündəm 

Azərbaycanla Qazaxıstan arasında güclü və qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur

Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər  yüksək dərəcədə güclü və qarşılıqlı etimada əsaslanır. Bu münasibətlər yalnız dövlətlərarası deyil, eyni zamanda xalqlarımız arasında qardaşlıq əlaqələri üzərində qurulub”. Bu fikirləri cənab Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibəsində dilə gətirib. Müsahibədə Azərbaycan Qazaxıstan əlaqələrinin ikitərəfli münasibətlərdən daha da irəli getdiyini qeyd edən dövlət başçısı bu münasibətlərin regionda sabitliyin təminatında mühüm rol oynadığını vurgulayıb. Prezident Əliyev iqtisadi münasibətlərin dinamik artımını vurğulayaraq qeyd edib ki, 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 470 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yalnız ilk 8 ayında…

Read More
Siyasət 

“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib

“Səmavi dinlər” layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür. “İki sahil” xəbər verir ki, hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür. Triptixin həm Vatikanda, həm də dünyanın müxtəlif ölkələrində sərgilənməsi…

Read More
Siyasət 

İlham Əliyev Yaponiyanın yeni Baş nazirinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri xanım Sanae Takaiçiyə təbrik məktubu ünvanlayıb. Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Baş nazir, Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, mövcud potensialdan istifadə edərək ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik. Bir daha Sizə…

Read More
Siyasət 

İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib. Musavat.com xəbər verir ki, Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev deyib: – Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi.…

Read More
Cəmiyyət 

Yeni medal təsis edildi

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib. Yubiley medalı haqqında əsasnaməyə görə, Azərbaycan Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər. Medalla təltif…

Read More
Cəmiyyət 

Qarabağa getmək üçün rüsum ödəmək lazımdır? – DİN-dən cavab

İşğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların “E-Polis” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib rahat gedə bilərlər. Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib. Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum və ya ödəniş tələb olunmur. Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan sonra müraciətlər aidiyyəti üzrə araşdırılır və cavablandırılır.

Read More
Təhsil 

“Bu gün prestij zahiri görünüş və ya dəbdə olmaqla deyil” – Məleykə Abbaszadə

“Bu gün prestij artıq zahiri görünüş və ya dəbdə olmaqla deyil, faydalı olmaq, problemləri həll etmək və işini peşəkarcasına yerinə yetirməklə ölçülür. Əgər əvvəllər prestij vizual təəssüratla əlaqələndirilirdisə, indi insanın cəmiyyətə verdiyi real dəyər əsas göstərici hesab olunur”. Musavat.com-un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” festivalının yekun tədbirində deyib. DİM sədri qeyd edib ki, gənclər peşə seçərkən nüfuz anlayışına yenidən baxmalıdırlar. O, süni intellektin və dördüncü sənaye inqilabının əmək bazarına təsirinə diqqət çəkib: “Artıq bəzi peşələr yoxa çıxır,…

Read More