Siyasət 

Niderlandla Azərbaycan ticarət və logistika sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Niderlandın Baş naziri Dik Shof Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ticarət, logistika və dəniz daşımaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdiyini bildirib. Bu barədə o, “X” sosial şəbəkəsində məlumat verib. “Avropa Siyasi Birliyinin Kopenhagendə bu gün keçirilən görüşündə mən Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Ölkələrimiz arasındakı əlaqələri və Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan tərəqqini yüksək qiymətləndirdiyimi bildirdim. Biz ticarət, logistika, dəniz daşımaları kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, – o yazıb./Report

Read More
Region Xəbərləri 

Qələbə salnaməsinin başlanğıc günü

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 3 oktyabr 1993-cü il. Bu tarixdə keçirilən prezident seçkilərində xalqın böyük səsini qazanaraq Prezident seçilən Ümummilli Lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlini qoydu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan  Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirmişdir: “Bu gün mənim…

Read More
Cəbhədən Xəbər 

Hər mina qayıdışı gecikdirir, bərpanı çətinləşdirir

Ermənistan bu yeraltı terror vasitəsindən yalnız hərbi məqsədlə deyil, həm də siyasi manipulyasiya və təzyiq aləti kimi istifadə edir Azərbaycanın müasir dövrdə üzləşdiyi ən ağır və davamlı problemlərdən biri mina təhlükəsidir. Bu təhlükə təkcə müharibənin mirası kimi qəbul edilə bilməz. Çünki o, bu gün də insan həyatına, sosial-iqtisadi inkişaf proseslərinə, regional sabitliyə və beynəlxalq təhlükəsizliyə yönəlmiş real təhdiddir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında mina problemini beynəlxalq gündəliyə çıxarması əslində təkcə Azərbaycan dövlətinin deyil, bütövlükdə regionun gələcəyi naminə atılmış strateji addım idi. Bu addım göstərir ki, Azərbaycan məsələyə…

Read More
İdman 

Qələbə dəqiqələri… – Video

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasında “Kopenhagen”ə 2:0 hesabı ilə qalib gəlib. “Qafaqazinfo”nun məlumatına görə, oyundan sonra “köhlən atlar” sevincini azarkeşlərlə birgə qeyd edib. Əməkdaşımız Xəyal Vəlizadənin lentə aldığı qələbə dəqiqələrini təqdim edirik:

Read More
Gündəm 

Azərbaycanın təkcə İtaliya ilə deyil, bütün Avropa Birliyi ölkələri ilə…

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri tarixi hadisədir. Eyni zamanda, İtaliya rəhbərinin Bakı səfəri iki ölkə arasında artıq uzun illərdir davam edən strateji münasibətlərin intensiv şəkildə irəliləməsinin əyani göstəricisidir. Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə əlaqələrin daha da irəliyə aparılması mühüm yer tutur. Bu gün İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticari, nüfuzlu tərəfdaşıdır. İtaliya  prezidenti isə Azərbaycanı ölkəsi üçün ən nüfuzlu tərəfdaşlardan biri kimi təqdim etdi. Son illərdə Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcədə artıb. Məsələn, 2025-in ilk iki ayında ticarət həcmi 2024-ün…

Read More
Gündəm 

İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq

Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşündə qeyd etdiyi kimi, energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlətimizin xarici siyasəti açıq və çoxşaxəlidir. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasında və yeni prioritetlər üzrə inkişafında maraqlı olan ölkəmiz bunu atdığı real addımları ilə təsdiqləyir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar, tərəfdaşlar qazanmasında…

Read More
Gündəm 

Zəfərin ilk müjdəçisi – Cəbrayıl

Cəbrayılın işğalı təkcə bir rayonun deyil, bütün Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. Lakin bu acıya mərdliklə dözən Cəbrayıl sakinləri heç vaxt ümidsizliyə qapılmadılar. Onlar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədilər. Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Cəbrayıl rayonu işğaldan azad edildi. Bu mühüm qələbə müharibənin gedişində yeni mərhələnin başlanğıcı oldu. Cəbrayılın azad olunması ilə cəbhədə üstünlük qazanan ordumuz Xocavənd rayonunun cənub kəndləri və strateji baxımdan vacib olan Hadrut qəsəbəsi istiqamətində genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Bu uğurlar Vətən müharibəsində qazanılan ümumi Zəfərin…

Read More
Gündəm 

Şərqlə Qərbi birləşdirən müasir Naxçıvan

Bölgədə yaranan yeni reallıqlar fonunda dövlət başçısı İlham Əliyevin iradəsi ilə həyata vəsiqə almaqda olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq Bir əsrdən çoxdur ki, blokadada yaşayan, ötən əsrin 90-cı illərində isə ölkənin əsas hissəsindən tamamilə təcrid vəziyyətinə düşən, işğal təhlükəsi yaşayan Naxçıvanda bu gün dünyanın iqtisadi-ticarət-enerji qatarına qoşulması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Bu ilin mart ayında istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri fonunda hazırda Azərbaycan Respublikası Prezidentinin “Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və…

Read More
Siyasət 

İlham Əliyev “Qarabağ”ı təbrik etdi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Danimarka çempionu “Kopenhagen” üzərində inamlı qələbə qazanan “Qarabağ” futbol klubunu təbrik edib. Musavat.com xəbər verir ki, dövlət başçısı qeyd edib: “Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”. Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının II turunda Bakıda “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib. İlk qolu…

Read More
İdman 

Qurban Qurbanov tarixi qələbədən danışdı

“Qarabağ”ın futbolçuları “Kopenhagen”dən çəkinməyiblər. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri (2:0) UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Futbolçuları və azarkeşləri təbrik edirəm. Bu gün meydanda birlikdə idilər. Gözəl qalibiyyət əldə etdik. Oyunçular rəqibdən çəkinmədilər, mübarizə apardılar. Bu cür mübarizə aparmaq qarşıdakı matçlarda faydalı olacaq. Rəqibimizə uğurlar arzulayıram. Onlar da yaxşı görürlər. Pozitiv komandadır”.

Read More