İdman 

Qurban Qurbanov: “Ölkə xaricindən gələn təkliflər barədə çox düşünmürəm”

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov ölkə xaricindən gələn təkliflər barədə çox düşünmür. “Report”un məlumatına görə, təcrübəli mütəxssis bu barədə mətbuat konfransında bildirib. O hər dövrün yaxşı baş məşqçiləri olduğunu söyləyib: “Ölkə xaricindən gələn təkliflər barədə çox düşünmürəm. Sadəlövh olmağa çalışmalıyıq. Avropa planları başqadır. Klubların öz ideyaları var. Bu gün ağlımda belə fikir olsa, komandanın inamı, uğuru, sistemi pozulacaq. Hələlik Azərbaycanımızdayıq”. Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarka təmsilçisi “Kopenhagen”i məğlub edib – 2:0.

Read More
İdman 

Çempionlar Liqası: “Qarabağ” turnir cədvəlində altıncı pillədə qərarlaşıb

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “Report”un məlumatına görə, bu, II turun oyunlarının nəticəsinə əsasən müəyyənləşib. Azərbaycan çempionu ilə yanaşı, Almaniyanın “Bavariya”, İspaniyanın “Real”, Fransanın PSJ, İtaliyanın “İnter” və İngiltərənin “Arsenal” komandasının da altı xalı var. Qeyd edək ki, II turda Bakıda Danimarkanın “Kopenhagen” kollektivini məğlub edən (2:0) “köhlən atlar” I turda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib.

Read More
Cəmiyyət 

Bu məktəbdə 1 və 2-ci siniflərə dərslər birlikdə keçilir – VİDEO

Birinci və ikinci siniflər birlikdə dərs keçirlər. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, müəllim 22 dəqiqə birinci sinif, digər 22 dəqiqədə isə ikinci siniflə məşğul olur. Qəbələnin Tikanlı kənd orta məktəbindəki bu vəziyyət valideynləri narazı salıb. Onlar bildirirlər ki, sinif otaqları ola-ola iki sinifə bir yerdə dərs keçilməsi yolverilməzdir. O da qeyd olunub ki, məktəbdə lazımi qədər müəllim də var. Hazırkı vəziyyətdə isə şagirdlər dərsləri qavraya bilmirlər. Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrinin ibtidai siniflərində şagirdlərin sayı…

Read More
Gündəm 

3 oktyabr 1993-Azərbaycan tarixində dönüş nöqtəsi

Müstəqil Azərbaycanın qurucusu 3 oktyabr 1993-cü il tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasi kurs dövlətimizin gerçək müstəqilliyini təmin etdi. Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən…

Read More
Gündəm 

Beynəlxalq tribunadan səslənən önəmli mesajlar

Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı öz aktuallığı və əhatə olunduğu mövzularla aktualdır. Cənab prezident beynəlxalq tribunadan işğaldan azad olunan ərazilərdə görülən işlərdən sülhün əldə olunmasından danışdı: “Uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında…

Read More
Gündəm 

ABŞ-Rusiya qarşıdurması qlobal təhlükəyə çevrilir

ABŞ Prezidenti Donald Tramp və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev arasında son günlər yaranan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Tramp Medvedevi sərt ifadələrlə tənqid edərək onu “Putinə işləyən axmaq adam” adlandırıb. Bu tənqid, əsasən, Medvedevin ABŞ-a qarşı nüvə hədələrinə dair açıqlamalarına cavab olaraq səsləndirilib. Trampın fikrincə, ABŞ-ın nüvə ilə hədələnməsi qəbuledilməzdir və belə davranış beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Tramp çıxışı zamanı generallar və admiral qarşısında ABŞ-ın Rusiya sahillərinə “bir və ya iki atom sualtı qayığı” göndərdiyini açıqlayıb. Prezident bu hərbi addımı “ehtiyat tədbiri” adlandıraraq, ABŞ-ın…

Read More
Hadisə 

Soyuq suyla çimdi, infarkt oldu – 22 yaşlı tələbənin faciəvi sonu

Osmaniyədə universitetdə tibb bacılığı fakültəsinin son kurs tələbəsi, 22 yaşlı Kasım Bulqan, qaldığı KYK kişi tələbə yataqxanasında isti suyun olmaması səbəbilə soyuq duş qəbul etdikdən sonra infarkt keçirərək dünyasını dəyişib. Hadisə sentyabrın 27-də səhər saatlarında baş verib. Eğitim-İş Birliyinin Osmaniye şöbəsinin sədri tələbənin vəziyyətinin ağırlaşdığını, otaq yoldaşlarının göstərdiyi ilk yardıma baxmayaraq onu xilas etməyin mümkün olmadığını bildirib: “Kasım Bulqan xəstəxanaya aparılarkən həyatını itirib. Təəssüf ki, təcili yardım komandası da tələbələrdən yardım istəmək məcburiyyətində qaldı. Bu, ölkədə təcili tibbi yardım xidmətlərinin qeyri-adekvatlığını göstərir” ./Milli.az/

Read More
Siyasət 

Avropa Məhkəməsi erməni lobbisinin əlində “əsir” qalıb: Xocalı qatillərinə sahib çıxır – Növbəti qərəz!

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Belə ki, bu qurum hazırda ölkəmizdə məhkəmə istintaqı aparılan 23 erməni separatçısını “əsir” kimi təqdim edib və onların saxlanma şəraiti, sağlamlıq durumuna dair Azərbaycan hökumətindən ətraflı məlumat tələb edib. Guya, rəsmi Bakı bu hesabatı 2025-ci il noyabrın 4-dək təqdim etməlidir. Halbuki sözügedən şəxslər mülki vətəndaş yox, Azərbaycanın ərazisində silahlı dəstələrə rəhbərlik etmiş, qanunsuz fəaliyyət göstərmiş separatçılardır. Onlar 44 günlük müharibədən və antiterror tədbirlərindən sonra Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunublar. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)…

Read More
İdman 

“Qarabağ” – “Kopenhagen” oyunu başladıCANLI YAYIN

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb. Musavat.com-un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb. Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir. Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.

Read More