Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Cicimli kəndində səyyar qəbul-görüşü keçirilib

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Cicimli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, 100 metr məsafədə suvarma arxının çəkilməsi, işlə təmin olunma, içməli…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə rayon Zümürxan kənd tam orta məktəbdə “Erkən və qohumlar arasında nikahların mənfi nəticələri” mövzusunda tədbir keçirilib. Tədbirdə Komissiyanın sədri Səfurə Hümbətova, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Mehtiyeva və Hüquq şöbəsinin müdiri Zaur Quliyev, Mərkəzi Rayon Xəstəxanasının həkim mama-ginekoloqu Aynur Həsənova, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, komissiyanın üzvü Liza Cabbarova, məktəbin pedaqoji heyəti, şagirdlər və valideynlər iştirak ediblər. Tədbirdə erkən nikah və qohumlar…

Read More
Siyasət 

Azərbaycana çar Pyotr mesajı

Kreml lideri rus çarına ifrat rəğbəti ilə dünyaya və Qafqaz xalqlarına nə demək istədi? Vladimir Putin ad günündə doğulduğu Sankt-Peterburqa səfər edib. O, Müdafiə Nazirliyinin, Baş Qərargahın rəhbərliyi və Şimal Hərbi Dairəsinin qoşun qruplaşmalarının komandirləri ilə birlikdə Romanovlar məqbərəsini – Pyotr və Pavel kafedralını ziyarət edib. Putin qeyd edib ki, bura əsas etibarilə müasir Rusiyanı yaradan insanların məzarlığıdır. O, hərbçilərin keşişin hekayəsini dinləməkdə maraqlı olacağına ümid etdiyini bildirib. Baş kafedrala baş çəkdikdən sonra hərbçilərlə görüşdə Putin bəyan edib ki, Ukrayna savaşında strateji təşəbbüs tamamilə Rusiyaya məxsusdur, ölkənin dərinliyinə zərbə endirmək…

Read More
Cəmiyyət 

Bir ürək, bir bayraq, bir Vətən –Şəhid Denis Proninin hekayəsi

Vətəni sevmək millətdən deyil, vicdandan başlanır Yaranışdan bəri insanın Vətən sevgisi heç zaman dəyişməyən və hər zaman düşüncə mövzusu olan bir hissdir. Vətəni sevmək iman və vicdan nümunəsi sayılır. Bu mənada vətən sevgisi bəzən millət duyğusundan da üstün olur. Azərbaycanın igid oğlu, “Neftçilər uşağı” kimi tanınan, milliyyətcə rus Denis Pronin üçün tək böyüdüyü Bakı şəhəri yox, bütöv Azərbaycan sadəcə doğulduğu ölkə deyildi-sevdiyi, qoruduğu, mənsub olduğu müqəddəs Vətən idi. Bu gün onun şəhidliyindən 5 il ötür. Vətən müharibəsi başlayanda Denis düşünmədən ön cəbhəyə yollandı. Könüllü şəkildə, heç kimin çağırışı olmadan silaha…

Read More
Cəmiyyət 

Qarabağa qayıdanların evləri kimlərə veriləcək? – VİDEO

Artıq 15 mindən çox keçmiş məcburi köçkün öz el-obalarına qayıdıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, eləcə də, yataqxana, sanatoriya kimi müxtəlif müvəqqəti məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür. Doğma yurdlarına qayıdanların köçkün qəsəbələrindəki evləri və şəhərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək aqibəti maraq doğurur. Bəs Qarabağa qayıdan köçkünlərin evlərinin aqibəti necə olacaq? Daha ətraflı İTV-nin videomaterialında:

Read More
Gündəm 

Əyalətlərdən Bakıya axının sirri açıldı

Rəsmi statistikaya əsasən, təkcə 2025-ci ilin ilk yarısında 20 mindən çox insan rayonlardan paytaxta köçüb – bu, son illərin “rekord” göstəricisidir… Azərbaycanda bəzi rayonlarda iqtisadi həyat demək olar ki, tam dayanıb. Dövlət Statistika Komitəsinin (DSK) son hesabatı bölgələr üzrə dərin sosial-iqtisadi fərqləri bir daha üzə çıxarıb. Rəqəmlər göstərir ki, yeni iş yerlərinin əksəriyyəti Bakı və Abşeron iqtisadi zonasında açılır, regionlarda isə işsizlik artmaqda davam edir. Statistikaya görə, Kəngərli və Ordubad rayonlarında 2025-ci ilin ilk yarısında bir dənə də yeni iş yeri yaradılmayıb. Eyni dövrdə Sədərək və Culfa rayonlarında cəmi 1,…

Read More
Cəmiyyət 

DİN kibertalamalarla bağlı əhaliyə çağırış edib – VİDEO

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı əhaliyə çağırış edib. Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib. Bildirilib ki, dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər: “Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər. Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının…

Read More
Siyasət 

İlham Əliyev: Tacikistan ilə Azərbaycan arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir

MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini bildirib. Musavat.com xəbər verir ki, dövlət başçısı deyib: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Bu əlaqələr qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir”.

Read More
Gündəm 

Şəkillərdən baxışlar – bir saniyəlik görüntülərlə uzağa getmək…

Rusiya və Azərbaycan prezidentlərinin Tacikistanın paytaxtı Düşənbə şəhərində görüşmələri, iki dövlət arasındakı gərginliyi bəlli bir ölçüdə azaltmaları hər iki ölkənin mediasında geniş işıqlandırılır və bu, təbiidir. Söhbət iki qonşu arasındakı soyuqluqdan, başlanmış “soyuq müharibə”dən gedirdi və bu, indiki dövrdə həm Rusiyaya, həm də Azərbaycana sərf edən intriqa deyildi. Gərginliyin yaranma səbəbləri barədə təfərrüata varmağa ehtiyac yoxdur. Son 10 ayda bu barədə min dəfə yazılıb, siyasətlə, ölkənin, dövlətin taleyi ilə maraqlanan hər kəs istisnasız olaraq bunu bilir. Hamı indiyə qədər cığallıq edən tərəfin də kimliyindən xəbərdardır. Bu, “iki üstəgəl iki”nin cavabı…

Read More