Cəmiyyət 

MEDİA-da Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Medianın İnkişafı Agentliyində (MEDİA) II Azərbaycan – Özbəkistan Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə Musavat.com-a MEDİA-dan məlumat verilib. Bildirilib ki, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlərin icrasından bəhs edib, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən media sferasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, birgə layihələrin təşkili, həmçinin peşəkar kadrların inkişafına yönəlmiş təşəbbüslər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət…

Read More
Gündəm 

Əvvəl Anar, sonra Elçin, indi isə Cabir – Üçü də ürək tutmasından vəfat etdi

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur “Parni iz Baku” KVN komandasının üzvü Cabir İmanov qəfil vəfat edib. Musavat.com-un məlumatına görə, Cabir İmanov bu gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib. 49 yaşlı aktyor dünyasını dəyişib. Cabir İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. O, 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub. Ailəli idi və 4 övladı var. Cabirin qəfil ölümü, komandanın…

Read More
Cəbhədən Xəbər 

Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılır

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılır. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi təklif edilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılan sənədə əsasən, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə…

Read More
Cəbhədən Xəbər 

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir

Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik təklif edilir. Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirə edilib. Layihəyə görə, birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim…

Read More
Cəmiyyət 

Nazir iki yeni prorektor təyin etdi – FOTO

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna iki prorektor təyin edilib. Qaynarinfo-nun məlumatına görə, Rzayeva Adilə Cəlal qızı Təlim-tərbiyə işləri üzrə, Hüseynli Rüfət Akif oğlu Beynəlxalq əlaqələr üzrə prorektor təyin olunub. Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Qeyd edək ki, Adilə Rzayeva Bakı Dəmir Yolu Xəstəxanası baş həkimin müavini, ixtisasca stomatol olaq Rüfət Hüseynli isə Tibb Universitetinin ortopedik stomatologiya fakültəsinin dosentidir. Xatırladaq ki, Nazim Pənahov 7 iyul 2025-ci il tarixli sərəncamla Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin olunub.

Read More
Gündəm 

Cabir İmanovun ölümünə bu səbəb ola bilər – SON DƏQİQƏ

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov vəfat edib. Onun bu gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdiyi bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib. Qeyd edək ki, Əməkdar artistin ölümü ilə bağlı TƏBİB-dən rəsmi açıqlama verilib. Qeyd edilir ki, bu gün saat 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ərazisindən Əməkdar artist Cabir İmanovun (1976-ci il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası…

Read More
Cəmiyyət 

İctimai nəqliyyatda tarif dəyişikliyi: Qiymət artımı yox, strateji islahat

Oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı qiymətlərində ediləcək dəyişiklik geniş müzakirələrə səbəb olub. Xüsusilə də bu dəyişikliklərin vətəndaşların gündəlik xərclərinə təsiri, dövlətin bu siyasətdəki rolu və nəqliyyat xidmətlərinin keyfiyyəti mövzusunda suallar yaranıb. Amma hadisələrə emosional deyil, həm də analitik yanaşsaq, qiymət artımının təkcə maddi deyil, strateji və struktur islahatlarla əlaqədar olduğunu görə bilərik. Qeyd etmək vacibdir ki, qiymət artımı bütün avtobus marşrutlarını əhatə etmir. Tələblərə cavab verməyən marşrutlarda qiymət dəyişikliyi tətbiq olunmayacaq. Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da…

Read More
Gündəm 

Əli Əsədov: III MDB Oyunları Azərbaycanda dostluq və idman ruhunu gücləndirəcək

Hazırda Azərbaycanda keçirilən III MDB Oyunları dostluq və idman ruhunu gücləndirmək üçün mühüm addım olacaq, həmçinin Birlik ölkələri arasında idman sənayesi və mədəniyyətin inkişafına xidmət edəcək. “Report”un məlumatına görə, bunu Azərbaycan Baş naziri Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Read More