Dünya 

Fələstin Baş naziri: Müharibə bitdikdən sonra Qəzza üçün bərpa planları hazırdır

Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa bildirib ki, İsrailin hərbi hücumu başa çatan kimi hökumət Qəzzada bərpa işlərinə başlamağa tam hazırdır. “Report” “Times of İsrael”ə istinadən xəbər verir ki, baş nazir qeyd edib ki, əsas prioritetlər arasında dağıntıların təmizlənməsi, yolların açılması və müvəqqəti sığınacaqların təmin edilməsi yer alır. Planın tərkibində Qahirədə Bərpa Konfransının keçirilməsi də var. Bu konfrans yerli və beynəlxalq tərəfdaşlarla hazırlanmış 3500-ə yaxın layihəni əhatə edən 56 proqram üçün maliyyə toplamağı hədəfləyir.

Read More
İdman 

AFFA prezidenti “Qarabağ”ı təbrik edib

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib. “Report” xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” komandası üzərində inamlı qələbə qazanan “Qarabağ” Futbol Klubu növbəti tarixi uğura imza atdı. Komandamızı ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, – deyə o qeyd edib.

Read More
Hadisə 

Boşanmaq istəyən qadın bıçaqlandı

Gəncədə ər arvadını bıçaqlayıb. Hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1987-ci il təvəllüdlü İ.Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)

Read More
İdman 

Qurban Qurbanov: “Ölkə xaricindən gələn təkliflər barədə çox düşünmürəm”

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov ölkə xaricindən gələn təkliflər barədə çox düşünmür. “Report”un məlumatına görə, təcrübəli mütəxssis bu barədə mətbuat konfransında bildirib. O hər dövrün yaxşı baş məşqçiləri olduğunu söyləyib: “Ölkə xaricindən gələn təkliflər barədə çox düşünmürəm. Sadəlövh olmağa çalışmalıyıq. Avropa planları başqadır. Klubların öz ideyaları var. Bu gün ağlımda belə fikir olsa, komandanın inamı, uğuru, sistemi pozulacaq. Hələlik Azərbaycanımızdayıq”. Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarka təmsilçisi “Kopenhagen”i məğlub edib – 2:0.

Read More
İdman 

Çempionlar Liqası: “Qarabağ” turnir cədvəlində altıncı pillədə qərarlaşıb

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “Report”un məlumatına görə, bu, II turun oyunlarının nəticəsinə əsasən müəyyənləşib. Azərbaycan çempionu ilə yanaşı, Almaniyanın “Bavariya”, İspaniyanın “Real”, Fransanın PSJ, İtaliyanın “İnter” və İngiltərənin “Arsenal” komandasının da altı xalı var. Qeyd edək ki, II turda Bakıda Danimarkanın “Kopenhagen” kollektivini məğlub edən (2:0) “köhlən atlar” I turda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib.

Read More
Cəmiyyət 

Bu məktəbdə 1 və 2-ci siniflərə dərslər birlikdə keçilir – VİDEO

Birinci və ikinci siniflər birlikdə dərs keçirlər. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, müəllim 22 dəqiqə birinci sinif, digər 22 dəqiqədə isə ikinci siniflə məşğul olur. Qəbələnin Tikanlı kənd orta məktəbindəki bu vəziyyət valideynləri narazı salıb. Onlar bildirirlər ki, sinif otaqları ola-ola iki sinifə bir yerdə dərs keçilməsi yolverilməzdir. O da qeyd olunub ki, məktəbdə lazımi qədər müəllim də var. Hazırkı vəziyyətdə isə şagirdlər dərsləri qavraya bilmirlər. Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrinin ibtidai siniflərində şagirdlərin sayı…

Read More
Gündəm 

3 oktyabr 1993-Azərbaycan tarixində dönüş nöqtəsi

Müstəqil Azərbaycanın qurucusu 3 oktyabr 1993-cü il tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi. Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən…

Read More
Gündəm 

Beynəlxalq tribunadan səslənən önəmli mesajlar

Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı öz aktuallığı və əhatə olunduğu mövzularla aktualdır. Cənab prezident beynəlxalq tribunadan işğaldan azad olunan ərazilərdə görülən işlərdən sülhün əldə olunmasından danışdı: “Uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında…

Read More
Gündəm 

ABŞ-Rusiya qarşıdurması qlobal təhlükəyə çevrilir

ABŞ Prezidenti Donald Tramp və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev arasında son günlər yaranan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Tramp Medvedevi sərt ifadələrlə tənqid edərək onu “Putinə işləyən axmaq adam” adlandırıb. Bu tənqid, əsasən, Medvedevin ABŞ-a qarşı nüvə hədələrinə dair açıqlamalarına cavab olaraq səsləndirilib. Trampın fikrincə, ABŞ-ın nüvə ilə hədələnməsi qəbuledilməzdir və belə davranış beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Tramp çıxışı zamanı generallar və admiral qarşısında ABŞ-ın Rusiya sahillərinə “bir və ya iki atom sualtı qayığı” göndərdiyini açıqlayıb. Prezident bu hərbi addımı “ehtiyat tədbiri” adlandıraraq, ABŞ-ın…

Read More