Siyasət 

Vitkoff vəzifəsindən gedəcək

ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff 2025-ci ilin sonuna kimi vəzifəsini tərk edə bilər. Musavat.com xəbər verir ki, məlumatı “The Times of Israel” öz mənbələrinə istinadən yayıb. Qəzetin yazdığına görə, Vitkoffun istefası Qəzza zolağında münaqişə həll olunandan sonra baş verəcək. Times of Israel xəbər verir ki, xüsusi nümayəndənin ofisi artıq tezliklə dəyişiklikləri gözləyir. Rəsmi olaraq Vitkoff ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır, lakin Ağ Evin xüsusi rəğbətinə malikdir. O, Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra Rusiyaya səfər edən yeni administrasiyanın ilk nümayəndəsi oldu. Onun ilk…

Read More
Siyasət 

Bakıdan İrəvana möhlət – Şok tarix açıqlandı

Paşinyan konstitusiyaya düzəlişi seçkilərdən sonraya saxlayır; bəs Ermənistanı tələsdirməliyikmi? – rəy “Ermənistan hökuməti 2026-cı ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən seçiləcəyi təqdirdə yeni konstitusiyanın qəbulu üçün ümumxalq referendumunu təşkil edəcək”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT tribunasındakı çıxışında deyib. “Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətləri daha institusional və xalqpərəst etmək üçün yaxın gələcəkdə növbəti addımı atmaq niyyətindəyik. 2026-cı il parlament seçkilərində bir daha xalqın mandatını aldıqdan sonra biz yeni konstitusiyanın qəbulu üçün ümumxalq referendumuna başlayacağıq, bunun nəticəsində ölkədə hakimiyyətin bütün qolları və hüquq sistemi konstitusiyaya uyğun qurulacaq. Ermənistanın dövlətçiliyini…

Read More
Gündəm 

SSRİ-yə “yas tutanların” qorxunc planı

Putinin “rus torpaqlarını birləşdirmək” ideyası gerçəkləşə bilərmi? Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Almaniyanın keçmiş kansleri Angela Merkeli sərt tənqid edib. Səbəb Merkelin SSRİ-nin süqutunu təqdir etməsi, bunu “həyatının ən xoşbəxt anı” sayması olub. Volodinə görə, bu cür şərhlər Qərbin Rusiyaya qarşı mənfi münasibətini nümayiş etdirir, Qərb siyasətçilərinin Rusiyanı zəif görmək, hətta yox olmaq istəyini əks etdirir. “SSRİ-nin dağılmasından danışan prezidentimiz (Putin – red.) bunu 20-ci əsrin ən böyük fəlakəti adlandırıb. Merkel isə deyir ki, bu, onun həyatının sevincidir”, – spiker gileylənib. Angela Merkel məgər haqlı deyil? “Qırmızı imperiyanın” süqutuna…

Read More
Cəmiyyət 

Məşhur kardioloq Cabir İmanovun ölümündən danışdı və onları HƏDƏFƏ ALDI – ŞOK DETALLAR

Dr. Günay Rəhimova: “İdman zallarında defibrilyator olmalı, hər kəs kardioloq müayinəsindən keçməlidir” Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova, Əməkdar artist Cabir İmanovun qəfil ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək, idman zallarında mövcud olan qeyri-professional şəraitə diqqət çəkib. Musavat.com xəbər verir ki, həkim paylaşımında bir neçə vacib məqama toxunub və bu məsələdə məsuliyyətin artırılmasının vacibliyini vurğulayıb. Dr. Rəhimova bildirib ki, dəfələrlə bu barədə yazsa da, çıxışlar etsə də, idmançılar və məşqçilər tərəfindən kinayə ilə qarşılanıb: “1. Əvvəla, o məkanlarda həqiqətən də professional treynerlər olmalıdır.…

Read More
Hadisə 

“Abşeron” ticarət mərkəzinin qarşısında ağır qəza – Ölənlər var

Bakıda ağır yol qəzası baş verib. Qəza Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində – “Abşeron” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub. Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Qafqazinfo)

Read More
Gündəm 

Pezeşkiandan ölkəni silkələyən mövqe

İran Prezidenti hicab məcburiyyətinə qarşı çıxdı – bəs Qurani-Kərim? İran Prezidenti Məsud Pezeşkian qadınların hicaba məcbur edilməsinə qarşı çıxıb. Bu barədə o, “NBC Nyus” kanalının aparıcısı Tom Lamasa müsahibəsində bildirib. “İnsanların seçim hüququ var. Biz daxili problemlərimizi düzgün idarə etmədik”, – deyə Pezeşkian üç il əvvəl İranın əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü ümummilli etirazlara səbəb olmuş Məhsa Əmini ilə bağlı sualı cavablandırarkən deyib. Pezeşkian bu hadisə fonunda həmçinin əlavə edib ki, hər bir insan həyatı qiymətlidir: “Ancaq Livanda, Qəzzada, Fələstində, Yəməndə, Suriyada hər gün yüzlərlə insan ölür və heç…

Read More
Gündəm 

Türkiyə Rusiya neftindən imtina edəcəkmi?

Qərb qəti mövqe ortaya qoyarsa, Ankaranın bu əməkdaşlıqdan çəkiləcəyi ehtimalı yüksəkdir Bir neçə gün öncə Donald Trampla görüşdə ABŞ lideri həmkarı Rəcəb Tayyib Ərdoğanı Rusiya neft-qazından imtinaya çağırdı. Az sonra açıqlanan məlumatdan aydın oldu ki, sentyabrda Türkiyə Rusiyadan neft alışını kəskin azaldıb. Aydındır ki, bu azalma ayın sonlarında baş tutan Tramp-Ərdoğan görüşündən əvvəl başlayıb. Bunun səbəbi nədir? ABŞ və Aİ Trampın Rusiyadan neft və yanacaq alışını dayandırmaq tələbini sanksiya halına gətirərsə, Türkiyə necə davranacaq? Sualların cavabı son 3 ildə Türkiyənin Rusiya ilə enerji əməkdaşlığı dinamikasında, Ankaranın sanksiyalarla bağlı davranışlarındadır. Bildirək…

Read More
Şou biznes 

Cavan Zeynallının ilk evliliyindən qızı var?

Xalq artisti Cavan Zeynallı başqa ölkədə qızının olması ilə bağlı iddialara cavab verib. Bu barədə sənətçi “Xəzər axşamı” verilişində danışıb. O, övladının olması haqda xəbərləri yalanlayıb: “Mən ansambllarla çox qastrolda olmuşam. Moskvaya getmişdim, 5 il məni buraxmadılar. Mənim nə Ukraynada, nə də ki, Rusiyada qızım var. Yalandır, hamısı boş-boş söhbətlərdir. Soruşurdular ki, sizin uşağınız var? Yalandan deyirdim ki, var. Bu mənim fantaziyam idi ki, məndən əl çəksinlər. Onlar istəyirdilər ki, mənim də uşağım olsun”. Qeyd edək ki, Cavan Zeynallının ilk evliliyindən qızı olduğu deyilirdi. (Axşam.az)

Read More
Region Xəbərləri 

Ədalətin selektiv olmadığı bir dünya quraq

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlətimizin apardığı uğurlu, çoxşaxəli və tarazlaşdırılmış xarici siyasət kursu Azərbaycanın həm regional, həm də beynəlxalq  miqyasda nüfuzunun artmasını şərtləndirir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə  işgüzar səfəri də ölkəmizin beynəlxalq aləmdə yeri və rolunu bir daha təsdiqlədi. Səfər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında çoxsaylı görüşlərin keçirilməsi, cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-cı sessiyasında çıxışı özündə əsas məqamları ehtiva edir. Bu, tarixi…

Read More