Dünya 

Venesuelada 6,2 maqnitudada zəlzələ olub

Venesuelanın qərbində 6,2 maqnitudada zəlzələ baş verib. “Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb. Zəlzələnin episentri 244 min insanın yaşadığı Valera şəhərindən 68 km şimal-qərbdə, ocağı 8 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Read More
Dünya 

Türkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı: “Evlərinizdən köçün”

Zəlzələ mütəxəssisi Prof. Dr. Ahmet Ərcan, Balıkəsirin Sındırqı bölgəsində baş verən ardıcıl təkanlardan sonra bölgədə böyük zəlzələ təhlükəsi barədə xəbərdarlıq edib. Ərcan bildirib ki, son üç gündə 4,6 – 4,2 və 4,7 maqnitudalı zəlzələlərin baş verməsi, bölgədə gərginliyin hələ də yüksək olduğunu göstərir: Onun sözlərinə görə, sarsıntılar uzun müddət davam edə bilər və bu da gərginliyi artıraraq daha böyük zəlzələyə səbəb ola bilər. Ərcan bu vəziyyəti əvvəllər eyni qırıq üzərində baş verən Simav zəlzələsi ilə müqayisə edib. Mütəxəssis vətəndaşlara xəbərdarlıq edərək, möhkəm torpaq üzərində inşa olunmuş evlərə köçməyin vacibliyini vurğulayıb.…

Read More
Cəmiyyət 

Qan şəkərinin stabil saxlanmasında hansı tərəvəzlər rol oynayır?

Avstraliyanın Kouen Universitetinin alimləri brokoli, kələm və gül kələmi kimi xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin qan şəkərinin idarəsində kökümeyvəli tərəvəzlər və balqabaqkimilərdən daha təsirli olduğunu müəyyən ediblər. Milli.Az xəbər verir ki, tədqiqatda yüksək təzyiqi olan, lakin diabet diaqnozu qoyulmamış yetkinlər iştirak edib. Onlar 14 gün ərzində iki mərhələdə fərqli tərəvəz qrupları yeyiblər: əvvəlcə xaççiçəklilər, sonra isə kök və balqabaq növləri. Qlükometrlərin köməyi ilə real vaxtda qan şəkərinin səviyyəsi izlənilib və nəticələr göstərib ki, xaççiçəklilər qan şəkərinin dalğalanmasını daha yaxşı nəzarətdə saxlayır. Tədqiqatçılar bildirirlər ki, bu tərəvəzlər yemək sonrası və gün ərzində…

Read More
Gündəm 

Rayon icra başçıları şənbə-bazar niyə Bakıya gəlirlər? – AÇIQLAMA

Son illər aparılan islahatların nəticəsində idarəetmədə gənclərin sayı artıb. Bu gün bir sıra rayonların icra başçıları məhz gənclərdir. İddialara görə, bəzi icra başçıları şənbə-bazar günləri ayonu tərk edib Bakıya gəlirlər. Maraqlıdır, icra başçıları hansı hallarda rəhbərlik etdikləri rayonun ərazisini tərk edə bilərlər? Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a bildirib ki, dövlət gənc icra başçılarının səmərəli işləməsinə və istirahətinə qayğı ilə yanaşır: “Rayonların icra başçıları ölkə Prezidenti tərəfindən təyin olunurlar. Gənclərin rəhbər vəzifələrə gətirilməsi yüksək qiymətləndirilməlidir. Bu bir etimaddır. Müsbət haldır ki, gənc icra başçılarının əksəriyyəti öz vəzifələrinin…

Read More
Gündəm 

Prezident İlham Əliyevin Nyu-Yorka səfərindən önəmli detallar

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı həm siyasi, həm də iqtisadi baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Nyu-Yorkdakı işgüzar səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr və verilən bəyanatlar Azərbaycanın beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevi BMT Baş katibi Antonio Quterreşin şəxsən qarşılamağı diplomatik protokoldan əlavə, Azərbaycanın son illərdə həyata keçirdiyi təşəbbüslərin yüksək qiymətləndirilməsinin göstəricisidir. Baş katib çıxışında Vaşinqtonda əldə olunmuş sülh razılaşmalarını “bütün dünya üçün müsbət hadisə” adlandırdı, bu Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinə beynəlxalq auditoriyanın dəstəyini göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib…

Read More
Gündəm 

Qloballaşan elmin yeni üfüqləri: Transmilli əməkdaşlıq nə vəd edir?

Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti” (THE Eurasia Universities Summit 2025) transmilli tədqiqatların və təhsilin yeni imkanlarının müzakirəsi üçün strateji platforma rolunu oynayır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Ceyran Bəbirova “İki sahil”ə bildirib ki, sammitin mövzusu  olan “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” elm, təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqənin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Bu sahə həm Azərbaycan, həm də Avrasiya regionu üçün prioritetlərdəndir. Ceyran Bəbirovanın sözlərinə görə, transmilli tədqiqatların əsas mahiyyəti müxtəlif ölkələrin alim və institutlarını bir araya gətirərək bilik və resursların paylaşılmasına,…

Read More
Siyasət 

Prezidentlə xanımı rəsmi qəbulda – FOTOLAR

Sentyabrın 23-ü Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub. Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp deyib: Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz. Prezident İlham Əliyev: Daha da çox. Prezident Donald Tramp: Bundan…

Read More
Siyasət 

Xarici invertorlar Azərbaycana can atır- Ölkə prezidentinin mühüm görüşləri

“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfəri çərçivəsində onun şəxsinə olan münasibət və keçirdiyi görüşlər yeni – Zəfər erasında, müstəqil və suverenliyini tam bərpa etdikdən sonra ölkəmizə olan etimadın, inamın və güvənin daha da artmasının göstəricisidir”. Bu sözləri Musavat.com-a beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə deyib. Onun fikrincə, bu görüşlər Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq qurması yolunda atılan mühüm addımlar, ölkəmiz üçün qlobal miqyasda açılan yeni qapılar olaraq da xarakterizə oluna bilər: “Hələ 8 avqust Vaşinqton görüşü zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının…

Read More
Siyasət 

“Azərbaycan lideri Nyu-Yorkdakı ilk dəqiqələrindən dünya liderlərinin diqqət mərkəzindədir”

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfəri davam edir. BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanan Dövlət Başçısının bu gün gecə saatlarında tarixi çıxışı gözlənilir. Sessiya çərçivəsində ölkə başçısı çox mühüm görüşlər keçirməkdədir. Hər bir görüş də qarşı tərəflərin istəyi və cəhdi ilə baş tutur. Bu da Cənubi Qafqazın lider dövlətinin qalib rəhbərinə olan diqqətin bir daha göstəricisidir. Görünən odur ki, Azərbaycan Prezidentinin sessiya bitənə qədər iş qrafiki çox zəngin olacaq. Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında ölkə başçısının Amerikada olduğu iki gün ərzində hər kəsin qalib ölkənin…

Read More
Hava 

Sabah hava necə olacaq?

Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 23-28, dağlarda gecə 4-7,…

Read More