Gündəm 

Bu gün Zəngilan Şəhər Günüdür

Bu gün Zəngilan Şəhər Günüdür. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizdə əbədi olaraq Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu Sərəncam, işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirməyi, həmçinin gələcək nəsillərə milli qürur və qəhrəmanlıq örnəyi miras qoymağı hədəfləyir. Xatırladaq ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən…

Read More
Gündəm 

Bölgələrdə heyvan bazarları bağlandı – Ət bahalaşacaq? – VİDEO

Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, İsmayıllıdan olan fermerlər deyirlər ki, mal bazarının bağlanması satışıa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı. Qəssablar isə bildiriblər ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq üçün özləri axtarışa çıxırlar. Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması heyvan satışına qadağa qoyulması demək deyil. Heyvanlar fermer təsərrüfatlarından…

Read More
Gündəm 

Mehdiyevdən sonra bu TANINMIŞLAR HƏBS OLUNACAQ – Mehdiyevin həyat yoldaşı İSTİNTAQA nələr deyib?

*”SÜBUT EDƏ BİLSƏLƏR, HƏBS ETSİNLƏR…” – Məmmədyarov meydan oxuyur? *Prezident xəbərdarlıq etmişdi: O məmur və qohumu cəzalanacaq *Baxçalıdan şok: Bu ölkə təcili Türkiyəyə birləşməlidir! *Zahid Orucun adı Ramiz Mehdiyevin cinayət dosyesində: niyə, hansı səbəbdən – ÖZÜ DANIŞDI *Tramp: “Şərtləri qəbul etməsən, Ukrayna məhv ola bilər” *Tramp Putinlə BU TARİXDƏ görüşəcək *Zaxarova: Putin və Trampın görüşünə diplomatik hazırlıq gedir *Mehdiyevin ailəsi ilə bağlı xəbər yayıldı: pərdəarxası məqam *“Böyük bədəl ödəyəcəklər!” – Nazirdən hədə *Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 08.50-də aparıcı Sevinc…

Read More
Gündəm 

Məcburi eniş edən AZAL təyyarəsinin GÖRÜNTÜLƏRİ

Xəbər veridiyimiz kimi, Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo Hava Limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb. Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur. Pulkovo Hava Limanına eniş edən AZAL təyyarəsinin görüntülərini təqdim edirik:

Read More
Gündəm 

“Fənərbağça”, “Beşiktaş” və TRT-dən Azərbaycan Müstəqillik Gününə XÜSUSİ TƏBRİK

Qardaş Türkiyənin iki nəhəng futbol klubu – “Fənərbağça” və “Beşiktaş”, eləcə də ölkənin aparıcı media qurumlarından biri olan TRT Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə sosial şəbəkələrdə səmimi təbrik paylaşımları ediblər. Musavat.com xəbər verir ki, paylaşımlar “Facebook” üzərindən yayımlanıb və qardaş ölkə Azərbaycan xalqına isti, qəlbdən gələn mesajlarla ünvanlanıb. Hər üç qurum Azərbaycanın müstəqilliyini, azadlığını və dövlətçiliyini tərənnüm edən sözlərlə çıxış edib. Bu jest bir daha göstərir ki, Türkiyə və Azərbaycan yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi qardaşlıq telləri ilə sıx bağlıdır. İki xalq arasında dostluq və birliyə əsaslanan bu münasibət bütün…

Read More
Cəmiyyət 

Bazarda “optika fırıldağı”: İnsanlar belə aldadılır FOTOLAR

Bazarda irəlilədikcə diqqəti ən çox çəkən səslərdən biri artıq satıcıların “pomidor, xiyar” çağırışı yox, “zəif görənlər yaxınlaşsın” səsləridir. Balaca bir stol, üstünə səpələnmiş onlarla eynək və özünü “həkim” kimi təqdim edən satıcı, yanından keçən hər kəsi sanki “müayinəyə” dəvət edir. Nizami rayonundakı bazarda müşahidə etdiyimiz mənzərə göstərir ki, artıq küçə ticarətinə paltar, ayaqqabıdan başqa tibbi vasitə olan eynəklər də daxil olub. Satıcının çağırışı dayanmaq bilmir, qiymətlər də alıcı üçün son dərəcə cəlbedicidir: 5, 6, 8, 10 manat. O, eynəkləri “keyfiyyətli” adlandırır, “Uruqvaydan gəlmə” deyə xüsusi vurğulayır, guya çeşid müxtəlifliyi göstərmək…

Read More
Siyasət 

Ersin Tatar Azərbaycanı təbrik etdi

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib. Prezident bu barədə “X” sosial media hesabında yazıb. “Can Azərbaycanı 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə ən səmimi duyğularımla təbrik edir, Azərbaycan Prezidenti, dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycana xalqımın sevgi, salam və səmimi ehtiramlarını çatdırıram”, – paylaşımda qeyd olunub. (Report)

Read More
Cəmiyyət 

Hazır olun! Azərbaycana dəhşətli soyuqlar gəlir- QAR YAĞACAQ

Son günlər ölkə ərazisində havalar nisbətən isti keçir. Lakin bəzi proqnozlara görə, Azərbaycanda havanın temperaturu qəfildən enəcək. Bu ehtimallar nə dərəcədə doğrudur? Bakıya qar nə vaxt yağacaq? Mövzu ilə bağlı meteroloq Cavidan Əliyev Referans-a açıqlamasında deyib ki, uzunmüddətli proqnozlara əsaslansaq və eləcə də Sibir antisiklonunun anomal şəkildə tez formalaşmasını da nəzərə alsaq deyə bilərik ki, təxminən oktyabr ayının 20 – dən sonra və noyabrın ilk ongünlüyü aralığında soyuq hava kütlələrinin ölkəmizə daxil olacağı real görünür. Hətta bəzi düzən ərazilərimizdə yağıntıların sulu qara keçəcəyi ehtimalı da var. Meteroloq həmçinin onu da…

Read More
Gündəm 

Azərbaycanın humanitar diplomatiyasının yeni zirvəsi – ŞƏRH

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri humanitar diplomatiyadır. Onun fəaliyyəti yalnız dövlət idarəçiliyi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə humanist dəyərlər, mədəni irs, təhsil və sağlamlıq sahələrində təşəbbüskar mövqeyini nümayiş etdirir. Mehriban Əliyevanın xarici siyasət fəlsəfəsində humanitar diplomatiya siyasi maraqları tamamlayan, lakin onlardan fərqli olan bir istiqamətdir. Bu yanaşma xalqlar arasında qarşılıqlı hörmət, mədəni dialoq və sülhün təşviqi prinsiplərinə əsaslanır. Onun təşəbbüsləri vasitəsilə Azərbaycan dünyada mədəni müxtəlifliyin qorunması, təhsilin əlçatanlığı, qadınların və uşaqların hüquqlarının müdafiəsi kimi sahələrdə aktiv tərəfdaş kimi tanınır. Birinci…

Read More