Cəmiyyət 

Bu şəxslər hər ay iki dəfə pensiya ala biləcəklər

Azərbaycanda ilk dəfə olaraq özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Bu fondlar dövlət pensiya sistemindən fərqli olaraq, əhalinin könüllü şəkildə topladığı vəsaitlərin saxlanılmasına xidmət edəcək. Məqsəd vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlət pensiyasından deyil, eyni zamanda özəl fondlardan da əlavə ödəniş almasına şərait yaratmaqdır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə qanunvericilik bazasının hazırlanması üzərində çalışır. Qanunvericilik mərhələsi başa çatdıqdan sonra layihə Milli Məclisə təqdim olunacaq. Özəl pensiya fondlarının üstünlükləri: Vətəndaşların pensiya dövründə gəlirlərini artırmaq imkanı yaradır. Dövlət pensiya sistemindən asılılığı azaldır. Əmanətlərin müxtəlif investisiya alətlərinə yönləndirilməsi ilə…

Read More
Gündəm 

Bu şəxslər 20 yaşadək əsgər aparılmır

Azərbaycanda təhsil alan gənclərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir. Bəs bu möhlət hansı təhsil müəssisələrində oxuyanlar üçün keçərlidir? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə görə, peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Qeyd edək ki, qanunun müvafiq maddəsinə əsasən, 11 illik təhsil bazası ilə…

Read More
Siyasət 

Azərbaycan və Maldiv adi pasportlara malik olan şəxsləri vizadan qarşılıqlı azad edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Maldiv Adalarının xarici işlər naziri Abdullah Xalillə görüşərək, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib. Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə yüksək səviyyəli təmasların, siyasi məsləhətləşmələrin və bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Nazirlər ötən il ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının vətəndaşların səyahət imkanlarını xeyli genişləndirdiyini və vətəndaşlar arasında təmaslara töhfə verdiyini vurğulayıblar. Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında adi pasportlara malik olan şəxslərin vizadan qarşılıqlı…

Read More
Siyasət 

Azərbaycanla Benin arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Benin Respublikasının xarici işlər naziri Oluşequn Ajadi Bakari ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, C.Bayramov bununla bağlı “X”dəki hesabında paylaşım edib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bidirib ki, görüşdə iki ölkənin BMT və İƏT çərçivəsində çoxtərəfli əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. “Biz ölkələrimiz arasında uzunmüddətli əlaqələrin qurulması üçün mühüm əhəmiyyət kəsb edən yüksək səviyyəli siyasi, iqtisadi və humanitar əməkdaşlığın, eləcə də humanitar mübadilələrin asanlaşdırılmasının vacibliyini vurğuladıq. Biz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Benin…

Read More
Siyasət 

Ceyhun Bayramov: İtkin azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səyləri vacibdir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti ilə Miryana Spoljaric ilə görüşüb. Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Görüşdə Azərbaycan-BQXK əməkdaşlığı və gələcək əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub. C.Bayramov itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səylərinin vacibliyini qeyd edib.

Read More
Gündəm 

Azərbaycanla Dominikan arasında bir sıra şəxslər üçün viza rejimi ləğv olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvareslə görüşüb. Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Danışıqlarda əsas diqqət siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm axınının artırılması, əməkdaşlığın yeni sahələrinin araşdırılması olub. Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti, rəsmi pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Saziş” imzalayıblar.

Read More
Siyasət 

Nyu-Yorkda Azərbaycan və Estoniyanın XİN başçıları görüşüblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, Ceyhun Bayramov bu barədə “X”dəki hesabında yazıb. “Biz Azərbaycan-Estoniya əlaqələrinin gücləndirilmiş siyasi dialoq, müntəzəm məsləhətləşmələr və yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə inkişafını müzakirə etdik. Mən həmkarıma Azərbaycanın regionumuzda davamlı sülh və sabitliyin təşviqi istiqamətində göstərdiyi səylər barədə də məlumat verdim”, – C.Bayramov qeyd edib.

Read More
Siyasət 

Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub. ARANTV.AZ  xəbər verir ki, Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Əvvəlcə birgə foto çəkdirildi. Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının…

Read More
Gündəm 

Ukrayna Avropadan ən azı 130 milyard avro “təzminat krediti” alacaq

Avropa İttifaqının Rusiya aktivləri əsasında Ukraynaya verdiyi “təzminat krediti” 130 milyard avroya çata bilər. Musavat.com  Reuters-ə istinadən xəbər verir ki, yekun məbləğ Beynəlxalq Valyuta Fondu ilə razılaşdırılacaq. Kredit Kiyevə hərbi səylərini maliyyələşdirməyə kömək etmək üçün istifadə olunacaq. Ukrayna onu yalnız gələcək sülh sazişi çərçivəsində Rusiyadan təzminat aldıqdan sonra ödəyəcək. Rusiyanın Avropadakı təxminən 210 milyard avro dəyərində olan aktivlərinin böyük hissəsi Belçikanın Euroclear mərkəzi depozitarında saxlanılır. Euroclear-dakı aktivlərin 175 milyard avrosu artıq ödəmə müddətini başa vurmuş və kredit üçün əsas yarada biləcək nağd pula çevrilib. Agentliyin mənbələrinə görə, Aİ itkiləri kompensasiya…

Read More
Gündəm 

Rusiyanın 2026 büdcəsi: Minimum iqtisadi artım, müdafiə xərclərinin məcburi ixtisarı…

Rusiya Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsində Ukraynadakı işğalçı müharibənin xərclərini ödəmək üçün bir sıra kritik addımlar planlaşdırıb. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu addımlardan biri 2026-cı ildən başlayaraq əlavə dəyər vergisi (ƏDV) dərəcəsinin 20 faizdən 22 faizə qaldırılmasıdır. Təklif ABŞ prezidenti Donald Trampın Rusiyanı “böyük iqtisadi çətinliklər” içində olduğunu iddia edərək “kağız pələng” adlandırdığı bir vaxtda verilib. Rusiya hökuməti bəzi Kreml rəsmilərinin “hərbi büdcə” adlandırdıqları 2026-cı il üçün yeni büdcə layihəsini təsdiqləyib və 2025-ci il üçün yenilənmiş məlumatları açıqlayıb. Məlum olur ki, hökumət bu il iqtisadi artımın…

Read More