Sosial 

Ucuz kolbasa – bahalı fəsad: Bazarda “ucuzluğun” arxasında gizlənən təhlükə

Payız günəşi bu dəfə bazarların təkcə meyvə-tərəvəzini deyil, kolbasanı, sosiskanı da qızdırır. Küçələrdə, yol kənarlarında, “8-ci kilometr” bazarının girişində eyni mənzərə: qutuların, torbaların içində günəşin altında “yanan” ət məhsulları… Üstündəki qiymət kağızları isə alıcıları cəlb edir. Çünki bu kolbasalar mağazadakından ucuzdur – demək, cüzdan üçün sərfəlidir. Amma unuduruq ki, bu “ucuzluq” bəzən çox baha başa gələ bilər — sağlamlıqla, bəzən də həyatla. “Oğlumun maaşını kolbasa ilə verirlər…” Küçədə kolbasa satan orta yaşlı bir qadına yaxınlaşıram və sual edirəm: – Bu məhsullar hardan gəlir? Qadın gülümsəyir və deyir: – Oğlum Keşlədə…

Read More
Gündəm 

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində deyib. İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən dövlət başçısı bildirib: “Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”.

Read More
Cəmiyyət 

Nazir əmr imzaladı – 3 qurum ləğv olundu

Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazirlik müvafiq qərar qəbul edib. Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.

Read More
Cəmiyyət 

Oktyabrın 20-də qaz kəsiləcək -Bu ərazilərdə

Lənkəran rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, Ələt–Astara–İran İslam Respublikası Dövlət sərhədi (M3) avtomobil yolu üzərində yerləşən iki ədəd körpünün yenidən qurulması ilə bağlı olaraq, yolun 197-ci kilometrində Girdəni çayı üzərində tikiləcək yeni körpünün inşası məqsədilə Lənkəran rayonu ərazisində yerləşən Göyşaban və Ürgə kəndləri, həmçinin Liman qəsəbəsinin Xutor adlanan hissəsində ümumilikdə 1550 abonentin qaz təchizatının 20 oktyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır. Qurumdan əlavə olunub ki, qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş…

Read More
Hava 

Bazar gününün havası açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 20-24, dağlarda gecə…

Read More
İdman 

“Neftçi”dən maraqlı paylaşım- Abubakar gəlir?

Premyer Liqa təmsilçisi “Neftçi” instaqram hesabında paylaşım edib. Paylaşımda saat təsviri və “Gəlir” sözü yer alıb. Saatın əqrəblərinin rəngi isə Kamerun bayrağının rəngləridir. Bu isə onu göstərir ki, Bakı klubu uzun müddətdir danışıqlar apardığı Kamerun millisinin üzvü Vensan Abubakarla anlaşıb. Böyük ehtimalla bu gün məşhur futbolçu ilə müqavilə imzalanacaq.

Read More
Gündəm 

İrəvan Azərbaycan tanklarının öz küçələrində hərəkəti üçün darıxır…

  Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatı bir daha göstərdi: İrəvan sülh istəmir, sadəcə zaman qazanmaq və revanşizm arzularını diri saxlamaq niyyətindədir. Musavat.com xəbər verir ki, nazirliyin “Bakının konstitusiyaya dəyişiklik tələbi qəbuledilməzdir” açıqlaması əslində, sülh prosesinə deyil, düşmənçilik psixologiyasına xidmət edir. Çünki Azərbaycan sadəcə reallığın – öz ərazisinə qarşı iddianın rəsmən ləğv edilməsini tələb edir. Əgər Ermənistan bu tələbi “qəbuledilməz” sayırsa, deməli, o, hələ də Azərbaycanın torpaqlarına iddialıdır. Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladı, şəhərləri viran qoydu, milyonlarla azərbaycanlını yurdundan didərgin saldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi…

Read More
Cəmiyyət 

Payızın izləri bazarlara necə təsir edib: Qiymətlər qalxıb, yoxsa ucuzlaşıb?

  Payızın gəlişi ilə şəhərin küçələrini nəmli və sarı-qəhvəyi örtük bürüyüb. Bu dəyişiklik yalnız küçələrə təsir etmir – bazarlara da öz təsirini göstərir. Musavat.com olaraq “8-ci km” bazarına baş çəkdik, qiymətləri öyrəndik və alıcı-satıcılarla söhbət apardıq. Göründüyü kimi, payız mövsümü həm təzə məhsul bolluğunu, həm də qiymət dəyişikliklərini özü ilə gətirib. Bazara daxil olanda ilk diqqət çəkən şey meyvələrin rəngarəngliyi oldu. Nar bir manata, üzüm isə 1–2 manat arasında satılır. Alıcılar deyir ki, narın qiyməti sabit qalıb, amma keyfiyyət baxımından əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Satıcıların sözlərinə görə, bu il məhsul bol…

Read More
Cəmiyyət 

“Naxçıvan duzu” adı ilə satılan palçıqlı kristallar – bazarlarda gizli təhlükə – FOTOLAR

Tez-tez rast gəldiyimiz mənzərələrdən biri də bazarlarda kisələrdə açıq şəkildə duz satılmasıdır. “8-ci km bazarı” kimi tanınan ticarət məkanında da bu mənzərə dəyişmir. Ağ rəngli kisələrdə torpaq və palçıqla qarışmış iri duz parçaları diqqət çəkir. Yaxınlaşıb qiyməti və mənşəyi ilə maraqlanırıq. Satıcı duz kristalından kiçik bir hissəni qoparıb göstərir və bildirir ki, “Naxçıvandan gətirilib”. “Kilosu 2 manatdır. Bu duz çox faydalıdır, astmaya da xeyri var. Camaat bunu alıb evdə saxlayır ki, astma xəstəsi rahat nəfəs alsın. Düzdür, palçıqlıdır, amma istifadə etməzdən əvvəl su ilə yuyub yeməyə qatmaq lazımdır. Dadı çox…

Read More
Gündəm 

Paşinyan bir söz deyir, naziri isə… – Mirzəyan adını dəyişəcəkmi?

Ermənistan xarici işlər naziri Ararat Mirzəyan yenə Bakıya qarşı ikibaşlı və arqumentsiz danışıb. Nazir bildirib ki, İrəvan Azərbaycanın sülh sənədinin imzalanması üçün konstitusiya ilə bağlı şərtini qəbil etmir, “ona görə ki, Ermənistan konstitusiyasında heç bir dövlətə ərazi iddiası yoxdur”. Ardınca isə deyib ki, artıq yeni konstitusiya ilə bağlı işlər yekunlaşmaq üzrədir. Yəni əslində Bakının tələbinin haqlı olduğunu dolayısıyla etiraf edib. Sitata diqqət: “Onlar (Azərbaycan tərəfi – red.) hesab edirlər ki, konstitusiyamızda problem var. Bu, onların fikridir. Konstitusiyaya dəyişiklik etməyimizi istəyirlər. Bu şərti qəbul etmirik. Bizim konstitusiyaya dəyişiklik etmək və ya…

Read More