Cəmiyyət 

Bakının bəzi ərazilərində su olmayacaq

Paytaxtın bəzi hissələrinin su təchizatında fasilə olacaq Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar mövcud kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində Nərimanov rayonunun bəzi ərazilərinin su təchizatında 2 oktyabr tarixində gün ərzində fasilə yaranacaq.

Read More
Siyasət 

İlham Əliyev xanımı və İtaliya Prezidenti ilə açılışda – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella bu gün Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. “Qafqazinfo” xəbər verir ki, tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər.

Read More
Gündəm 

Ehtiyatdakı hərbçilərin təlimə çağırılma müddəti niyə dəyişdirilir?

Ekspert: “Ordunun daim hazırlıqlı vəziyyətdə olması üçün belə qərar verilib” Ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri dəyişdirilir. Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik təklif edilir. Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edilib. Layihəyə görə, birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş…

Read More
Gündəm 

Azərbaycan yenə narkomafiyanın hədəfində

“Qırmızı körpü” vasitəsilə Gürcüstana 50 milyon dollarlıq heroin keçirmək cəhdi; ekspert: “Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz” İrandan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana 200 kiloqram heroin keçirməyə cəhd edən əcnəbi barədə Tiflis Şəhər Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilməsi bir daha ölkəmizin narkomafiyanın diqqət mərkəzində olduğunu göstərir. Gürcüstan-Azərbaycan sərhədində, “Qırmızı körpü” keçid məntəqəsində balıq yemi ilə yüklənmiş yük maşınında gizlədilən 8 kisə heroinin aşkarlanması faktı təsdiqləyir ki, cinayətkar şəbəkələr Azərbaycanı tranzit dəhliz kimi seçməkdə israrlıdır. Bu narkotiklərin Bolqarıstana çatdırılmasının nəzərdə tutulması isə onu sübut edir ki, söhbət regional…

Read More
Cəmiyyət 

Ardıcıl 4 gün iş olmayacaq

Gələn ay ardıcıl 4 gün iş olmayacaq. Məlumata görə, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq. Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.//Qafqazinfo

Read More
Cəmiyyət 

45 dəqiqəlik sistem köhnəlib?

Təhsil mütəxəssislərindən yeni təklif Son zamanlar təhsil mütəxəssisləri və pedaqoqlar arasında ən çox müzakirə olunan məsələlərdən biri məktəblərdə dərs saatlarının müddəti və tənəffüslərin vaxtıdır. Xüsusilə ibtidai siniflərdə dərs saatlarının 45 dəqiqə yox, 30-35 dəqiqə olması, eyni zamanda tənəffüslərin 5 dəqiqə əvəzinə 10-15 dəqiqə müəyyənləşdirilməsi təklif olunur. Bu, sadəcə, nəzəri fikir deyil, həm də elmi araşdırmalarla təsdiqlənmiş bir zərurətdir. Psixoloqların və pedaqoqların apardıqları tədqiqatlara görə, ibtidai sinif yaş qrupunda şagirdlərin diqqəti aktiv şəkildə cəmi 20-25 dəqiqə toplanmış olur. Daha uzun müddət davam edən dərslər isə şagirdlərdə yorğunluq, diqqət dağınıqlığı və öyrənmə…

Read More
Cəmiyyət 

Kəlbəcər və Şahdağa QAR YAĞDI

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazilərə-Kəlbəcər və Şahdağa isə qar yağıb. Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq (Quba) Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3 mm-dək qeydə…

Read More
Cəmiyyət 

Avtobuslarda 60 qəpik fırıldağı: “Maşınkam işləmir deyə qiymət tablosu yazmamışam” REPORTAJ FOTOLAR

Bu gündən etibarən Bakı və Abşeronda bəzi marşrut avtobus xətlərində yeni gediş tarifləri tətbiq olunmağa başlanıb. Lakin bu artım bütün avtobuslara şamil olunmadığı üçün bəzi narazılıqlar və anlaşmazlıqlar müşahidə olunub. Belə ki, bəzi avtobuslar vəziyyətdən sui-istifadə edərək gedişhaqqını olduğu kimi göstərməyiblər. İlk olaraq xatırladaq ki, paytaxt və ətraf ərazilərdə fəaliyyət göstərən marşrut avtobuslarının təxminən yarısında gediş haqqı artırılıb. Digər xətlərdə isə əvvəlki tarif – 50 qəpik – qüvvədə qalır. Elektron ödəniş üsullarından, xüsusilə “m10” və “Birbank” mobil tətbiqlərindən istifadə edən sərnişinlər yeni sistemlə bağlı narahatlıqlarını dilə gətiriblər. Onların sözlərinə görə,…

Read More
Gündəm 

Ermənilər Qarabağa buna görə qayıtmayacaq!

Ermənistan Baş naziri Nikol Paşinyan separatçı-radikalların revanşist xülyalarına daha bir zərbə vurub. Özü də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) tribunasından – bütün dünyaya car çəkməklə. Dünən o, AŞ PA-da çıxışı zamanı ermənilərin Qarabağa qayıdışının real olmadığını, belə bir cəhdin Bakı ilə sülh prosesinə zərər vura biləcəyini söyləyib. Ardınca bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi artıq Ermənistanla bağlıdır. “Bizim soydaşlarımız burda, Ermənistan vətəndaşları kimi qalmalı, yaşamalı, yaratmalıdırlar. Bu, bizim strategiyamızdır”, – Paşinyan iki il öncə Qarabağdan könüllü köç edənlərə səslənib… Hələ ki, onun çağırışına sonuncuların reaksiyası bəlli deyil. Sakitlikdir.…

Read More