Cəmiyyət 

Cabir İmanovun ölüm xəbərinə qardaşından REAKSİYA

“Danışa bilmirəm…” Bunu Yenicag.az-a açıqlamasında Cabir İmanovun vəfatı xəbərinə qardaşı Tahir İmanov reaksiya verərkən deyib. O, göz yaşları içərisində “Danışa bilmirəm” deyə kədərini ifadə edib və ölüm faktını təsdiqləyib. Xatırladaq ki, Əməkdar artist bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında keçirdiyi infarkt nəticəsində vəfat edib.

Read More
Gündəm 

Mehriban Əliyeva: “Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, paylaşımda deyilir: “Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk. Allah rəhmət eləsin!”

Read More
Gündəm 

“Moldovanlar Rusiyanın vassalı olmaq istəmədilər” – Kremlin ŞOK ssenarisi İFLASA UĞRADI

“Rusiya-Ukrayna müharibəsi moldavanların əksəriyyətinə təsir etdi. Başa düşdülər ki, rusiyapərəst qüvvələrə dəstək versələr, Rusiya Moldovaya hakim olacaq. Moldova da Belarus kimi Rusiyanın vassalına çevriləcək. Moldovanların da əksəriyyəti vassal olmaq istəmirlər. Avropada yaşayan moldavanların da burada rolu az deyil”. Bunu Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Moldovada keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib. O bildirib ki, moldavanlar Avropa yoluna üstünlük veriblər: “Əsas məsələ Avropaya üstünlük verən partiyaların ciddi islahatlar aparmasıdır. İslahatlar aparılmasa və ciddi nəticələr verməsə, moldavanlar gələcəkdə fikirlərini dəyişə də bilərlər ki, bu da Rusiyanın gələcəkdə Moldovada…

Read More
Hava 

Bu tarixdən hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i gündüzədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Azərbaycanın rayonlarında sentyabrın 30-u axşamdan başlayaraq oktyabrın 2-si axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və…

Read More
Siyasət 

“Axalkalakidə 90% erməni namizəd, Bolnisidə isə cəmi bir azərbaycanlı…” – MÜHÜM MESAJ

Bu həftənin şənbə günü qonşu Gürcüstanda yerli idarə orqanlarına seçkilər keçiriləcək. Artıq seçki kampaniyası sona yaxınlaşır və “sükut günü”nə barmaqla sayılacaq günlər qalır. Gedən seçki prosesində Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı təəssüfedici məqamlar ortaya çıxıb. Belə ki, əsasən hakim “Gürcü Arzusu” partiyasının irəli sürdüyü namizədlər sırasında demək olar ki, soydaşlarımız yox dərəcəsindədir. Əvəzində ermənilər gürcülərlə yanaşı çoxluq təşkil edirlər. Bir siyahı yayılıb ki, orada azərbaycanlıların çoxluq təşkil etdiyi bölgələrdə ermənilər soydaşlarımızdan qat-qat çoxdurlar. Məsələn, 10 nəfərin siyahısında 8 erməni varsa, cəmi 1 və ya 2 də azərbaycanlı var. Bu hal bütün…

Read More
Cəmiyyət 

Cabir İmanovun ÖLÜM ANI: Hadisə şahidi danışdı, TƏBİB və qardaşı AÇIQLAMA yaydı – “Ana Xəbər”

Cabir İmanovun ölüm anı – reaksiya Qatı şovinistlər etiraf etdi Putinin eks köməkçisindən şok Rusiya 135 min nəfəri döyüşə göndərir Zelenski Lukaşenkoya ilişdi Ukrayna daha bir zavodu vurdu Rusiya neftinə 100 milyard zərər dəyib Sevastopolda yanacaq böhranı TVMusavat-ın bu gün saat 17:30-da canlı yayımlanan “Ana Xəbər” buraxılışını aparıcı Emil Salamoğlu təqdim edir. https://www.youtube.com/@musavattv  

Read More
Gündəm 

“Hər gün içdiyiniz bu içkilər sizi öldürür” – Həkimdən SOS çağırış

Qazlı və rəngli içkilər gündəlik həyatımızda tez-tez istifadə olunan məhsullar sırasındadır. Lakin mütəxəssislər dəfələrlə qeyd edirlər ki, bu cür içkilər sağlamlığa mənfi təsir göstərir. Bəs bu içkilərin əsas zərərləri nədən ibarətdir? Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova Musavat.com-a danışıb: Dünyada brend adı ilə təqdim olunan, əslində isə insan sağlamlığı üçün çox zərərli olan qazlı içkilər və enerji içkiləri ən geniş yayılmış nümunələrdir. Hər gün televiziya ekranlarında, filmlərdə, seriallarda, sosial şəbəkələrdə onların reklamını görürük. Halbuki hamı yaxşı bilir ki, bu içkilər orqanizm üçün son dərəcə təhlükəlidir. Onların tərkibində rəngləndiricilər, dadvericilər, qoruyucu…

Read More
Siyasət 

BMT və Avropa İttifaqından İrana ağır zərbə – Tehran diz çökəcəkmi?

Məlum olduğu kimi, Avropa İttifaqı Şurası “Avropa üçlüyü”nün – Böyük Britaniya, Almaniya və Fransanın mövqeyindən sonra İrana qarşı 2015-ci ildən dayandırılmış sanksiyaların bir qismini bərpa etmək barədə qərar qəbul edib. Paralel olaraq, BMT də bu sanksiyaları dəstəkləyib. Bu addım beynəlxalq siyasi gündəmdə yeni gərginlik ocağı kimi qiymətləndirilir. İrana qarşı sanksiyaların bərpası ölkə iqtisadiyyatına necə təsir göstərəcək? Pezeşkian hökuməti bu təzyiqlər qarşısında hansı siyasəti yürüdəcək – daxildə xalqın etimadını qorumağa, yoxsa beynəlxalq arenada güzəştə getməyə çalışacaq? Bəzi politoloqlar Pezeşkian hökumətində tezliklə istefalar olacağını deyir. Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi…

Read More
Gündəm 

Türkiyə mediasinın Azərbaycanla bağlı saxta xəbər kampaniyası: Ankara niyə susur? – TƏHLİL

Son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır. Artıq bu işin təsadüf, hansısa media qorqanının şəxsi təşəbbüsü olmasına inanmaq çox çətindir. Əvvəllər bunun hansısa media quruluşunun özünün, yaxud müəyyən qüvvələrin təxribatı hesab edirdiksə, indi bu vasitə ilə məqsədyönlü məşğul olunduğuna inanırıq. Çünki davamlı təkziblərə, Azərbaycan tərəfinin açıqlamalarına baxmayaraq, saxta xəbərlərin tirajlanması davam edir. Azərbaycanın rəsmi bəyanatları Bu ilin əvvəlindən başlayaraq, müxtəlif vaxtlarda Türkiyə mediasında Azərbaycanla bağlı saxta xəbərlər yayılmağa başladı. Bu ayın əvvəlindən isə “saxta xəbər kampaniyası” daha da güclənib. Türkiyənin bəzi media subyektlərində…

Read More
Siyasət 

“Moskvanın, hətta Sankt-Peterburqun vurulması masadadır”

ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyanın dərinliklərinə Amerika silahları ilə zərbə endirməsinə qarşı çıxmır. Bu barədə Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib. O qeyd edib ki, ABŞ-ın Kiyevə “Tomahawk” tipli raketlərin verilməsi ilə bağlı qərar hələ qəbul edilməyib. “Bu məsələ ilə bağlı yekun qərar yoxdur”. Xatırladaq ki, bundan əvvəl Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə Kiyevin uzaqmənzilli Amerika silahlarından istifadə etməsinə qoyulan məhdudiyyətlərin götürülə biləcəyini istisna etməmişdi. Bu qərarın nəticəsində Rusiya-ABŞ münasibətləri daha da gərginləşəcəkmi? Bu raketlərin Ukraynaya verilməsi regionda güc balansına necə təsir göstərə bilər? Məhəmməd Əsədullazadə Mövzu…

Read More