Boyalı saxta çayları belə tanımaq olar – Qida ekspertindən açıqlama
Son illərdə bazarda boyayla “gözəlləşdirilmiş” və aşağı keyfiyyətli çay nümunələrinin tapılması haqda məlumatlar artır. Qida eksperti Hüseyn Kərimov BiG.AZ-a bildirib ki, bunu ev şəraitində yoxlamaq olar: “Bir qədəh soyuq suya bir qaşıq çay tökün. Əgər su dərhal və aydın rəng alırsa (xüsusən kəskin narıncı/qırmızı rəng), bu, çayın boyaya malik olma ehtimalını gücləndirir. Təbii çay soyuq suda çox yavaş rəng verər. Evdə bu metod ən çox tövsiyə olunan ilkin testlərdəndir. Çay yarpaqlarını incə kağızın üzərinə yayın, üzərinə bir neçə damcı su qoyun və sonra yarpaqları götürüb kağızı yuyun. Kağızda intensiv rəng ləkələri…
Read More