Hadisə 

“Abşeron” ticarət mərkəzinin qarşısında ağır qəza – Ölənlər var

Bakıda ağır yol qəzası baş verib. Qəza Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində – “Abşeron” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub. Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Qafqazinfo)

Read More
Gündəm 

Pezeşkiandan ölkəni silkələyən mövqe

İran Prezidenti hicab məcburiyyətinə qarşı çıxdı – bəs Qurani-Kərim? İran Prezidenti Məsud Pezeşkian qadınların hicaba məcbur edilməsinə qarşı çıxıb. Bu barədə o, “NBC Nyus” kanalının aparıcısı Tom Lamasa müsahibəsində bildirib. “İnsanların seçim hüququ var. Biz daxili problemlərimizi düzgün idarə etmədik”, – deyə Pezeşkian üç il əvvəl İranın əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ümummilli etirazlara səbəb olmuş Məhsa Əmini ilə bağlı sualı cavablandırarkən deyib. Pezeşkian bu hadisə fonunda həmçinin əlavə edib ki, hər bir insan həyatı qiymətlidir: “Ancaq Livanda, Qəzzada, Fələstində, Yəməndə, Suriyada hər gün yüzlərlə insan ölür və heç…

Read More
Gündəm 

Türkiyə Rusiya neftindən imtina edəcəkmi?

Qərb qəti mövqe ortaya qoyarsa, Ankaranın bu əməkdaşlıqdan çəkiləcəyi ehtimalı yüksəkdir Bir neçə gün öncə Donald Trampla görüşdə ABŞ lideri həmkarı Rəcəb Tayyib Ərdoğanı Rusiya neft-qazından imtinaya çağırdı. Az sonra açıqlanan məlumatdan aydın oldu ki, sentyabrda Türkiyə Rusiyadan neft alışını kəskin azaldıb. Aydındır ki, bu azalma ayın sonlarında baş tutan Tramp-Ərdoğan görüşündən əvvəl başlayıb. Bunun səbəbi nədir? ABŞ və Aİ Trampın Rusiyadan neft və yanacaq alışını dayandırmaq tələbini sanksiya halına gətirərsə, Türkiyə necə davranacaq? Sualların cavabı son 3 ildə Türkiyənin Rusiya ilə enerji əməkdaşlığı dinamikasında, Ankaranın sanksiyalarla bağlı davranışlarındadır. Bildirək…

Read More
Şou biznes 

Cavan Zeynallının ilk evliliyindən qızı var?

Xalq artisti Cavan Zeynallı başqa ölkədə qızının olması ilə bağlı iddialara cavab verib. Bu barədə sənətçi “Xəzər axşamı” verilişində danışıb. O, övladının olması haqda xəbərləri yalanlayıb: “Mən ansambllarla çox qastrolda olmuşam. Moskvaya getmişdim, 5 il məni buraxmadılar. Mənim nə Ukraynada, nə də ki, Rusiyada qızım var. Yalandır, hamısı boş-boş söhbətlərdir. Soruşurdular ki, sizin uşağınız var? Yalandan deyirdim ki, var. Bu mənim fantaziyam idi ki, məndən əl çəksinlər. Onlar istəyirdilər ki, mənim də uşağım olsun”. Qeyd edək ki, Cavan Zeynallının ilk evliliyindən qızı olduğu deyilirdi. (Axşam.az)

Read More
Region Xəbərləri 

Ədalətin selektiv olmadığı bir dünya quraq

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlətimizin apardığı uğurlu, çoxşaxəli və tarazlaşdırılmış xarici siyasət kursu Azərbaycanın həm regional, həm də beynəlxalq  miqyasda nüfuzunun artmasını şərtləndirir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə  işgüzar səfəri də ölkəmizin beynəlxalq aləmdə yeri və rolunu bir daha təsdiqlədi. Səfər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında çoxsaylı görüşlərin keçirilməsi, cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-cı sessiyasında çıxışı özündə əsas məqamları ehtiva edir. Bu, tarixi…

Read More
Təhsil 

Məktəblərdə dərslərin müddəti 40 dəqiqə olacaq? (RƏSMİ)

Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddətinin 45 dəqiqədən 40 dəqiqəyə endiriləcəyi ilə bağlı yayılan xəbərlər geniş müzakirələrə səbəb olub. Modern.az məsələ ilə əlaqədar olaraq Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən, ümumi təhsil müəssisələrində dərslərin davametmə müddəti 45 dəqiqədən az olmamalıdır. Əlavə olaraq qurumdan verilən məlumata görə, dərslər arasında fasilənin müddəti 5-10…

Read More
Cəmiyyət 

Tarif dəyişikliyi zərurətdirmi? – Azərbaycanda ictimai nəqliyyatın iqtisadi reallıqları

Azərbaycanda ictimai nəqliyyat tarifləri uzun illər sosial dövlət prinsiplərinə əsaslanaraq dövlət tərəfindən tənzimlənir. Bu model vətəndaşlara münasib qiymətlərlə nəqliyyatdan istifadə imkanı yaratsa da, daşıyıcıların maliyyə dayanıqlılığına ciddi təsir göstərir. Gediş haqlarının maya dəyərindən aşağı müəyyənləşdirilməsi nə mənfəət yaradır, nə də əməliyyat və investisiya xərclərini qarşılamağa imkan verir. Nəticədə bir çox daşıyıcıların maliyyə yükü artır, borcları yığılır və xidmət keyfiyyəti zəifləyir. Yeni tariflər və dövlət proqramı Mövcud şəraitdə hökumətin qarşısında duran əsas vəzifə ictimai nəqliyyatın keyfiyyətini artırmaq və onun dayanıqlığını təmin etməkdir. Məhz bu məqsədlə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat…

Read More
Cəmiyyət 

Bakı-Ağstafa qatarından istifadə edənlərin NƏZƏRİNƏ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 4-5-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə Musavat.com ADY-yə istinadən xəbər verir. Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Read More
Cəmiyyət 

Qiymət artımı bu avtobuslara şamil edilməyəcək

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək. Metroda və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib. Qiymət artımı metronu tam əhatə etsə də, avtobus marşrutlarının böyük hissəsini əhatə etməyəcək. Belə ki, yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG)…

Read More