Dünya 

Ermənistan atom reaktoru almağa hazırlaşır

Ermənistan hökuməti kiçik modullu atom reaktoru almaq barədə qərar qəbul edib və bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır. Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, hökumət bu məsələ ilə bağlı Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparır. “Biz Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparırıq. Qərar bir il və ya iki il ərzində qəbul edilməlidir. Biz kim daha münasib qiymət və təhlükəsiz texnologiya təklif edəcəksə, ondan alacağıq. Burada geosiyasət yoxdur, onu axtarmayın”, – deyə Paşinyan vurğulayıb. Musavat.com xəbər verir ki, Ermənistan hökumətinin bu…

Read More
Gündəm 

Qarabağdan Qəbələyə: Türk Zirvəsinin yeni ünvanı

Məlum olduğu kimi, 6–7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı keçiriləcək. Təşkilatın rəsmi vebsaytında yer alan məlumata görə, 12-ci Zirvə Toplantısı Azərbaycanın qədim diyarı olan Qəbələdə baş tutacaq. Bu dəfəki sammitin əsas mövzusu regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunub ki, bu da həm qlobal, həm də regional geosiyasi şəraitdə xüsusi aktuallıq kəsb edir. Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Beləliklə, aşağıdakı liderlərin iştirak edəcəyi gözlənilir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart…

Read More
Gündəm 

“Qaçqınkom”dan qazanxanada yaşayan keçmiş məcburi köçkünlərlə bağlı AÇIQLAMA

Ötən gün Nizami rayonunda, “Azəristiliktəchizat” ASC-nin 4 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində yerləşən 66 saylı qazanxananın həyətində yaşayan keçmiş məcburi köçkünlərin köçürülməsi ilə bağlı yazmışdıq. Musavat.com-a müraciət edən sakinlərin sözlərinə görə, Zəngilan və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gələrək onlara evlərini tərk etməli, Ucar və Goronboy rayonlarına köçməli olduqlarını bildiriblər. Məlumata görə, qazanxananın həyətyanı və daxili ərazisində ümumilikdə 36 ev yerləşir — bu evlərə sakinlər 1990-cı illərin çətin dövründə, köçkün düşəndən sonra məcburi şəkildə yerləşiblər. Ən çox Zəngilan rayonundan olanlar yaşayır; Füzuli, Kəlbəcər və Cəbrayıl köçkünləri də var. Sakinlər…

Read More
Hadisə 

“Kasıbın kokaini” təhlükəsi – ucuz eyforiya Azərbaycanda qadağan edilsə də…

Son illərdə narkotik bazarında yeni adlar sürətlə yayılır. Onlardan biri də Mefedron və ya daha məşhur adı ilə “kasıbın kokaini”dir. Ucuzluğu, tez təsir göstərməsi və asan əldə olunması ilə diqqət çəkən bu maddə qısa müddətdə narkoistifadəçilər arasında geniş yayılıb. İstifadəçilərə qısa müddətli xoşbəxtlik bəxş etsə də, insanın həyatını məhv edən ən təhlükəli sintetik narkotiklərdən hesab olunur. Mefedronun tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. İlk dəfə 1929-cu ildə sintez edilsə də, uzun müddət diqqətdən kənarda qalıb. 2000-ci illərin əvvəlində Avropa ölkələrində parti narkotiki kimi kütləviləşdi. İstehsalçılar onu banyo duzu, bitki gübrəsi…

Read More
Siyasət 

Azərbaycan Prezidenti İlham Əliyev Danimarkada işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib. ARANTV.AZ  xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.

Read More
Gündəm 

Sosial şəbəkə kabusu – Asif Adil yazır

Bəzi siyasi həqiqətləri görmək üçün artıq “binokla” heç bir ehtiyac yoxdur. Sadəcə emosiyalarımızı cilovlaya bildiyimiz təqdirdə sosial şəbəkələr sayəsində siyasi həqiqətləri “çılpaq” şəkildə görə bilirik. Burada prinsipial məsələ emosiyaların cilovlanmasıdır. Məhz sözügedən kontekstdə, yəni informasiya manipulyasiyaları vasitəsilə ictimai şüura zorla yeridilən təzadlı emosiyalara uymamaq məsələsində yenə də siyasi maarifçilik fəaliyyətinin müstəsna əhəmiyyətindən danışmalıyıq. Rəsmi statistikaya əsasən ölkə əhalisinin 90%-dan arıq olan hissəsi internet istifadəçisidir. Böyük ehtimal ilə sosial şəbəkə istifadəçilərinin sayı da ən azıdan elə o qədərdir. Yeri gəlmişkən, qeyd edək ki, ciddi sosial bazaya malik olmayan radikal təfəkkürlü demaqoqların…

Read More
Gündəm 

Sabah İtaliya- Azərbaycan Universiteti açılır

Sabah Bakıda İtaliya- Azərbaycan Universitetinin açılışı olacaq. ARANTV.AZ  xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə geniş tərkibdə görüşü zamanı məlumat verib. “Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı…

Read More
Siyasət 

Oktyabrın 7-də Azərbaycan sərhədində savaş xəbərdarlığı?! – SENSASİON DETALLAR

Beynəlxalq səviyyədə xəbərdarlıqlara görə, İrana növbəti hücum an məsələsidir – Netanyahunun üç hədəfi İsrailin oktyabrın 7-də, HƏMAS-ın hücumunun 2-ci ildönümündə İrana zərbə endirəcəyi haqda iddialar ciddiləşir. İsrailin İrana hücum tarixinin məhz oktyabrın 7-də, yəni 2023-cü ildə HƏMAS-ın İsrail ərazisinə qəfil hücumunun 2 ilinin tamam olduğu günə təyin olunması Tel-Əviv hökuməti tərəfindən HƏMAS-ın hücumuna diqqət çəkmək və bu zərbənin arxasında İranın dayandığını göstərmək üçün seçilə bilər. Rusiya xarici işlər naziri Sergey Lavrov da BMT-dəki açıqlamasında İrana qarşı yeni hücum təhlükəsi ilə bağlı xəbərdarlıq edib. “İrana qarşı yeni zərbələr təhlükəsi davam edir.…

Read More
Cəmiyyət 

Bəzi marşrut avtobuslarında və metroda gediş haqqı 60 QƏPİK OLDU

Oktyabrın 1-dən etibarən bəzi marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub. Publika.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasına istinadən xəbər verir ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib. Qərara görə, metro nəqliyyatında, həmçinin müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası…

Read More
Cəmiyyət 

Azərbaycanda qızıl bazarında KƏSKİN BAHALAŞMA

Qızılın qiyməti son aylarda kəskin artmağa davam edir. Ümumiyyətlə, 2025-ci il qızılın dəyər qazanması baxımından rekordların qırıldığı il kimi dəyərləndirilir. ARANTV.AZ xəbər verir ki, Qızıl qiymətlərinin artması məhz bu il əlvan metal bazarında ön plana çıxıb və hələ də qiymətlər artmağa davam edir. Ən diqqətçəkən məqam isə 1 unsiyanın qiymətinin beynəlxalq bazarda 4 000 dollara çatmasıdır. Bu kəskin artım təbii olaraq yerli bazara da öz təsirini göstərib. Nəticədə, alıcıların əksəriyyəti qiymətlərin bahalılığından şikayətlənir. Daha ətraflı AzTV-nin süjetində

Read More