Cəmiyyət 

“Uşaq sosial bacarıqları yalnız bağçaya getməklə deyil, ailə və ətraf mühitdə aldığı təcrübələrlə də inkişaf etdirə bilər” – Psixoloq

“Uşaq sosial bacarıqları yalnız bağçaya getməklə deyil, ailə və ətraf mühitdə aldığı təcrübələrlə də inkişaf etdirə bilər”. Bu sözləri psixoloq Aysel Əzizli BiG.AZ-a bildirib. O qeyd edib ki, bağça uşaqların həmyaşıdlarla ünsiyyət qurmasına, qayda və intizam öyrənməsinə şərait yaratsa da, bu, sosiallaşmağın yeganə yolu deyil: “Əgər uşaq evdə daim ünsiyyətdədirsə, valideynləri onu müxtəlif oyunlara, ailə görüşlərinə, idman və ya yaradıcılıq dərnəklərinə cəlb edirsə, bağçaya getməsə belə, sosial bacarıqlarını formalaşdıra bilər. Əsas məsələ uşağın təcrid olunmaması, yalnız ev mühitində qapanıb qalmamasıdır. Sosiallaşma uşağın gələcək təhsil və iş həyatında uğurlu adaptasiyası üçün vacibdir.…

Read More
İdman 

“Həm sevincli, həm də həyəcanlıyıq”- Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kopenhagen”ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında çıxış edib. O, əvvəlcə matçla bağlı fikirlərini bildirib: “Sevindirici haldır ki, böyük turnirin Bakıda matçı olacaq. Həm sevincli, həm də həyəcanlıyıq, məsuliyyətimiz artıb. İlk oyun olduğu üçün üzərimizdə diqqət böyükdür. Azərbaycanın hər bölgəsindən azarkeşlər maraqlanır. Ciddi rəqibə qarşı oynayırıq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Sona qədər mübarizə aparacağıq”.

Read More
Cəmiyyət 

Azərbaycanda attestatla universitetə kimlər qəbul ola bilər? – AÇIQLAMA

Azərbaycanda son illər ali təhsil sistemində bir sıra dəyişikliklər edilib. Onlardan biri də müəyyən şərtlərlə tələbələrin imtahansız – yalnız orta məktəb attestatı ilə universitetlərə qəbul imkanının yaradılmasıdır. Bu addım həm təhsilalanların seçim imkanlarını genişləndirir, həm də regionlardan gələn gənclərə əlavə fürsət verir. Lakin bu qaydanın hansı ixtisaslara, hansı universitetlərə və hansı kateqoriyadan olan abituriyentlərə şamil edildiyi cəmiyyətdə müzakirə mövzusudur. Bəs Azərbaycanda attestatla universitetə qəbul hansı ixtisas və təhsil müəssisələrində tətbiq olunur? Bu imkan bütün abituriyentlərə aid edilirmi, yoxsa yalnız xüsusi kateqoriyaya şamil edilir? Təhsil mütəxəssisi Kamran Əsədov mövzu ilə bağlı…

Read More
Gündəm 

Oktyabrda 27 dərəcə isti olacaq

Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal -qərb küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25 dərəcə…

Read More
Siyasət 

Ceyhun Bayramov ABŞ rəsmisi ilə beynəlxalq təhlükəsizliyi müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş müşaviri Vayat Tolki və Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlonu qəbul edib. Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi və bu çərçivədə Vaşinqton razılaşmalarının icrası, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. İki ölkə rəsmiləri və nümayəndələri tərəfindən həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafında əhəmiyyətli…

Read More
Cəmiyyət 

Dabaq virusu: yoluxma və qorunma yolları

“Hazırda iri və xırda buynuzlu heyvanlarda dabaq xəstəliyinin yayılması ilə bağlı narahatlıqlar artır. Dabaq yoluxucu və təhlükəli xəstəlikdir, əsasən mal-qara, qoyun, keçi, donuz və digər dırnaqlı heyvanlarda müşahidə olunur”. Bunu BiG.AZ-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib. O, qeyd edib ki, xəstəliyin əlamətləri heyvanlarda yüksək temperatur, ağız və dırnaq nahiyəsində yaralar, tüpürcək axmasıdır. Yoluxmuş heyvanların ət və süd məhsullarından istifadə insan sağlamlığı üçün risk yarada bilər: “İnsanlara dabaq əsasən: Yoluxmuş heyvanın çiy və ya az bişmiş əti, Pasterizə olunmamış süd və ondan hazırlanan məhsullar,…

Read More
Cəmiyyət 

Cabir İmanovla vida mərasimi keçirildi – Fotolar – Yenilənib

Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib. “Qafqazinfo”nun məlumatına görə, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar. Birgə namazdan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçiriləcək. Qeyd edək ki, Cabir İmanov ötən gün 49 yaşında ürəktutmadan vəfat edib. * Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi başlayıb. Mərhum sənətkarın yaxınları ilə yanaşı, sənət adamları və bir sıra rəsmilər də onunla vidalaşmağa gəliblər. * Mərhumla vida mərasimi başa çatıb. Onun cənazəsi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

Read More
Cəmiyyət 

“İlk 5 dəqiqədə yardım göstərilsəydi, Cabir yaşaya bilərdi” – Kardioloqdan aktyorun ölümü ilə bağlı ŞOK açıqlama

Xəbər verdiyimiz kimi, Əməkdar artist, tanınmış aktyor Cabir İmanov dünyasını dəyişib. O, ötən gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında məşq zamanı qəfil infarkt keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin səylərinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb. Mərhum sənətçi ilə vida mərasimi bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək. Əməkdar artistin qəfil vəfatı ictimaiyyətdə böyük üzüntü ilə qarşılanıb. Sənət yoldaşları onunla bağlı xatirələrini paylaşaraq kədərlərini ifadə ediblər. Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay…

Read More
Hava 

Oktyabrın ilk günü hava yağıntılı və küləkli olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntılar axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara…

Read More