Cəmiyyət 

32 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq

Sentyabrın 25-də Mingəçevir şəhəri və Yevlax rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Mingəçevir” Qazpaylayıcı Stansiyasında (QPS) yenidənqurma işləri aparılmış şəhər qaz xəttinin mövcud sistemə qoşulması ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti yaranacaq. Bununla əlaqədar sentyabrın 25-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Mingəçevir” QPS-dən qidalanan “Mingəçevir 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təzhizatının dayanması ilə əlaqədar (Mingəçevir şəhəri və Yevlax rayonun Tanrıqulular, Hürüuşağı və Borçalı kəndləri) 31 046 əhali abonenti və 515 qeyri-yaşayış obyekti, ümumilikdə 31 561 abonentinin…

Read More
Cəmiyyət 

Leysan, şimşək, külək…

Sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.…

Read More
Gündəm 

Ölkəmizin şanlı tarixi

200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti həyata keçirilib. Çar Rusiyası tərəfindən imperiyanın cənub sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan Qarabağa köçürülməsindən sonra  xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Zaman-zaman öz havadarlarına arxalanan nankor ermənilər bütün vasitələrlə Azərbaycanlıları və bu ərazilərdə yaşayan digər millətləri sıxışdıraraq öz torpaqlarından didərgin salmağa cəhdlər etmiş, müəyyən vaxtlarda istəklərinə nail ola bilmiş, 20-ci əsrin əvvəllərində isə bizim ərazilərin bir hissəsi hesabına öz dövlətlərini yarada bilmişdilər. İfrat millətçilik siyasəti yürüdən ermənilər…

Read More
Sosial 

Pensiyaçılara ŞAD XƏBƏR

Respublika üzrə pensiyaların ödənişləri sabah yekunlaşacaq. Bu barədə Musavat.com-a Dövlət Sosial Müdaifə Fondundan məlumat verilib. Bildirilib ki, Fond tərəfindən sentyabrın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Read More
Siyasət 

Zəngəzur layihəsi sürətlənir – ABŞ-də kritik görüş

Erməni nazirin Vaşinqton səfəri dəhlizin reallaşması üçün nə kimi tramplin rolunu oynaya bilər? – gözlənti  Xəbər verildiyi kimi, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ABŞ-yə səfərə hazırlaşır. Ermənistan mediası bu xüsusda yazıb ki, Papoyan “Tramp Marşrutu Layihəsi”ni (TRIPP) müzakirə etmək üçün Vaşinqtona dəvət olunub. Nazir bildirib ki, yaxın günlərdə amerikalı tərəfdaşlarla investisiya məsələləri ətrafında danışıqlar aparılacaq. “Rəsmi dəvət var, mən gedəcəyəm”, – deyə Papoyan vurğulayıb. O həmçinin qeyd edib ki, layihə çərçivəsində artıq 145 milyon dollarlıq birinci tranş daxil olub. Əlavə edib ki, vəsait layihələndirmə işləri və sərhəd infrastrukturunun qurulmasına yönəldiləcək. …

Read More
Siyasət 

Prezident Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu ölkənin milli bayramı münasibətilə təbrik edib. Musavat.com-un məlumatına görə, təbrikdə deyilir: “Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Etibarlı tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin…

Read More
Cəmiyyət 

İstəmirsənsə türmə, götürmə, ötürmə, itirmə…

Hər dəfə bol sərvətli, yüksək mənsəbli biri tutulanda rusca kitab oxumuş adamların dilinə belə bir söz gəlir: “Ot sumı i ot tyurmı ne zarekaysya”. İfadənin tərcüməsi belədir: “Heç vaxt yoxsulluq və ya həbsxana haqqında “heç vaxt” deməyin”. Mənası da budur: kimsə döşünə döyüb deyə bilməz ki, mən heç vaxt dilənçi torbası götürmərəm və türməyə düşmərəm. Hərçənd birinci haqq-hesaba qalsa, bunu çox adam deyə bilər. Elə qürurlu adamlar var ki, müflis olanda, borca düşəndə heç vaxt küçəyə düşüb ona-buna əl açacaqları günü gözləmirlər. Özləri bilirlər, nə edirlər. Onların nə etdiklərini yazsam,…

Read More
Siyasət 

Azərbaycan və İran ortaq baza yaradır – bu həftə Tehranda…

Cənub qonşumuz üzünü regionun birləşdirici rol oynayan ölkəsinə çevirdi  İranın Özəl Sektor Nümayəndələr Palatasının vitse-prezidenti Hüseyn Pirmuzan İran və Azərbaycan arasında müştərək logistika bazası və sənaye kəndi yaratmaqla bağlı planları açıqlayıb. Bu barədə o, İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu ilə görüşündə bildirib.  Görüş zamanı Pirmuzan Ərdəbil-Bakı dəmir yolunun işə salınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artıracaq və daşıma xərclərini azaldacaq. Bu həftə isə Tehranda İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclasının keçiriləcəyini deyib.  Müştərək logistika bazasının, sənaye kəndi və Ərdəbil-Bakı dəmir yolunun əhəmiyyəti nədir?  Fikrət Yusifov…

Read More
Gündəm 

Səngərdən diplomatik cəbhəyə – Zəfərə gedən yolun 5 ili

Azərbaycanın möhtəşəm qələbəsi regiona indi dayanıqlı sülh gətirir – finalın bir addımlığındayıq  2020-ci il sentyabrın 27-də Ordumuzun başladığı əks-hücum əməliyyatları 44 gün sonra erməni işğalına son qoydu. Zəfərə aparan bu yolun başlanmasından 5 il ötür. Bir neçə gün sonra Azərbaycan Anım Gününü qeyd edəcək. Məhz sentyabrın 27-dən etibarən Ordumuz kəndləri, qəsəbələri, şəhərləri azad etməyə başladı.  27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun…

Read More
Gündəm 

Erməni əl çəkdi, SEPAH Azərbaycandan əl çəkmədi

İrandakı mühafizəkar qanad təhdidləri davam etdirir – ölkəmizdən istəyi nə?  Son illərdə Azərbaycan-İran münasibətlərində gərginlik səngiyib. Cənub qonşumuzun, nəhayət, ölkəmizlə bağlı tutduğu mövqeyin səhv olduğunu anladığı açıq görünməkdədir.  Əslində bu proses ötən ilin iyulundan başlayıb. Həmin ayın əvvəllərində keçirilən prezident seçkisində azərbaycanlı Məsud Pezeşkian qalib gələrək, 9-cu İran prezidenti oldu. Bunun ardınca həmin ay Azərbaycan İranın davranışlarındakı yumşalmaya qarşılıq verərək, hələ 2023-cü ilin yanvarında Tehrandakı səfirliyimizə edilən terror hücumu səbəbindən fəaliyyətini dayandırdığı səfirliyinin fəaliyyətini bərpa etdi. Bu ilin mayında isə Tehrandakı səfirliyimizə hücum edən terrorçunu İran tərəfi edam etdi. Halbuki…

Read More