Gündəm 

Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetidir

Azərbaycan Türk ölkələrinin biriliyində maraqlıdır və bunun üçün hər zaman əməli addımlar atır. Məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetidir. Ölkəmiz tərəfindən təşkilatın Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianənin edilməsi buna bariz nümunədir. Türk Dövlətləri Təşkilatının fəaliyyətini daha da güclnəndirmək məqsədi ilə rəsmi Zirvə görüşlərindən əlavə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi ənənəsi də yaradılmışdır. İlk qeyri-rəsmi Zirvə görüşü də məhz Şuşada keçirilmişdir. Artıq Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil,  həm də ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının oktyabrın…

Read More
Siyasət 

Prezident Tacikistana GETDİ – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib. Musavat.com xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Xalq artisti Əminə Yusifqızı VƏFAT ETDİ

Xalq artisti Əminə Yusifqızı vəfat edib. ARANTV.AZ xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat verib. Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. Hələ məktəb illərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında maraqlı çıxışları ilə diqqət çəkib. O, 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1958–1964-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 1964–1974-cü illərdə isə Azərbaycan Milli Dram Teatrının aktrisası kimi fəaliyyət göstərib. Əminə Yusifqızı səhnədə Qulu (“Anacan”, Y. Əzimzadə), Səbirə (“Son məktub”, R. İsmayılov), Humay (“Komsomol poeması”, İ. Coşğun – Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər…

Read More
Cəmiyyət 

Viləşçay üzərində yeni bəndlər – cənub bölgəsinin su təhlükəsizliyi üçün yeganə yol

Dünya sürətlə su qıtlığına doğru gedir. Qlobal istiləşmə, yağıntıların azalması, əhali artımı və kənd təsərrüfatının genişlənməsi nəticəsində içməli su ehtiyatları ildən-ilə azalır. BMT-nin proqnozlarına görə, 2030-cu ilə qədər Yer kürəsində içməli suya tələbat təklifdən 40 faiz artıq olacaq. Bu, bəşəriyyət üçün yaxın gələcəyin ən ciddi ekoloji və sosial təhlükələrindən biridir. Bu xəbərdarlıq artıq bir çox ölkələrdə reallığa çevrilib: Avropa dövlətləri, Türkiyə, Mərkəzi Asiya ölkələri dağ çaylarının gücündən maksimum istifadə edərək kiçik və orta ölçülü su anbarları tikirlər. Azərbaycan da bu qlobal təcrübədən kənarda qala bilməz, çünki ölkəmiz də iqlim dəyişmələrinin…

Read More
Siyasət 

Əliyev-Putin görüşündən İLK GÖRÜNTÜLƏR – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüşə dair yeni kadrlar yayımlanıb. Musavat.com xəbər verir ki, bu, iki liderin təxminən 10 aylıq fasilədən sonra baş tutan ilk rəsmi görüşüdür. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın mülki təyyarəsini vurması hadisəsindən və Rusiyada azərbaycanlı diaspor nümayəndələrinə qarşı sərt tədbirlərin görülməsindən sonra iki ölkə arasında münasibətlərdə soyuqluq və gərginlik yaranmışdı. Həmin gərginlik bir müddət “soyuq müharibə həddinə” qədər dəyərləndirilirdi. Lakin son günlər vəziyyətin dəyişdiyi görünür. 7 oktyabrda Prezident İlham Əliyevin Vladimir Putini doğum günü münasibətilə təbrik etməsi rəsmi Bakı-Moskva…

Read More
Siyasət 

Putin üzr istədi, amma AZAL təyyarəsinin vurulmasına görə günahı Ukraynanın üzərinə atdı

ARANTV.AZ  xəbər verir ki, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Putin ilk dəfə AZAL təyyarəsinin vurulması hadisəsinə münasibət bildirib. Kremlin yaydığı kadrlarda Rusiya lideri həmkarına müraciət edərək bildirib: “Hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə Sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram.” Putin həmçinin vurğulayıb ki, Rusiya təyyarənin vurulması ilə bağlı məsuliyyəti Ukraynanın üzərinə qoyur. Onun sözlərinə görə, hadisə günü Rusiya hava sərhədini üç Ukrayna dronu keçib, və həmin an baş verən insident bu fonla eyni vaxtda qeydə alınıb. “Rusiya…

Read More
Siyasət 

Putin AÇIQLADI – Rusiya AZAL təyyarəsinə görə TƏZMİNAT ÖDƏYƏCƏK

Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcək. ARANTV.AZ  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.  Putin həmçinin qeyd edib ki, Rusiya bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi addımları atacaq.

Read More
Region Xəbərləri 

Bərdə rayonunun Güloğlular kəndində su təchizatının yaradılması münasibətilə mərasim təşkil olunub.

Mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, Güloğlular kənd sakinləri bu gün keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, kənddə su təchizatının yaradılması layihəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən həyata keçirilib. Bunun üçün əhalinin keyfiyyətli içməli suya əlçatanlığının təmin edilməsi…

Read More
Cəmiyyət 

Boşadığı qadını bıçaqlayanların statistikası

Başlığı görüb elə hesab eləməyin ki, belə bir statistika var. Hələlik yoxdur. Amma olmalıdır. Çünki az qala həftəaşırı belə xəbərlər gəlir. Elə olur ki, bir həftənin içinə iki bənzər xəbər yerləşir. Adətdəndir, nədir, bilən yoxdur. Uzaq keçmişdə də belə haqq-hesanlar olub, yaxın keçmişdə də, hazırda da var. Bu xüsusda yayılan xəbərlərin artması göstərir ki, gələcəkdə də olacaq və nəhayə,t ortalığa rəsmi şəkildə yayılan statistik məlumat çıxacaq: “Cari ildə 365 boşanmış qadının keçmiş əri tərəfindən döyüldüyü, 35-nin bıçaqlandığı, 3500-nün hədələndiyi tərəfimizdən qeydə alınmışdır”. Yuxarıdakı rəqəmlər şərtidir. Aşağı-yuxarı yerləri ola bilər. Həyatdır.…

Read More