Cəmiyyət 

Noyabrın əvvəlində ardıcıl 4 gün iş olmayacaq

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Bu səbəbdən noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir. Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq.

Read More
Gündəm 

Ramiz Mehdiyevin yanında kim qalır? – “Bazarlığı mən edirəm”

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə ona dörd aylıq ev dustaqlığı tətbiq edilib. Ramiz Mehdiyevin mühafizəçisi Qənbər açıqlamasında bildirib ki, sabiq PA rəhbəri hazırda özünü yaxşı hiss edir. “Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm”, – deyə o qeyd edib. Qeyd edək ki, Ramiz Mehdiyev ev dustaqlığını “Avropa” otelinin yaxınlığındakı, Tiflis prospektində yerləşən villasında çəkir. /unikal.az

Read More
Cəmiyyət 

“Açıq qapı” günlərində Azərbaycan Dəmiryol Muzeyini 9 mindən çox insan ziyarət edib FOTO

14–19 oktyabr tarixlərində keçirilən “Açıq qapı” günləri çərçivəsində Azərbaycan Dəmiryol Muzeyi 9 mindən çox ziyarətçini qəbul edib. ADY-dən Musavat.com-a verilən məlumata görə, məktəblilər başda olmaqla, ziyarətçilər dəmir yollarının 145 illik tarixi, keçmişdən bu günə inkişaf yolu, müxtəlif eksponatlar və daha çoxu ilə yaxından tanış olublar. “Açıq qapı” günləri bitsə də, muzey ənənəvi olaraq bazar ertəsi istisna olmaqla, hər gün ziyarət üçün açıqdır” – deyə qurumdan bildirilib.

Read More
Cəmiyyət 

“Uşaq Hüquqları Aylığı”: qanunlar var, bəs uşaqlar qorunurmu?

 20 oktyabr-20 noyabr tarixləri Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan edilib. Bununla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət edib. Müraciətdə deyilir: “Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir. 1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da iştirakçısı olduğu “Uşaq hüquqları haqqında” Konvensiya (UHK) uşaqların hüquqlarının…

Read More
Region Xəbərləri 

Bu gün Zəngilan Şəhər Günüdür.

Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizdə əbədi olaraq Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu Sərəncam, işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirməyi, həmçinin gələcək nəsillərə milli qürur və qəhrəmanlıq örnəyi miras qoymağı hədəfləyir. Xatırladaq ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın…

Read More
Region Xəbərləri 

Zəngilan yeni inkişaf dövrünü yaşayır

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində  Zəngilan şəhəri, rayonun 4…

Read More
Gündəm 

Eyni tora təkrar-təkrar düşənlər – “feyk xəbər”lər onlarla tirajlanır

3 gün öncə 5-6 jurnalist bir aradaydıq, yanımıza yeni gələn həmkarımız sosial şəbəkədə yayılan “Mehdiyev xəbərləri”ndən daha biri barədə özət verəndə təcrübəli həmkarımız soyuqqalı şəkildə dedi: “Bu, güman ki, feyk xəbərdir, ciddi olmaz”. Bir azdaan təsdiqləndi ki, xəbər quramadır, dezinformasiyadır. Təcrübə belə şeydir. 30 ildən bəri siyasət qazanının içində qaynayan-bişən şəxslər hər deyilən sözü ciddiyə almır, yalanı doğrudan, saxta və qərəzli sözü, şər-böhtanı həqiqətdən ayıra bilirlər. Belə xəbərlərin içindəki saxtalıq özü çığırır, bir balaca məlumatlı olmaq kifayətdir ki, normal adamın özü və başqası haqqında bu cür sözlər deməsinin mümkün olmadığını…

Read More
Gündəm 

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu niyə qoruyur: General-mayor Teymur Mehdiyev hələ də onun müavinidir

Musavat.com xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” adlandırılan Ramiz Mehdiyevin həbsi ilə bağlı rezonans davam etdiyi bir vaxtda diqqət mərkəzinə düşən əsas fiqurlardan biri onun oğlu – Teymur (Timur) Mehdiyevdir. Ən təəccüblüsü budur ki, atası dövlətə xəyanət, çirkli pulların yuyulması, dövlət quruluşunu dəyişmək cəhdi kimi maddələrlə istintaqa cəlb olunduğu bir dönəmdə Teymur Mehdiyev hələ də vəzifə başındadır. O, hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müavini postunu tutur. Belə bir vəziyyətdə haqlı sual yaranır: Kəmaləddin Heydərov niyə Ramiz Mehdiyevin oğlunu qoruyur? Əgər bu gün eyni vəziyyət istənilən vəzifəli məmurun…

Read More
Cəmiyyət 

Çörəyin ən ucuz olduğu ölkələr – Azərbaycan neçənci yerdədir?

ent.az xarici mediaya istinadla xəbər verir ki, Azərbaycan çörəyin ən ucuz olduğu ölkələrin ilk onluğundadır. Dünya üzrə çörəyin orta qiyməti Orta hesabla 500 qramlıq buğda çörəyinin qiyməti təxminən 2 manat 70 qəpik təşkil edir. Ən bahalı çörək Cibutidə satılır, burada qiymət 16 manatdan çoxdur. Bu, ölkənin ərzaq idxalından yüksək asılılığı ilə izah olunur. Ən bahalı on ölkə və region siyahısına həmçinin aşağıdakılar daxildir: Bermud adaları – 14.72 manat Kayman adaları – 10.85 manat Monako – 9.17 manat Baham adaları – 8.34 manat Konqo – 8.06 manat Mərkəzi Afrika Respublikası – 7.20 manat…

Read More
Gündəm 

Bu gün Zəngilan Şəhər Günüdür

Bu gün Zəngilan Şəhər Günüdür. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizdə əbədi olaraq Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu Sərəncam, işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirməyi, həmçinin gələcək nəsillərə milli qürur və qəhrəmanlıq örnəyi miras qoymağı hədəfləyir. Xatırladaq ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən…

Read More