Cəmiyyət 

Kolleclərə yeni təyinatlar oldu

Kolleclərə yeni təyinatlar olub. Bu barədə Musavat.com-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müvafiq əmr ilə Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Qeyd edək ki, Kamran Nəsirov Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavriat təhsili alıb. 2010-cu ildən etibarən Saatlı rayonunun müxtəlif ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, Elm və Təhsil Nazirliyinin elan…

Read More
Gündəm 

Ölkə xaricində yaşayan şəxsdən aliment necə tutulur? – AÇIQLAMA

Boşanmaq yalnız ailə dağılması deyil, həm də övladların valideyn himayəsindən məhrum böyüməsidir. Bəzən valideynlər aliment verməmək üçün xaricə belə qaçırlar. Bəs ölkə xaricində yaşayan şəxsdən aliment necə tutulur? Məsələ ilə bağlı hüquqşünas Mircavad Miriyev ATV-yə bildirib ki, bu zaman alimenti alan şəxs müvafiq icra şöbəsinə müraciət etməlidir: “Aliment ödəməli olan valideyn ölkədən kənara gedərsə, bu zaman xeyrinə aliment kəsilmiş valideyn icra şöbəsinə müraciət edərək, icra məmuruna aliment ödəməli olduğu şəxsin xaricdə olduğu ilə bağlı məlumat verməlidir. İcra məmuru bununla bağlı Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə müraciət ünvanlaya bilər. Həmin…

Read More
Siyasət 

Bakıda yeni park – Prezident və xanımı açılışda iştirak etdi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər. ARANTV.AZ  xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma park barədə məlumat verib. Bildirilib ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün…

Read More
Gündəm 

Bu şəxslərin maaşından daha çox vergi tutulacaq – AÇIQLAMA

Son zamanlar qeyri-dövlət sektorunda çalışan işçilərə 2019-cu ildən tətbiq edilən vergi güzəştinin 2026-cı ildən etibarən davam etdirilməyəcəyi ilə bağlı məlumatlar dövriyyəyə buraxılıb. Bu ehtimalın əsas səbəblərindən biri kimi 2026-cı il üçün nəzərdə tutulan dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisindən toplanacaq vəsaitin əvvəlki illə müqayisədə 30 faiz və ya 577,8 milyon manat artacağı göstərilir. Maraqlıdır ki, bu artım fonunda həmin vergi güzəştindən faydalanan şəxslərin sayının əhəmiyyətli dərəcədə çoxalması, əslində dövlətdə bu sahədən daha böyük həcmdə vergi toplamaq potensialının olduğunu göstərir. Belə ki, mövcud statistikaya əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən özəl müəssisələrdə…

Read More
Gündəm 

Bakıda “D-8 İqlim və Şəhərlər Dialoqu” keçiriləcək

Oktyabrın 13-17-də Bakıda yüksək səviyyəli “D-8 İqlim və Şəhərlər Dialoqu” keçiriləcək. Musavat.com-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib. XİN rəsmisinin sözlərinə görə, iqlim və şəhərsalma nazirləri, komissiyalar və şəhər merləri ilk dəfə olaraq bu formatda bir araya gətiriləcək. ““D-8”in 2020–2030-cu illəri əhatə edən 10 illik inkişaf proqramının icrasında şəhərlərin rolu və təsiri qiymətləndiriləcək”, – deyə XİN rəsmisi əlavə edib.

Read More
Cəmiyyət 

Bakının bu ərazisində evlərdə tarakanlar gəzir – Qurumlar nə deyir?

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivindən keçən Samur-Abşeron su kanalı uzun müddətdir ki, baxımsız və antisanitar vəziyyətdədir. Sakinlərin sözlərinə görə, ərazidə zibil qutularının az olması səbəbindən plastik torbalar, məişət və qida tullantıları birbaşa kanala atılır. Lakin müşahidələr göstərir ki, ərazidə kifayət qədər tullantı konteynerləri mövcuddur. Əlavə olaraq, kanalizasiya sistemi olmadığı üçün bəzi hallarda kanal çirkab sularının axıdıldığı yerə çevrilir. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti məlumat verib ki, kanal boyunca bütün əlçatan yol sahələrində tullantıların toplanması üçün müvafiq konteynerlər yerləşdirilib. Şikayət olunan ərazidə isə hər birində 5…

Read More
Gündəm 

“Euronews”: Bakı Təhlükəsizlik Forumu konstruktiv dialoq üçün platforma olub

Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir regionda keçirilən Bakı Təhlükəsizlik Forumu yenidən qlobal təhlükəsizlik haqqında əsas müzakirələrin məkanına çevrilir. “Report” xəbər verir ki, bu barədə “Euronews” telekanalının “Bakı Təhlükəsizlik Forumu 2025: terrorizm, kibertəhdidlər və qlobal böhranlar” adlı videosüjetində qeyd edilib. “Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid, eləcə də risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı…

Read More
Dünya 

Ermənistan atom reaktoru almağa hazırlaşır

Ermənistan hökuməti kiçik modullu atom reaktoru almaq barədə qərar qəbul edib və bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır. Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, hökumət bu məsələ ilə bağlı Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparır. “Biz Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparırıq. Qərar bir il və ya iki il ərzində qəbul edilməlidir. Biz kim daha münasib qiymət və təhlükəsiz texnologiya təklif edəcəksə, ondan alacağıq. Burada geosiyasət yoxdur, onu axtarmayın”, – deyə Paşinyan vurğulayıb. Musavat.com xəbər verir ki, Ermənistan hökumətinin bu…

Read More
Gündəm 

Qarabağdan Qəbələyə: Türk Zirvəsinin yeni ünvanı

Məlum olduğu kimi, 6–7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı keçiriləcək. Təşkilatın rəsmi vebsaytında yer alan məlumata görə, 12-ci Zirvə Toplantısı Azərbaycanın qədim diyarı olan Qəbələdə baş tutacaq. Bu dəfəki sammitin əsas mövzusu regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunub ki, bu da həm qlobal, həm də regional geosiyasi şəraitdə xüsusi aktuallıq kəsb edir. Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Beləliklə, aşağıdakı liderlərin iştirak edəcəyi gözlənilir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart…

Read More
Gündəm 

“Qaçqınkom”dan qazanxanada yaşayan keçmiş məcburi köçkünlərlə bağlı AÇIQLAMA

Ötən gün Nizami rayonunda, “Azəristiliktəchizat” ASC-nin 4 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində yerləşən 66 saylı qazanxananın həyətində yaşayan keçmiş məcburi köçkünlərin köçürülməsi ilə bağlı yazmışdıq. Musavat.com-a müraciət edən sakinlərin sözlərinə görə, Zəngilan və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gələrək onlara evlərini tərk etməli, Ucar və Goronboy rayonlarına köçməli olduqlarını bildiriblər. Məlumata görə, qazanxananın həyətyanı və daxili ərazisində ümumilikdə 36 ev yerləşir — bu evlərə sakinlər 1990-cı illərin çətin dövründə, köçkün düşəndən sonra məcburi şəkildə yerləşiblər. Ən çox Zəngilan rayonundan olanlar yaşayır; Füzuli, Kəlbəcər və Cəbrayıl köçkünləri də var. Sakinlər…

Read More